Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-281/2023 19.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Tülü kəndinə yaşayan Şəxs barəsində Balakən rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs “Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsininin 1-ci bəndininin və “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” 21 dekabr 2000-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınının 2-ci bəndinin tələblərini pozaraq 1-2 may 2023-cü il tarixdən 25 may 2023-cü il tarixədək “Bəyaz” kafesini işlədərək vergi ödəyicisi kimi qeydiyyatdan keçməyərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş,50 manat qazanc əldə etmişdir. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Nümayəndə izahatında göstərdi ki, Şəxs “Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndininin və “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” 21 dekabr 2000-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabenetinin Qərarınının 2-ci bəndinin tələblərini pozaraq 1-2 may 2023-cü il tarixdən 25 may 2023-cü il tarixədək “Bəyaz” kafesini işlədərək vergi ödəyicisi kimi qeydiyyatdan keçməyərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Buna görə də Şəxs barəsində Balakən rayon prokuroru ,baş ədliyyə müşaviri X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 22 iyun 2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonu Tülü kəndində yaşayır. O, Talalar kəndində yerləşən “Bəyaz” adlı kafeni təxminən 2023-cü ilin may ayının 1-2-dən may ayının 25-nə kimi işlətmişdir. “Bəyaz” adlı kafeni işlətdiyi zaman heç bir vergi ödəməmiş və onun VÖEN-i yoxdur. “Bəyaz” kafeni işlətdiyi müddətdə əldə etdiyi gəlir 50 manat olmuşdur.O,vergi qeydiyyatına alınmadığına görə də vergi ödəmir.Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Balakən rayon prokurorluğuna ünvanlanmış 21 iyun 2023-cü il tarixli **********498200 nömrəli məktubdan görünür ki, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan Şəxs (Fin kodu-xxxxxxx) xx.xx.2023-cü il tarixədək vergi orqanının məlumat bazasında vergi uçotuna alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin-50 manatın ) iki misli miqdarında-100 (bir yüz) manat inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-281/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-281/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver