Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-279/2020 18.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Xalatala kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsində küçədə sərxoş vəziyyətdə ucadan səs-küy salmış və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidin ifadəsi və işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Bum» adlı kafedə dostları ilə çörək yemiş və orada spirtli içki qəbul etmişdir. Sonradan yəni xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində o, kafeni tərk etmiş, çox içkili olduğuna görə özünü idarə edə bilməmişdir. Susadığına görə Qabaqçöl qəsəbəsində olan mağazanın qarşısındakı soyuducunu açıb oradan su götürüb içmək istəmişdir. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq ona öz iradlarını bildirmiş və onu nizam-intizama dəvət etmişlər. O, içkili olduğuna görə onların sözlərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Əməlindən peşimandır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon Polis Şöbəsinin polis nəfəri Şahid göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində Balakən rayonu Qabaqçöl kəndi ərazisində Balakən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı Elnur Göylərov ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin sərxoş vəziyyətdə ərzaq mağazasının qarşısındakı soyuducunun qapısını açmaq istədiyini görmüşdür. Ona yaxınlaşdıqda isə həmin şəxs mağazanın qarşısındakı qarpızları dağıtmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etsələrdə, həmin şəxs onların qanuni tələblərinə tabe olmamış və onlara müqavimət göstərməyə başlamışdır. Buna görə də həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Balakən rayonu Xalatala kənd sakini xx.xx.1993-cü il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra bu barədə raportla rayon polis şöbəsinə məruzə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati tutma haqqında xx.xx.2020ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 05.10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2020-ci il tarixdə saat 16:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 239 nömrəli Aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs səmimi peşimançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Onun inzibati xətanı sərxoş törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında 200 manat cərimə və bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib İnzibatı Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq olunmaqla 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-279/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-279/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver