Məhkəmə qərarları › İş №3(019)-277/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-277/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-277/2021 19.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq , m ü ə y y ə n e t d i m: X2 ərizə ilə məhkəməyə müraciət edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş MN ******* nömrəli protokol əsasında tətbiq edilmiş, İXM-nin 211.2-ci maddəsinə əsasən 100 AZN məbləğində cərimə edilməsi barədə AZA ******* nömrəli 14 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ərizəyə , ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından görünür ki, X2 14.03.2021-ci il tarixli, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizə ilə 05 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş MN ******* nömrəli protokol əsasında tətbiq edilmiş, İXM-nin 211.2ci maddəsinə əsasən 100 AZN məbləğində cərimə edilməsi barədə AZA ******* nömrəli 14 mart 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Mustafa Dibirov qərarın surətini nə vaxt alınmasını təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən,bu halda isə qanunla müəyyən edilmiş şikayət vermə müddəti keçdiyindən Balakən Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Bundan sonra X3 Rayon Polis Şöbəsi tərəfindən hansı isə digər işə görə 13 avqust 2021-ci il tarixdə ona göndərilmiş zərfin surətini əlavə edərək həmin ərizəni yenidən məhkəməyə göndərmişdir. Lakin ərizəçi diqqətə almamışdır ki, 04 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə yazarkən artıq həmin sənədlərin - Balakən rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol və AZA ******* nömrəli 14 mart 2021-ci il tarixli qərar onda olmuş və o, həmin sənədlərin surətini ərizəsinə əlavə etmişdir. Beləliklə iş materiallarından görünür ki, X2 14.03.2021-ci il tarixli, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından qanunla müəyyən edilmiş müddəti ötürməklə şikayət vermişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X1 14.03.2021-ci il tarixli, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. O da bir daha qeyd edilməlidir ki, Mustafa Dibirov faktiki olaraq Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş MN ******* nömrəli protokol əsasında tətbiq edilmiş AZA ******* nömrəli 14 mart 2021-ci il tarixli qərardan şikayət versə də, şikayət əvəzinə ərizə yazmış və ərizə mülki prosessual qanunvericiliyin tələbinə uyğun (ərizəçi,maraqlı şəxs və s) tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldım: X1 Balakən rayon Polis Şöbəsi tərəfindən 14.03.2021-ci il tarixli, AZA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar