Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-274/2020 28.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə xx.xx.1964-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Balakən rayon Tülü bələdiyyəsinin sədri işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Tülü kəndində yaşayan-Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən rayonu Tülü Bələdiyyəsinin sədri Şəxs bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim edilməli olan Tülü Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 10 nömrəli iclasında qəbul edilmiş protokolu “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında“ Azərbaycan Respublikası Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Balakən rayonu Tülü Bələdiyyəsinin sədri Şəxs sözügedən inzibati xətanı törətməsi işdə olan sənədlərin bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. İşdə olan Balakən rayon Tülü bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 10 nömrəli iclasının qərarından və göndərmə zərfinin surətindən görünür ki, həmin qərar xx.xx.2020ci il tarixdə Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının qanununun 6.1-cı maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. 6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. İş materiallarından görünür ki, Balakən rayon Tülü bələdiyyəsinin sədri Qarayev X1 rayon Tülü Bələdiyyəsinin kənd ehtiyat fondu sahəsinin inkişaf layihəsinə uyğun heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə uzun müddətli icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması prosedurana başlanması barədə; şəhid anası X2 yardım edilməsi ,qarşıdan gələn “Qurban bayramı” ilə əlaqədar aztəminatlı ailələrə yardım edilməsi, kəndin A.Nuriyev adına küçəsinin təmir edilməsi barədə xx xxxx 2020-ci il tarixli 10 nömrəli iclasının qərarını Qanunla müəyyən edilmiş 05 gün müddətində Şəki Regional Ədliyyə İdarəsinə göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında 400 manatdan 600 manata kimi inzibati cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Balakən rayon Tülü bələdiyyəsinin sədri Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Balakən rayon Tülü bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-274/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-274/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver