Məhkəmə qərarları › İş №3(019)-270/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-270/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-270/2025 17.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında yaşayan, ünvan 2 Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə 01 iyul 2025-ci il tarixli, 00500- 00690/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 23:00 radələrində “Mazımqara” gömrük postunda stasionar rentgen qurğusunun konteynerinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES-BENZ ACTROS” markalı QF554QF/W819U qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun üzərində olan minik nəqliyyat vasitələrinin daxili konstruksiyasına nəzarət ücün “HCVG vizual SMİTH detection” rentgen yoxlama baxış sistemi vasitəsi ilə vizual baxış keçirilmişdir. Yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda vizual baxış keçirilən zaman, qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilmiş və nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir. Gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun üzərində olan “Ford Fusion” markalı, “3594 AZ” tranzit nömrəli minik nəqliyyat vasitəsinin ön hissəsinin mühərrik qapağının altından 3 ədəd qranat, 1 ədəd sükan dirəyi, 7 ədəd əyləc dayağı, “Dacia Lodgy” markalı, “5949 CD” tranzit nömrəli minik nəqliyyat vasitəsinin ön hissəsinin mühərrik qapağının altından 5 ədəd qranat, 1 ədəd sükan dirəyi, “Chevrolet Equinox” markalı, “2624 AZ" tranzit nömrəli minik nəqliyyat vasitəsinin ön hissəsinin mühərrik qapağının altından 3 ədəd sükan dirəyi, 1 ədəd əyləc dayağı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə Balakən Gömrük İdarəsinə daxil olan 07-S nömrəli mütəxəssis rəyinə əsasən, qeyd olunan hüquqpozma predmetlərinin orta bazar qiymətinin 1900 manat olduğu müəyyən edilmişdir. İşə baxılmasının yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan 13 iyun 2025-ci il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 23:00 radələrində “Mazımqara” gömrük postunda stasionar rentgen qurğusunun konteynerinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Nazım oğlunun idarə etdiyi “MERCEDES-BENZ ACTROS” markalı, QF554QF/VV819U qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun üzərində olan minik nəqliyyat vasitələrinin daxili konstruksiyasına nəzarət üçün “HCVG vizual SMİTH detection” rentgen yoxlama baxış sistemi vasitəsi ilə vizual baxış keçirilmiş və şifahi olaraq üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı bir əşya olmadığını bildirmişdir. Yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda vizual baxış keçirilən zaman, qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilmiş və nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir. Gömük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun üzərində olan “Ford Fusıon markalı, “3594 AZ” tranzit nömrəli minik nəqliyyat vasitəsinin ön hissəsinin mühərrik qapağının altından 3 ədəd qranat, 1 ədəd sükan dirəyi, 7 ədəd əyləc dayağı, "Dada Lodgy” markalı, “5949 CD” tranzit nömrəli minik nəqliyyat vasitəsinin ön hissəsinin mühərrik qapağının altından 5 ədəd qranat, 1 ədəd sükan dirəyi, Chevrolet Equinox” markalı, “2624 AZ” tranzit nömrəli minik nəqliyyat vasitəsinin ön hissəsinin mühərrik qapağının altından 3 ədəd sükan dirəyi, 1 ədəd əyləc dayağı minik nəqliyyat vasitələri üçün ehtiyat hissələri aşkar edilmişdir. Aşkar olunan hüquqpozma predmetləri bu protokol əsasında götürülmüşdür. Yoxlama zamanı videokameradan istifadə olunmuş, videoçəkilişin əks olunduğu 01 ədəd DVD disk və rentgen çıxarışı protokola əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs izahatında törətdiyi əməli etiraf etmiş, bildirmişdir ki, əməlinin qanunsuz olduğunu əvvəlcədən bilirdi və məlumat verməməkdə məqsədi avtomobil ehtiyat hissələrinin onlar tərəfindən aşkar olunmasına mane olmaqdan ibarət idi. Həmin mallar ona məxsusdur, Gürcüstan Respublikası Tbilisi şəhərində yerləşən maşın bazarından almışdır. Satıcının adı yadında deyil. Adı çəkilən ehtiyat hissələri Gürcüstan Respublikasında ucuz olduğu üçün aldı, düşündü ki, bunları Azərbaycana qayıtdıqdan sonra aldığı qiymətdən baha qiymətə sata bilər. Ehtiyat hissələrini təqribi olaraq 700 Gürcüstan Larisinə almışdır. Əməlindən səmimi peşmandır, bir daha belə səhvə yol verməyəciyini qeyd etmişdir. 25 iyun 2025-ci il tarixli, 07-Ş nömrəli ekspert aktından görünür ki, 8 ədəd qranad (560 manat), 8 ədəd əyləc dayağı (440 manat), 5 ədəd sükan dirəyi (900 manat) olmaqla, ümumilikdə malların orta bazar qiyməti 1900 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479-481, 482.1 və 482.2ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Yoxlama və götürməni əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan Balakən Gömrük İdarəsində saxlanılan 8 ədəd qranad, 8 ədəd əyləc dayağı, 5 ədəd sükan dirəyi müsadirə edilsin. İş üzrə 100 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Yoxlama və götürməni əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar