Məhkəmə qərarları › İş №3(019)-273/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-273/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-273/2021 17.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qax regional ərazi şöbəsinin MN ******* nömrəli 05 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq , m ü ə y y ə n e t d i m: X4 ərizə ilə məhkəməyə müraciət edərək itirilmiş müddəti bərpa edərək işə baxılması üçün işin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ərizəyə, ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X2 ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından görünür ki, X1 rayon Qabaqçöl Bələdiyyəsinin sədri olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qax regional ərazi şöbəsinin MN ******* nömrəli 05 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat inzibati cərimə olunmuşdur. X1 rayon Qabaqçöl Bələdiyyəsinin sədri olaraq inzibati məsuliyyətə cəlb olunduğundan o Balakən rayon Qabaqçöl Bələdiyyəsinin rekvizitləri olan blankda, yaxud müvafiq möhürlə təsdiq olunmuş sənəddə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə istinad etməklə müddətin bərpası üçün vəsatət verməli olduğu halda qanunvericiliyin tələbinə əməl etməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə istinad etməklə fiziki şəxs kimi ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etməklə vəzifəli şəxs kimi X5 Xidməti Qax regional ərazi şöbəsinin MN ******* nömrəli 05 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verməli olduğu halda, yenə də qanunvericiliyin tələblərinə əməl etməyərək fiziki şəxs olaraq Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun ərizə yazaraq qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X2 ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. X3 izah olunmalıdır ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qax regional ərazi şöbəsinin MN ******* nömrəli 05 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldım: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qax regional ərazi şöbəsinin MN ******* nömrəli 05 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X3 izah olunur ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qax regional ərazi şöbəsinin MN ******* nömrəli 05 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar