Məhkəmə qərarları › İş №3(019)-270/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-270/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-270/2024 08.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, 08 may 1969-cu ildə Türkiyə Respublikasının Giresun şəhəri Tirebolu bölgəsində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikası,Giresun şəhəri, Köseler kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Türkiyə Respublikasının vətəndaşı Şəxs Türkiyənin “Sarp” gömrük postundakı rüsumsuz ticarət dükanından əldə etdiyi az miqdarda- ümumilikdə 370 manat dəyərində 30 qutu “X3 və 40 qutu “X4” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Mersedes-Benz” markalı 28 NA050/28ACN817 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin cihazlar panelinin mərkəzindəki çəkməcənin arasındakı boşluqda və cihazlar panelinin sağ hissəsinin aşağı tərəfdəki boşluqda gizlədərək xx.xx.2024-cü il tarixdə saat 20:23 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən Mazımqara Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. Barəsində inzibati xəta haqqında icraat aprılan Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinə verdiyi izahatında göstərmişdir ki, xx.xx.1969-cu il tarixdə Türkiyə Respublikasının Giresun şəhərində anadan olmuş və yuxarıda qeyd olunan ünvanda yaşayır.Uzun müddətdir ki, yük avtomobili idarə edir. Hazırda “Mollaoğlu” nəqliyyat şirkətində sürücü kimi çalışır və şirkətə məxsus “Mercedes- Benz” markalı, 28NA051/28ACN817 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edir. Müxtəlif ölkələrə müxtəlif yüklər daşıyır. Sonuncu dəfə nəqliyyat vasitəsinə İstanbul şəhərindən Bakı şəhərinə aparılması üçün “Knor” şirkətinin şorba hazırlamaq üçün hazırlanan məhsullarını gətirəndə Türkiyənin “Sarp” gömrük postundakı rüsumsuz ticarət dükanından 3 blok “X3 100's” və 4 blok “X4” markalı siqaretlər almışdır.Siqaretləri şəxsi istifadəsi üçün almış və satmaq niyəti olmamışdır. Tezliklə əməliyyat olunacaq və siqaretləri artıq almışdır ki, onları geri aparıb Türkiyədə istifadə etsin. Siqaretlər fərqli olsun deyə iki növdə almışdır. Aldığı siqaretləri cihazlar panelinin mərkəzindəki çəkməcənin arxasındakı boşluqda və panelin sağ hissəsində gizlətmişdir ki, gömrüyü keçəndə problem yaranmasın. 9 may 2024-cü il tarixində saat 20:23 radələrində “Mazımqara” gömrük postuna gəlib çatmışdır. Posta daxil olmuş, əvvəlcə maşını tərəziyə sürmüşdür. Maşın çəkildikdən sonra avtomobili yük avtomoblləri üçün nəzərdə tutulmuş xətdə saxlamışdır. Sonra sərhədçilər pasportunu qeydiyyata almışdır. Daha sonra isə avtomobilin və malın qeydiyyatının aparılması üçün sənədləri gömrük əməkdaşına təqdim etmişdir. Digər gömrük əməkdaşı yaxınlaşıb üzərində və maşında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olub-olmadığını soruşmuş, o, isə maşında gömrük orqanlarına bəyan olunmalı hər hansı malın olmadığını bildirmışdir. Yoxlama zamanı əvvəlcə avtomobilin cihazlar panelinin mərkəzindəki çəkməcənin arxasındakı boşluqdan 20 qutu “X3 100's" və 20 qutu “X4” markalı siqaretlər aşkar olunmuş,daha sonra isə cihazlar panelinin sağ hissəsinin aşağı tərəfindəki boşluqdan 10 qutu “X3 100's" və 20 qutu “X4” markalı siqaretlər aşkar edildi. Onu da qeyd etmək istəyir ki, birinci dəfədir gizlədərək gömrükdən mal keçirmək istəmişdir. Əməlindən səmimi peşmandır, bir daha qanunları pozmayacaqdır İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyun 2024-cü il tarixli 9/1458 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş tütün məmulatlarının nümunələr əsasında xx.xx.2024-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 370.00 manat müəyyən edilir.Həmin tütün məməlutlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, 30 qutu aksiz markası ilə markalanmamış “X3” və 40 qutu « “X4” markalı siqaretlər Balakən Gömrük İdarəsinin saxlanc anbarında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. 50 (əlli ) manat ekspertiza xərci barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsinin saxlanc anbarında saxlanılan , 370.00 manat dəyərində 30 qutu aksiz markası ilə markalanmamış “X3 100's" və 40 qutu “X4” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. 50 (əlli ) manat ekspertiza xərci barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar