Məhkəmə qərarları › İş №3(019)-266/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-266/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-266/2022 11.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Tovuz rayonu Ağdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota prius” markalı **-RG-*** dövlət nömrə nişanlı minik avtomaşını ilə Balakən rayonu Hənifə kəndi istiqamətində hərəkətdə olarkən qarşısına çıxan sərt döngədə idaretməni itirərək idarə etdiyi minik avtomobilinin ön hissəsini yolun hərəkət hissəsinin sol tərəfində olan ağaca vurmuş, nəticədə avtomobildə qabaq oturacaqda oturan X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 11 iyul 2022-ci il tarixdə tanışları Seymur, Toğrul, Əli və Kamal ilə birlikdə Balakən rayonu, H.Əliyev adına parka gəzməyə gəlmişlər. Onlar parkda gəzib evə getməzdən əvvəl maşınla Balakən rayonu ərazisini gəzmək qərarına gəlmişlər. Onun idarə etdiyi “Toyota prius» markalı **-RG-*** dövlət nömrə nişanlı minik avtomaşının qabaq oturacağında Toğrul Osmanov, arxa oturacağında isə Seymur, Əli və Kənan oturmuşlar. O, idarə etdiyi avtomaşınla Balakən rayonu Hənifə kəndi istiqamətində hərəkətdə olarkən qarşısına sərt döngə çıxmış, həmin vaxt idarəetməni itirərək idarə etdiyi avtomobili ağaca vurmuşdur. Nəticədə qabaq oturacaqda əyləşmiş X2 nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər almışdır. Bundan sonra Toğrul Osmanovu xəstəxanaya aparmışlar.Hadisə zamanı Toğruldan başqa avtomaşında olan heç kim xəsarət almamışdır. əməlindən peşimandır,barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs X4 iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan, elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs X6 balakən Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə Daşqının idarə etdiyi “Toyata Prius” markalı 77RG-841 dövlət nömrə nişanlı minik avtomaşını ilə o, Daşqın, Kamal və Seymur ilə birlikdə Balakən rayonu, H.Əliyev adına parka gəzməyə getmişlər.Təxminən 2 saata kimi parkda gəzdikdən sonra onlar evə getməzdən əvvəl Balakən rayonu ərazisində gəzmək qərarına gəlmişlər. Avtomaşını Daşqın idarə etmiş, qabaq oturacaqda özü, arxa oturacaqda isə Seymur, Kamal və Əli oturmuşlar. Onlar Balakən rayonu Hənifə kəndinin Gülzan yaşayış məntəqəsində hərəkətdə olarkən qarşılarına sərt döngə çıxmış, həmin vaxt avtomobili idarə edən Daşqın idarəetməni itirmiş və avtomaşını ağaca vurmuşdur. Hadisə nəticəsində özü xəsarət almışdır. Sonra maşında olan uşaqlar onu maşından çıxararaq rayon mərkəzi xəstəxanasına aparmışlar. O, məhkəmə tibb ekspertizasından müayinədən keçmiş və yüngül xəsarət alması müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsi olmadığına görə Balakən rayonu Qazma kənd sakini X4 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Balakən RMX-na müraciət etməsi əsasında toplanılmış HK-1-450 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində inzibati tədbir görülməsi üçün Balakən rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb-ekspertizasının xx.xx.2022-ci il tarixli 181 nömrəli rəyində göstərilmişdir ki, X5 müəyyən edilmiş xəsarətlər- Alnında sıyrıqlar, üst dodağında və burnunun sağ hissəsində yaralar, baş beyin silkələnməsi-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 136 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:05 radələrində ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 7 ay müddətə məhdudlaşdırılsın . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar