Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-271/2025 16.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi , məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Balakən Rayon İstehsal-İstehlak Kooperativi (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hüquqi şəxs Balakən Rayon İstehsal-İstehlak Kooperativi (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları və sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 nümayəndəsi Nümayəndə göstərdi ki, X7 və X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə Balakən rayon X3 əmək hüquqlarının pozulması barədə müraciət etmişdirlər. Onların müraciətlərinə X10 Xidmətinin X5ndə baxılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanın tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) regional şöbəyə təqdim edilməməsi müəyyən edilmişdir. Buna görə də Balakən Rayon İstehsal-İstehlak Kooperativi barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Balakən Rayon İstehsal- İstehlak Kooperativi (VÖEN:**********) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Balakən Rayon İstehsal-İstehlak Kooperativinin (VÖEN:**********) nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Balakən Rayon İstehsal- İstehlak Kooperativinin (VÖEN:**********) sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5 tərəfindən Balakən rayon İstehsal-İstehlak Kooperativinə (VÖEN:**********) ünvanlanmış 01 iyul 2025-ci il tarixli 3- 17-5/2-58994/2025 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə barənizdə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 212306$ nömrəli inzibati xəta haqqında protokolun ikinci nüsxəsi məlumat üçün sizə göndərilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5 tərəfindən Balakən rayon İstehsal-İstehlak Kooperativinin rəhbərliyinə ünvanlanmış 03 iyun 2025-ci il tarixli 3-17-5/2- 50442/2025 nömrəli məktubda göstərilmişdir ki, vətəndaş X4 Balakən Rayon İstehsal- İstehlak Kooperativində əmək hüquqlarının pozulması barədə müraciətinə X10 Xidmətinin X5ndə baxılır. Odur ki, vətəndaşın (X.Mirəiiyeva) əmək fəaliyyətinə dair təsdiqedici sənədlərin təsdiq edilmiş surətini 7 (yeddi) iş günündən gec olmayaraq (“Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikasının N 13G8-1V-QD saylı 30 sentyabr 2015ci il tarixli Qanunun 7-ci maddəsi 7.9-cu bəndi) səlahiyyətli nümayəndənizin iştirakı ilə müraciətə rəsmi münasibət bildirməklə X10 Xidmətinin X5nə təqdim edilməsini xahiş edirik. 1.X.Mirəliyeva ilə bağlanılmış yazılı əmək müqaviləsinin, işə qəbul edilməsi ilə bağlı təqdim etdiyi ərizəsi, işə qəbul əmrinin surəti. 2.xx.xx.2023-cü il tarixindən bu günə qədər X.Mirəliyevanın adı olan iş vaxtının uçotu cədvəlləri və əmək haqqı ödənişi İlə bağlı sənədlərin (bank sənədləri əlavə edilməklə) surətləri. 3.X.Mirəliyevanın Balakən Rayon İstehsal-İstehlak Kooperativində işə cəlb edilibedilməməsi barədə məlumat əlavə edilməklə yuxanda qeyd edilənlərlə bağlı ətraflı arayış. 4.Araşdırma üzrə zəruri olan digər sənədlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5 tərəfindən Balakən rayon istehsal-İstehlak Kooperativinin rəhbərliyinə ünvanlanmış 02 iyun 2025-ci il tarixli 3-17-5/2- 50071/2025 nömrəli məktubda göstərilmişdir ki, X1 Baiakən Rayon İstehsal-İstehlak Kooperativində əmək hüquqlarının pozulması barədə müraciətinə X10 Xidmətinin X5ndə baxılır. Odur ki, vətəndaşın (H.Əliyeva) əmək fəaliyyətinə dair təsdiqedici sənədlərin təsdiq edilmiş surətini 7 (yeddi) iş günündən gec olmayaraq (“Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının N 1308-İV-QD saylı 30 sentyabr 2015-ci il tarixli Qanunun 7ci maddəsi 7.9-cu bəndi) səlahiyyətli nümayəndənizin iştirakı ilə müraciətə rəsmi münasibət bildirməklə X10 Xidmətinin X5nə təqdim edilməsini xahiş edirik. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X5 tərəfindən Balakən rayon İstehsal-İstehlak Kooperativinin rəhbərliyinə ünvanlanmış 19 iyun 2025-ci il tarixli 3-17-5/2- 55131/2025 nömrəli məktubda göstərilmişdir: “ X1 Balakən Rayon İstehsal-İstehlak Kooperativində əmək hüquqlarının pozulması barədə müraciətinə X10 Xidmətinin Şəki- Zaqataia regional şöbəsində baxılır.Həmin müraciətin araşdırılması ilə əlaqədar olaraq tərəfimizdən sizə xx.xx.2025-ci il tarixli 3-17-5/2-50071/2025 nömrəli sorğu məktubu göndərilmişdir. Məktubun xx.xx.2025- ci il tarixində sizə çatdırılmasına baxmayaraq bu günki tarixədək tərəfinizdən heç bir sənəd təqdim olunmamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan, qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1 -ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:00-da X10 Xidmətinin Şəki-Zaqatafa regional şöbəsinə (Şəki şəhəri, M.F.Axundov prospekti 56 “a”, tel: (02A 244-16-35) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunursunuz. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin müzakirə zamanı tərəfinizdən təqdim edilməsi tələb olunur. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibat xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Balakən Rayon İstehsal-İstehlak Kooperativi (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Balakən Rayon İstehsal-İstehlak Kooperativinin (VÖEN:**********) təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Balakən Rayon İstehsal-İstehlak Kooperativi (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Balakən Rayon İstehsal-İstehlak Kooperativi (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinsin, 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-271/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-271/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver