Məhkəmə qərarları › İş №3(019)-279/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-279/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-279/2021 16.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Nümayəndə2 vəkili Vəkil2, qərarından şikayət verilmiş orqan- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi Şöbəsinin 05 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi Şöbəsinin 05 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi təqsirli bilinmiş və barəsində 3000 (üç min) manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi Şöbəsinin 05 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, eyni zamanda vəsatət verərək qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Onun şikayəti 23 avqust 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 vəsatətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi idarəsi Qabaqçöl qəsəbə bələdiyyəsinə məktub göndərərək 05 iyul 2001-ci il saat 11:00-a Qax Regional Ərazi İdarəsinə dəvət olunmuşdur. Orada ondan izahat alınandan sonra bir xətaya görə iki müxtəlif cərimə tədbiq edilmişdir. Bununla bağlı həmin idarədən cərimənin ödənilməsi yönündə MN ******* saylı protokola əsasən MN1065410 saylı Qərar qəbul edilərək poçt vasitəsilə həmin qərar Qabaqçöl bələdiyyəsinə göndərilmişdir. Poçt zərfini 08.07.2021-ci il tarixində aldığından, həmin Qərardan xəstəliyi ilə bağlı vaxtında məhkəməyə şikayəti üzürlü səbəbdən verə bilməmiş, şikayət üçün nəzərdə tutulan müddət ötürülmüşdür. Müddətin ötürülməsinə səbəb xəstə olmağı olmuşdur. Onun xəstə olması UGUR tibb mərkəzinin 14.08.2021-ci il tarixli məktubunda öz əksini tapmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq itirilmiş müddəti bərpa edərək işə baxılması üçün işin icraata götürülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 02 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında vəsatəti müdafiə edərək onun məzmununa uyğun izahat verərək vəsatətin təmin edilməsini xahiş etmişdir. O, xəstəliyi ilə bağlı sübut təqdim edəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu əsasa görə məhkəmə iclası 13.09.2021-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə Nümayəndə2 məhkəmə iclasına gəlməmiş, yeni müqavilə bağladığı Vəkil2 işlə tanış olması və sübut təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iclası 16 sentyabr 2021ci il tarixə saat 12:00-a təxirə salınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ötürülmüş müddətin üzürlü hesab edilməsi barədə məhkəməyə yeni vəsatət göndərmişdir. Balakən rayon Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 həmin vəsatətində göstərmişdir ki,X6 Xidməti Qax regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş MN ******* nömrəli protokol əsasında tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 AZN cərimə edilməsinə dair MN ******* nömrəli 05 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsinə dair verdiyi şikayətə baxılması 16.09.2021-ci il tarixə saat 12:00-a Balakən Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Hüquqi məlumatsızlığından həmin qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax regional ərazi şöbəsinin baş əmək müfəttişi X7 tərəfindən Balakən rayonu Qabaqçöl bələdiyyəsi barəsində X1 Balakən rayon Qabaqçöl bələdiyyəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 25 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Bir inzibati xətaya görə şəxsin iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünsüz olduğunu zənn edərək elə bilmişdir ki, həm Balakən rayonu Qabaqçöl bələdiyyəsi, həm də Balakən rayonu Qabaqçöl bələdiyyəsinin sədri kimi barəsində tərtib edilmiş protokola bir işdə baxılacaqdır. Buna görə də MN ******* nömrəli 05 iyul 2021-ci il tarixli qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. Sonradan ona izah etmişlər ki, sözügedən qərardan şikayət verməli idi. Buna görə də hesab edir ki, qanunla müəyyən edilmiş müddətdə qərardan şikayət vermə müddətini üzürlü səbəbdən ötürmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan vəsatətə baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 vəkili Vəkil2 məhkəmə iclasında vəsatəti müdafiə edərək onun təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə1 vəsatətə etiraz edərək göstərdi ki, Balakən rayon X3 sədri Nümayəndə2 tərəfindən X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsinə dair DTX-nın Balakən Rayon Şöbəsindən 16.06.2021-ci il tarixdə 1089 nömrə ilə daxil olmuş iş haqqında materiala X6 Xidmətinin Qax regional ərazi şöbəsində baxılmış, ƏMBEİS ilə müvafiq üzləşmələr aparılmış və müəyyən olunmuşdur ki, X3 sədri Nümayəndə2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X2 X3 mühasibi vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla bağlı X3 sədri Nümayəndə2 və X4 25 iyun 2021 -ci il tarixində X6 Xidmətinin Qax regional ərazi şöbəsinə inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq dəvət edilmiş və müvafiq izahatları alınmışdır. Nümayəndə2 və X1 araşdırmaya verdiyi müvafiq izahatlarda aralarında yazılı əmək müqaviləsi olsa da həmin müqavilənin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədiyi təsdiq edilmişdir. Aşkar edilmiş inzibati xəta halına görə X6 Xidmətinin Qax Regional Ərazi Şöbəsi tərəfindən X3 sədri Nümayəndə2 barəsində 25.06.2021-ci il tarixli, MN1053003 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında inzibati xəta haqqında işə 05.07.2021-ci il tarixdə baxılmış və MN1065410 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Nümayəndə2 barəsində İXM-nin 192.1-ci maddəsi ilə 3.000 (üç min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Nümayəndə2 Əli oğlu barəsində tərtib edilmiş MN1065410 nömrəli inzibati tənbehvermə hagqında qərar 06.07.2021-ci il tarixdə barəsində qərar qəbul edilmiş şəxsə poçt vasitəsilə göndərilmiş və 08.07.2021-ci il tarixdə şəxsən Süleymanov tərəfindən qəbul edilmişdir. Lakin qeyd olunan vaxtdan xeyli müddət keçdikdən sonra yəni, 21.08.2021-ci il tarixdə Nümayəndə2 tərəfindən barəsində tərtib edilmiş 05.07.2021-ci il tarixli, MN1065410 nömrəli inzibati tənbehvermə haqqında qərardan inzibati qaydada şikayət verilmiş və buraxılmış müddətin bərpa edilməsi xahiş olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Nümayəndə2 müddətin ötürülməsini xəstəliyi və hüquqi savadsızlığı ilə əlaqələndirmişdir Bildirir ki, Nümayəndə2 xəstə olub müalicə olunması barədə heç bir sübut təqdim etməmişdir.Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin üçüncü bəndinə əsasən isə qanunu bilməmək məsuliyyətdən azad etmir. Ona görə də müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi, onun vəkilini və qərarından şikayət verilən orqanın nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 şikayət vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi Şöbəsinin 05 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi təqsirli bilinmiş və barəsində 3000 (üç min) manat miqdarında inzibati cərimə tətbiq edilmişdir .05 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti X6 Xidməti Qax Regional Ərazi Şöbəsi tərəfindən 06.07.2021-ci il tarixdə Nümayəndə2 göndərilmiş və qərarın surəti 08.07.2021-ci il tarixdə Süleymanov tərəfindən şəxsən qəbul edilmişdir.Lakin qeyd olunan vaxtdan xeyli müddət keçdikdən sonra yəni, 21.08.2021-ci il tarixdə Nümayəndə2 tərəfindən barəsində tərtib edilmiş 05.07.2021-ci il tarixli, MN1065410 nömrəli inzibati tənbehvermə haqqında qərardan məhkəməyə şikayət verilmiş, eyni zamanda məhkəməyə vəsatət verilərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Nümayəndə2 şikayət vermə müddətinin buraxılmasını xəstə olması, sonra isə hüquqi savadsızlığı ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 –130.2-ci maddələrinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 xəstə olmasını göstərsə də stasionar və ambulator qaydada müalicə olunmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.Onun hüquqi savadsızlığı ilə bağlı qeyd edilməlidir ki,Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin üçüncü bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Eyni zamanda bələdiyyə sədri işləyən, ali təhsilli şəxsin inzibati tənbehvermə haqqında qərarın mahiyyətini başa düşməməsi inandırıcı deyildir. İşin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi Şöbəsinin MN1065410 nömrəli, 05.07.2021-ci il tarixli qərarından şikayət vermə müddətini üzürsüz səbəbdən buraxmasını nəzərə alaraq hesab edirəm ki, Nümayəndə2 vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 128-130-cu maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Balakən Qabaqçöl bələdiyyəsinin sədri Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qax Regional Ərazi Şöbəsinin MN1065410 nömrəli, 05.07.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar