Məhkəmə qərarları › İş №3(019)-275/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-275/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-275/2022 09.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, X3 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X2 Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Balakən rayonu Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında Balakən rayonu Talalar kəndi ərazisində küçədə qonşusu Zərərçəkmiş şəxs ünvanına və ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Buna görə də Balakən RPŞ-nin İTB-nin sahə rəisi X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə 09 avqust 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, qonşusu Zərərçəkmiş şəxs evinin yaxınlığında mal və qoyunların su içməsi üçün yer vardır. Həmin yerdə mal və qoyunlar su içdikdə su borusunu ayaqlayaraq çıxarmış, o da dəfələrlə həmin su borusunu yerinə salmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs evinə tərəf gedən su xəttini mallar su içdiyi zaman ayaqlayaraq çıxardığına görə oraya gedərək, su borusunu geri salmış və sonra oradan çıxıb getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və hər hansı şəxsin ünvanına söyüş ifadələri işlətməmiş, ictimai qaydanı pozmamışdır. Himayəsində iki azyaşlı uşaq vardır. Barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyətinə çəkdiyi su xəttindən suyun gəlmədiyini görərək, suyun qoşulduğu yerə getdikdə su xəttinin qoşulu olmasını görmüşdür. Xəttin üstü ilə gəldikdə ona gələn su xəttinin Şəxs tərəfindən yerə basdırılmasının, həmin su gəldiyi xətt ilə özünə boru qoşaraq su aparmasının şahidi olmuşdur. Bunu görərək DİN-nin 102 xidmətinə zəng etmiş, Şəxs oraya çağıraraq su xəttini nə üçün bağladığını ondan soruşmuşdur. Cavabında Şəxs heç bir əsas olmadan ucadan onun ünvanına nalayiq ifadələr işlətmiş, ünvansız söyüşlər söyərək, hara istəsə şikayət edə biləcəyini, ona heç nə edə bilməyəcəklərini demişdir.Şəxs söyüş səsinə qonşuluqla yaşayan Şahid1 və Şahid2 gəlmiş, lakin Orxan söyüşlərinə ara verməmiş, yenə də söyüşlər söyməkdə davam etmişdir. O da bundan əsəbləşib yenidən 102 xidmətinə zəng etmişdir. Orxanın nalayiq ifadələr işlətməsi, ünvansız söyüşlər söyməsi təxminən 30-40 dəqiqə davam etmiş, hadisə küçədə baş vermiş, bu zaman ətrafda çoxlu adamlar, o cümlədən qız-gəlinlər olmuşlar. Bundan əvvəl də Şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuşdur. Şəxs barəsində ən sərt tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yolda nalayiq sözlər, küçə söyüşləri eşidərək yola çıxmışdır. Yolda Şəxs Mahirin evinə su xətti gedən yerdə nalayiq sözlər, ünvansız söyüşlər söyməsini, Zərərçəkmiş şəxs və Şahid1 orada olmalarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs Şəxs ona gedən su xəttini nə səbəbdən bağlamasını soruşduqda, cavabında Şəxs yaxşı edərək suyu bağladığını, hara istəsə şikayət edə biləcəyini deyərək, yenidən söyüş söyməyə başlamışdır. Şahid1 Şəxs «burada ailələr yaşayır, nəyə görə söyüş söyürsən» dedikdə, Orxan buna məhəl qoymamış, yenidən nalayiq ünvansız söyüşlər söyməyə başlamışdır. Orxanın onun dediklərinə məhəl qoymadığını, yenidən ünvansız söyüşlər söydüyünü görən Şahid1 başını yelləyərək çıxıb getmişdir. Şəxs söz deməyin mənasız olduğunu görərək, o da hadisə yerindən getmişdir. Şəxs Zərərçəkmiş şəxs sahəsinə gedən su xəttinin yanında yarım saatdan çox söyüş söymüşdür. Həmin vaxt orada Zərərçəkmiş şəxs, Şəxs, Şahid1 və o, olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 izahatına uyğun izahat verərək, onun izahatında göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış də Balakən RPŞ-nin İTBnin sahə rəisi X1 Orxan Allahyar oğlunun 28 iyun 2022-ci il tarixdə səhər saatlarında Balakən rayonu Talalar kəndində ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğunu, ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlandığını bildirmişdir. İşdə olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı X4 07 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış NK-1-422 nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsi, həmçinin gələcəkdə daha ağır nəticələrə səbəb ola biləcək cinayətlərin qabaqcadan qarşısının alınması üçün Şəxs və Zərərçəkmiş şəxs ailələrinin qeydiyyata götürülərək profilaktiki söhbətlər aparılması üçün qərarın surətinin İTB-yə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və Zərərçəkmiş şəxs göndərilməsi qərara alınmışdır. İşdə olan Balakən RPŞ-nin İTB-nin sahə rəisi X7 inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində həmin maddə ilə tədbir görülməsi məqsədi ilə inzibati icraat açılmışdır. İşdə olan Balakən RPŞ-nin İTB-nin sahə rəisi X11 tərəfindən tərtib edilmiş arayışda göstərilir ki, Balakən rayonu Talalar kənd sakini Şəxs 2014-cü ildə AR İXM-nin 38-1-ci, 2016-cı ildə AR İXM-nin 566-cı, 2021-ci ildə AR İXM-nin 211.2-ci, 2022-ci ildə AR İXM-nin 157-ci və 2022-ci ildə AR İXM-nin 510-cu maddələrilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşə əlavə olunan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3 (019)- 75/2022 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Balakən rayonu Talalar kəndində aralarında yaranmış mübahisə zamanı qonşusu X5 çiyninə bir dəfə yumruqla vuraraq ona qəsdən fiziki ağrı yetirməsinə, həmçinin xx.xx.2022ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Talalar kəndində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdyinə görə Şəxs törədilməsi 10 yanvar 2022-ci il tarixə saat 12 radələrinə istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində, törədilməsi 30 yanvar 2022-ci il tarixə saat 17 radələrinə istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutudlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmiş, Azərbaycan Respublikası İXM-nin 34.1 və 34.3-cü maddələri və qanunun analogiyası üzrə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə təyin olunan bu cərimə tənbehləri qismən toplanılmış və Şəxs 500 manat məbləğində inzibati cərmə təyin edilmişdir. İşə əlavə olunan Balakən RPŞ-nin rəisi X8 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X9 və xx.xx.2021-ci il tarixdə doğulmuş Həsənov Yusif orxan oğlu olmaqla Şəxs himayəsində iki azaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X6 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 iyun 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs su xəttini bağlamaması, həmin vaxt ictimai yerdə söyüşlər söyməməsi, ictimai qaydanı pozmaması barədə izahatında bildirdiklərinə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, həmin bu məlumatlar həqiqətə uyğun deyildir. Belə ki, məhkəmə tərəfindən mötəbər sübutlar sayılan Zərərçəkmiş şəxs izahatı, şahidlər Şahid2 və Şahid1 izahatları, Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 iyul 2022-ci il tarixli qərarı, inzibati araşdırma nəticəsində toplanmış və işə əlavə olunmuş digər sübutlarla Şəxs 28 iyun 2022-ci il tarixdə səhər saatlarında Balakən rayonu Talalar kəndində ictimai yerdə cəmiyyətdə hökm sürən birgəyaşayış qaydalarını pozmaqla Zərərçəkmiş şəxs ünvanına və ünvansız söyüşlər söyməsi, bu hərəkətlərini davam etdirməsi, ətrafda yaşayan insanların rahatlığını pozması, bununla da ictimai qaydanı pozması tam qaydada sübut olunur. Ona görə də məhkəmə Şəxs ona istinad olunan İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi barədə məhkəmədə verdiyi izahatını özünümüdafiə kimi qiymətləndirilməklə mötəbər sübut saymır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 510-ci maddəsilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və iş materiallarına əsasən himayəsində iki azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı eyni xəta üzrə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair» 8 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Törədilmiş xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində iki azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirən halı və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı eyni xəta üzrə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən il ərzində təkrar törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətə inzibati qaydada həbs edilməli, həbs müddətinin əvvəli hazrki qərarın elan olunduğu 09 avqust 2022-ci il tarixdən saat 16.30-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 09 avqust 2022-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar