Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-263/2022 10.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, hüquqi şəxs Şəxs MMC–nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır ki, hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) xx.xx.2021-ci il tarixdə **********7252 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 14080 ABŞ dolları olan 17600 kq “TƏZƏ XURMA” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək Rusiya Federasiyası 350072 Krasnodar,st Günəşli,5/5.B.1-ci mərtəbə, otaq 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-in ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malların müqabilində 13508 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 572.00 ABŞ dolları məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Səlahiyyətli orqanın protokolunda həmçinin göstərilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ümumi dəyəri 17204 ABŞ dolları olan “təzə xurma” yükü Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, **********7252 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirərək konsiqnasiva yolu ilə Rusiya Federasiyasına ixrac olunmuş və ixracdan əldə olunmuş 13508,00 ABŞ dolları Azərbaycan Respublikasına geri qaytarılsada, şirkət 572,00 AB$ dollar məbləğində valyutanın bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. xx.xx.2021-ci il tarixdə konsiqnasiva yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş 572,00 ABŞ dollarının Azərbaycan manatına nisbətini müəyyən etmək ücün Dövlət Gömrük Komitəsinin VAİS proqram təminatından çıxarış edilmişdir. Milli Bankın valyuta məzənnəsinə əsasən xx.xx.2021-ci il tarixində ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1,70 manat olduğu və hesablama aparılaraq Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 972,4 (doqquz yüz yetmis iki manat qırx qəpik) manat təşkil etdiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin nümayəndəsi Nümayəndə göstərdi ki, xx.xx.1969-cu il tarixdə Zaqatala rayonunda anadan olmuş və Zaqatala rayonunun Bəhmətli kənd sakinidir. 2015-ci ildə təsis edilmiş və Zaqatala şəhəri , Z.Tağıyev 28 ünvanında qeydiyyatda olan “KARACA FİNDİQ" MMC şirkətini təmsil edir. Təmsil etdiyi müəssisənin əsas fəaliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışı, eyni zamanda meyvələrin ixracından ibarətdir. 01 noyabr 2021-ci il tarixində Rusiya Federasiyasının Krasnodar şəhəri, Solneçnaya küçəsi 15/5, bina 1, otaq 3 ünvanında qeydiyyatda olan “RETAİL İMPORT” şirkəti ilə Şəxs MMC arasında Rim/44909/21 saylı müqavilə bağlanmışdır. Odur ki, “RETAİL İMPORT” şirkətinin ünvanına göndərəcəkləri, dəyəri 14080 ABŞ dolları olan 17600 kiloqram “təzə xurma” yükü Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixində **********7252 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və 99VE204/99ZE204 qeydiyyat nişanlı yük maşını ilə Rusiya Federasiyasının Moskva şəhərinə yola salınmışdır. Göndərdikləri malın dəyərinin böyük hissəsi, yəni 13508 ABŞ dolları şirkətin "xxxx" ASCnin Zaqatala filialındakı hesabına köçürülmüşdür. “RETAİL İMPORT” şirkəti idxal etdiyi meyvənin çəkisini itirdiyini və bir hissəsinin keyfiyyətini itirdiyini əsas gətirərək ümumilikdə 572,00 ABŞ dollarını ödəməkdən imtina etmişdir. Onu qeyd edir ki, həqiqətən də xurma digər meyvələrə nisbətən daha tez xarab olur və çəkisini itirir. Hüquqi şəxs “KARACA FİNDİQ» MMC nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC (VÖEN-**********) dəyəri 14080 ABŞ dolları olan 17600 kq təzə xurma yükünü Balakən Gömrük İdarəsində xx.xx.2021-ci il tarixdə **********7252 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 14080,00 ABŞ dolları məbləğində xarici valyutanı -572.00 ABŞ dollarını geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KARACA FİNDİQ» MMC nümayəndəsinin izahatından aydın olur ki, “RETAİL İMPORT” şirkəti idxal etdiyi meyvənin çəkisini itirdiyini və bir hissəsinin keyfiyyətini itirdiyini əsas gətirərək ümumilikdə 572,00 ABŞ dollarını ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılrrıaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş "az miqdarda xarici (valyuta vəsaitlərinin xaricdən qayiarılmaması” özü özlüyündə inzibati xətanın törədilməsini ehtiva etmir. “Az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdırsa", bu zaman inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, həmin “az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasında əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də qeyd edirəm ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir, inzibatı xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində "xxxx" MMC (VÖEN-**********) in təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlirəm ki, xaricdən valyutanın geri qaytarılmaması səbəbi göndərilən meyvənin çəkisinin və bir hissəsinin keyfiyyətinin itirməsi olmuşdur. Xurma meyvəsi tez xarab olub çəkisini itirdiyindən bu təbii haldır . Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalan”nın 4.3.1.3-cu yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dıspozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir kı, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz.Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibi yoxdur,ona görə də işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC-nin (VOEN-**********) barəsində inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-263/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-263/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver