Məhkəmə qərarları › İş №3(019)-278/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-278/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-278/2021 19.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X5 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cı ildə Balakən rаyоnu Talalar kəndində аnаdаn оlmuş, orta təhsilli,subay, işləməyən, əvvəllər inzibаti məsuliyyətə cəlb оlunmuş, Bаlаkən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim : Balayev Seymur Cahangir oğlu 18.08.2021-ci il tarixdə saat 21:50 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21061 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Balakən Rayon Polis Şöbəsinin balansında olan “Fiat Doblo” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vuraraq avtomobilə 800 manat məbləğində ziyan vurmuş, avtomaşını saxladıqdan sonra isə ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Balakən rayonu Talalar kəndində yaşayır. 18.08.2021-ci il tarixdə saat 21 radələrində o tanışı X3 və X8 oğlu ilə birlikdə olarkən spirtli içki qəbul etmişlər. Spirtli içki qəbul etməsinə baxmayaraq Orxanın qardaşına məxsus VAZ 2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilli Balakən şəhəri, H.Əliyev prospektində idarə etmişdir. Bu zaman o ehtiyatsızlıqdan qarşıda gedən “FİAT - DOBLO” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Həmin yer körpüyə yaxın olduğu üçün körpünü keçdikdən sonra avtomobili saxlamışdır. Polis əməkdaşları da “FİAT - DOBLO” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib maşını saxlamışlar. O içkili olduğu üçün həmin vaxt nəlayiq ifadələr işlətmişdir. Ancaq o heç kimə söyməmişdir. Sadəcə əsəbi olduğundan ünvansız nəlayiq sözlər işlətmişdir. Əməlindən peşimandır. “FİAT - DOBLO” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəymiş ziyanı ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Nümayəndə1 göstərdi ki, Şəxs 18.08.2021-ci il tarixdə saat 21:50 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21061 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Balakən Rayon Polis Şöbəsinin balansında olan “Fiat Doblo” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vuraraq avtomobilə 800 manat məbləğində ziyan vurmuş, avtomaşını saxladıqdan sonra isə ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bu əməllərinə görə onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi, Balakən RPŞ-nin DYPB-si tərəfindən isə İXM-nin 333.3 –cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2017-ci ildən Balakən RPŞ-nin PPXB-də polis nəfəri kimi çalışır. Həmişə olduğu kimi 18.08.2021 -ci il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə “Fiat Doblo” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtopatrulda Balakən şəhəri, H.Əliyev prospektində 2 nömrəli marşurutda xidmətdə olmuşlar. Həmin günü saat 21:50 radələrində H.Əliyev prospekti ilə hərəkətdə olan zaman VAZ 2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Fiat Doblo” markalı avtomobilin arxa hissəsindən vuraraq avtomobili təxminən 200 metr irəlidə H.Əliyev adına parkın qarşısında saxlamışdır. Onlar həmin yerə yaxınlaşan zaman VAZ 2106 markalı avtomobildən düşən sürücünün hərəkətlərindən onun spirtli içki qəbul etdiyi hiss olunmuşdur. Həmin şəxs ucadan nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onlarla kobud rəftar etməyə başlamışdır. Hadiə yerinə gələn YPX-nin əməkdaşlarının köməkliyi ilə həmin sürücü və avtomobildə əyləşən 2 nəfər sərnişin Balakən RPŞ-nə gətirilmişdir. Şöbədə məlum olmuşdur ki, ünvansız nəlayiq söyüş söyən Balakən rayon Talalar kənd sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 izahatına uyğun izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 18.08.2021-ci il tarixli, 289 nömrəli aktdan görünür ki, 18.08.2021-ci il tarixdə Şəxs orta sərxoş olmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında 18.08.2021-ci il tarixli qərardan görünür ki, Şəxs 18.08.2021-ci il tarixdə saat 22:50-də inzibati qaydada tutulmuşdur. İşdə olan 19.08.2021-ci il tarixli aktdan görünür ki, “Fiat Doblo” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşına Avtoservis “777” əməkdaşlarından ibarət komissiya tərəfindən baxış keçirilmiş avtomaşına 800 manat ziyan dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya –epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Balayev Seymur Cahangir oğlunun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 510-cu maddələri ilə düzgün tövsif edilmişdir, o həmin xətaları törətmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 333.3-cü maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs oğluna həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Balayev Seymur Cahangir oğlunun məsuliyyətini yüngülləşdirən hal yoxdur, onun əvvəllər də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi inzibati xəta törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 510-cu maddələri ilə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs bir gün inzibati qaydada tutulduğundan həmin müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq olunacaq inzibati həbsdən çıxılmalıdır. Vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-36.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hazırda baxılmasını əsaslı hesab etmir. Zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Polis Şöbəsinə izah olunmalıdır ki, zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 6 manat Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 510-cu maddələri ilə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş )gün müddətə inzibati həbs edilsin. Onun 1(bir) gün tutulub saxlandığı müddət təyin edilmiş inzibati həbs müddətindən çıxılsın, onun üzərində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 14 (on dörd) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 19 avqust 2021-ci il tarixdən saat 13-00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Polis Şöbəsinə izah olunur ki, zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 6 manat Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar