Məhkəmə qərarları › İş №3(019)-28/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-28/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-28/2022 18.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun vəkili -Balakən rayon Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1996-cı ildə Balakən rayonunun İtitala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu İtitala kəndində yaşayan Şəxs oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs oğlu 17 yanvar 2022-ci il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə Balakən rayonu İtitala kəndində ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək məişət səsküyünə qarşı mübarizə qaydalarını pozmuş və həmin vaxt onu intizama dəvət edən Balakən rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 Qüdrət oğlunun və X1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs oğlunun sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə oğlu məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 raportu əsasında araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən şahidlərin ifadələri, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları alınmış və Balakən rayonu İtitala kəndində yaşayan xx.xx.1996cı-ci il təvəllüdlü Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Balakən rayonunun İtitala kəndində yaşayır. 17.01.2022-ci il tarixdə səhər saat 10.00 radələrində Balakən şəhəri ərazisində kafedə üç bakal pivə içmişdir. Saat 13.00 radələrində oradan çıxaraq kəndə, yəni İtitalaya getmişdir. Axşam saatlarına qədər yaşadığı evdə olmuş, saat 21.00 radələrində dostları Sərdar və Tamerlan ilə xəbərləşərək saat təxminən 22.00 radələrində Tamerlan və o, İtitala kəndinin mərkəzində görüşmüş və orada yerləşən kafedə oturaraq yeyib-içməyə başlamışlar. Üçü bir litr araq içmişlər. Saat təxminən 23.00 radələrində oradan duraraq, kəndin mərkəzində, yəni küçədə söhbət eləməyə başlamışlar. Onlar bir müddət söhbət etdikdən sonra gecə saat 01.00 radələrində aralarında biraz mübahisə olmuş, sərxoş olduqlarından ucadan danışıb səs-küy salmışlar. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq onları nizam-intizama dəvət etmişlər. Lakin onlar içkili vəziyyətdə olduqları üçün onların tələbinə tabe olmamışlar. Bundan sonra o evə tərəf getmişdir.Yadına düşmüşdür ki, atı sulamamışdır. O,atı sulamaq üçün apararkən yıxılmış üstü batmışdır. Həmin vaxt yenə də polis əməkdaşları gəlmişdir. Onlar polis əməkdaşlarına məxsus şəxsi avtomobilin ön hissəsinə torpaq parçasının atıldığını bildirmişlər.Nəticədə avtomobilin ön bamperi qırılmışdır.Əməlindən peşimandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Məmmədov Cahid Zeynalabdin oğlu göstərdi ki, 17.01.2022-ci il tarixdə saat 01 radələrində o və RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 Balakən rayonu İtitala kəndində gecə gəzintisində xidmətdə olduqları zaman 3 nəfər şəxsin kəndin ortasında, küçədə ucadan nalayiq ifadələr işlədərək bir-biriləri ilə mübahisə etdiklərini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onları nizam intizama dəvət etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişlər. O şəxslərdən biri onların olduğu avtomaşına tərəf torpaq parçası ataraq onların olduğu avtomaşının ön bamperini qırmışdır. Bu səbəbdən həmin şəxsi özləri ilə birlikdə polis şöbəsinə gətirmişlər. RPŞ-də olan zaman həmin şəxsin Balakən rayonu İtitala kənd sakini Şəxs olduğu məlum olmuşdur.Bu səbəbdən həmin şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə bu barədə raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Qüdrət oğlu Məmmədov Cahid Zeynalabdin oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki,Şəxs 17.01.2022-ci il tarixdə 02:30-da inzibati qaydada tutulmuş, 18.01.2022-ci il tarixdə saat 16:00-da azad edilmişdlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur.Onun bu inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın olmamasını, məsuliyyəti ağırlaşdıran halı, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs 17.01.2022-ci il 02:30-dan 18.01.2022-ci il saat 16:00-dək inzibati qayda tutulub saxlandığı müddət inzibati həbs müddətinə daxil edilib həmin müddətdən çıxılmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun 17.01.2022-ci il 02:30-dan 18.01.2022-ci il saat 16:00-dək tutulub saxlandığı müddət inzibati həbs müddətinə daxil edilib həmin müddətdən çıxılsın, üzərində qəti olaraq 06 (altı)gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 18 yanvar 2022-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar