Məhkəmə qərarları › İş №3(019)-276/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-276/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-276/2022 25.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 395-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Balakən rayonu Talalar kəndi ərazisində müvafiq icazəsi olmadan özbaşına tikinti işləri aparması əsası ilə bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP1395993 №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində ona istinad olunan İXM-nin 395-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuş və bununla da inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Halbuki Azərbaycan Respublikasının İXM-nin 395-ci maddəsində hər hansı əməl inzibati xəta kimi nəzərdə tutulmamış, İXM-nə daxil edilməmiş və məhz İXM-nin 395-ci maddəsində müəyyən edilmiş inzibati xətaya görə məsuliyyət nəzərdə tutulmamışdır. Bu xüsusda inzibati məsuliyət İXM-nin 395.1, 395.1-1 və 395.2-ci maddələrində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Repsublikası İXM-nin 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə, İXM-nin 395.1-1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə və İXM-nin 395.2-ci maddəsində tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində İXM-nin 395.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmamış, bununla da onun haqqında həmin İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmamışdır. Şəxs barəsində İXM-nin 295-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, Azərbaybaycan Respublikasının İXM-də də 395-ci maddəsi üzrə məsuliyyət müəyyən olunmuş inzibati xəta nəzərdə tutulmamışdır. Belə olan halda Şəxs əməlində ona istinad olunan inzibati xətanın nə obyekti, nə obyektiv cəhəti, nə subyektiv cəhəti, nə də subyekti mövcud deyildir və bununla da Şəxs əməlində həmin İXM-nin 395-ci maddəsində olduğu göstərilən inzibati xətanın tərkibi yoxdur. Şəxs barəsində İXM-nin 395-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlamış orqan və ya vəzifəli şəxs tərəfindən də İXM-nin 395-ci maddəsində məsuliyyətə səbəb ola biləcək xətanın müəyyən olunması və Şəxs İXM-nin 395-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış, Şəxs məhz İXM-nin 395-ci maddəisndə nəzərdə tutulmuş xətanı törətməsi sübut olunmamışdır. Halbuki bu halları sübut etmək vəzifəsi həmin orqanın və ya həmin orqanın inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. O da qeyd edilməlidir ki, qanunvericilikdə, o cümlədən İXM-də məhkəmə üçün İXMnin 395.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar vermək, bununla da şəxs haqqında inzibati xəta haqında iş üzrə icraat başlamaq səlahiyyətləri nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. Ona görə də məhkəmə Şəxs barəsində İXM-nin 395.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edə bilməz, həmçinin inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar verə bilməz, yəni onun haqqında İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqında iş üzrə icraat başlaya bilməz. Eyni zamanda qanunvericilikdə məhkəmə üçün şəxsin əməlinin ona istinad olunan İXM-nin bir maddəsindən həmin Məcəllənin digər maddəsinə tövsif etmək, hazırki halda şəxsə istinad olunan qanunda inzibati xəta kimi nəzərdə tutulmayan əməlin İXM-nin müvafiq maddəsinə tövsif etmək səlahiyyəti də müəyyən edilməmişdir. Ona görə də məhkəmə Şəxs əməlini ona istinad olunan İXM-nin 395-ci maddəsindən həmin Məcəllənin 395.1-ci maddəsinə tövsif edə bilməz. Şəxs barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar vermək səlahiyyətli qanunda müvafiq qurumlara və prokurora aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 395ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53,105.1, 109.2, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsilə başlanmış inzibati xəta haqqındaiş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar