Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-282/2024 02.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol İdarəsinin xx.xx.2024cü il tarixli İXP-6306081 nömrəli qərarından verdiyi ərizəsinə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq , m ü ə y y ə n e t d i m: X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol İdarəsinin xx.xx.2024-cü il tarixli İXP-6306081 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, X2 xx.xx.2024-cü il tarixli İXP-6306081 saylı inzibati tənbeh vermə haqqında qərardan 01 iyul 2024-cü il tarixdə şikayət vermişdir. Buna baxmayaraq qərarın surətini rəsmi qaydada almasına dair sübutu ərizəsinə əlavə etməmişdir. İşin yuxarıda qeyd edilən hallarını,qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: X2 tərəfindən verilmiş barəsində olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol İdarəsinin xx.xx.2024-cü il tarixli İXP-6306081 nömrəli qərarından verdiyi ərizəsi ona əlavə edilmiş sənədlə birlikdə qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-282/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-282/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver