Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-268/2021 28.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 3(019)-268/2021 nömrəli qərardadından X4 tərəfindən verilmiş apellyasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək müəyyən etdim X1 rayon Polis Şöbəsinin 16 yanvar 2021-ci il tarixli MN ******* nömrəli qərarından məhkəməyə şikayət verərək Balakən rayon Polis Şöbəsinin 16 yanvar 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 3(019)-268/2021 nömrəli qərardadı ilə X4 tərəfindən verilmiş şikayət, şikayət vermə müddətinin keçməsi əsası ilə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. X1 Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 3(019)-268/2021 nömrəli qərardadından birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 10 avqust 2021ci il tarixli 3(019)-268/2021 nömrəli qərardadının ləğv edilməsi, şikayətinin baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.09.2021-ci il tarixli 3(107)- 279/2021 nömrəli qərardadına əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət İXM-nin 128-132-ci maddəsinə uyğun baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 3(019)- 268/2021 nömrəli qərardadından X4 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, X1 rayon Polis Şöbəsinin 16 yanvar 2021-ci il tarixli MN ******* nömrəli qərarından məhkəməyə şikayət verərək Balakən rayon Polis Şöbəsinin 16 yanvar 2021-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini, barəsində Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 avqust 2021-ci il tarixli, 3(019)-268/2021 nömrəli qərardadı ilə X2 Balakən rayon Polis Şöbəsinin 16 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət müddətin keçməsi əsası ilə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış və həmin qərardaddan şikayət verilə bilməməsi qeyd edilmişdir. Balakən Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 avqust 2021-ci il tarixli, 3(019)-268/2021 nömrəli qərardadından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verərək həmin qərardadın ləğv edilməsini və şikayətin baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.09.2021-ci il tarixli 3(107)-279/2021 nömrəli qərardadına əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət İXM-nin 128-132-ci maddəsinə uyğun baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir: Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Adıçəkilən hüquq normalarından göründüyü kimi protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən,birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından hesab edirəm ki, Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 3(019)-268/2021 nömrəli qərardadından X4 tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutub qərara aldım: Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 3(019)-268/2021 nömrəli qərardadından Əzimov Mustafa Əsədullah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-268/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-268/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver