Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-272/2025 08.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1ində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 07 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, borclu Hacıyev X6 Rayon Məhkəməsinin 2(019)-850/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 6740 manat aliment borcunu tələbkar X7 ödəməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə izahatında bildirmişdir ki, ərizənin verildiyi 17 avqust 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikah münasibətlərindən 12 aprel 2016-cı ildə anadan olmuş X2 və 12 avqust 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 160 manat iki uşaq üçün 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Protokol tərtib edilən tarixə ödənilməmiş aliment borcu 6740 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, maddi imkanı olmadığı və uşaqları görməyə icazə vermədikləri üçün alimenti ödəməmişdir, məhkəmə tərəfindən vaxt verilmiş, lakin işdən icazə vermədikləri üçün məhkəmə iclasına gələ bilməmişdir, həmin müddətdə heç bir ödəniş etməmişdir. Barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat bildirməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs X9 aliment borcunun ödənilməsi üçün Şəxs vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin e-2(019)-850/2025 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizənin verildiyi 17 avqust 2023-cü il tarixdən başlayaraq 12 aprel 2016-cı ildə anadan olmuş X2 və 12 avqust 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 160 manat iki uşaq üçün 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməlidir; iddia qalan hissədə təmin edilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-850/2025 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs dərhal icranı təmin etməyi təklif olunmuşdur. xx.xx.2023cü il tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu Hacıyev X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarlardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X5 nümayəndəsi X3 tərəfindən yazılan 15 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-850/2025 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2000 manat ödəyəcəyinə söz verdiyi üçün noyabr ayının axırına qədər borcluya vaxt verilməsini xahiş etmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-850/2025 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs ünvan 1i ünvanına baxış keçirilmiş, baxış zamanı evdə və həyətdə qanunvericiliklə üzərinə həbs qoyula biləcək əşya və ya əmlak aşkar edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(019)-272/2025 nömrəli qərardadından görünür ki, Şəxs qaçıb gizləndiyindən barəsində axtarış elan edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində axtarış elan edilmiş Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da Bakı şəhərində saxlanılaraq Balakən RPŞ-yə gətirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşləmədiyi və uşaqlarla görüşə bilmədiyi üçün alimenti ödəməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır, bu, alimentin ödənilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs X9 aliment borcunun ödənilməsi üçün Şəxs vaxt verilməsini xahiş etmiş, məhkəmə tərəfindən ona vaxt verilmişdir. Lakin Şəxs məhkəməyə heç bir üzrlü səbəb olmadan gəlməmiş, qaçıb gizləndiyindən barəsində axtarış elan edilmişdir. Məhkəmə tərəfindən vaxt verildiyi və axtarışda olduğu müddətdə də heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli azadlığının məhdudlaşdığı 07 oktyabr 2025-ci il tarixdən saat 18:30-dan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi Vəkil ödənilməsi üçün 3 iş saatı üçün Balakən rayon Vəkil Bürosunun hesabına 33 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 07 oktyabr 2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Müdafiəçi Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun hesabına 33 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-272/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-272/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver