Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-283/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, subay, işləməyən, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Tülü kəndində yaşayan Şəxs barəsində Balakən rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə gələrək orada Zərərçəkmiş şəxs2 və onun oğlu Zərərçəkmiş şəxs1 ilə mübahisə etmiş və Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruqla vuraraq ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin izahatı və iş materiallarında olan sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübut olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Balakən rayonunun Tülü kəndində yerləşən evinə gedərək Zərərçəkmiş şəxs2 küçəyə çağırmış və ondan borclu olduğu 375 manat pulunu istəmişdir. Nəzir ona pulu olmadığını və üç gün müddətinə pulu qaytaracağını bildirmişdir. O, Nəzirə inanmamış və pulunu təkrar tələb etdikdə Nəzir onun üzərinə gələrək əl-qol atmış və sifətinə vurmuşdur. Həmin vaxt oraya Nəzirin oğlu Nazim də gəlmiş və Nazim də onun bədənin müxtəlif nahiyələrinə vurmuşdur. O, Zərərçəkmiş şəxs2la onun yaşadığı evin yol qapısının qarşısında sözlə mübahisə etmiş, onları vurmamışdır. Hazırda Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Ona görə də inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, onun Şəxs 375 manat borcu vardır. Maddi vəziyyəti yaxşı olmadığına görə Şahinə olan borcunu verə bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Şəxs onun yaşadığı evin yol qapısının qarşısına gələrək onu çağırmış və borclu olduğu pulunu istəmişdir. O, Şahinə üç gün müddətinə pulu verəcəyini bildirsədə, Şahin onunla mübahisə etmiş, onu itələyərək belini daş hasara vurmuşdur. Bu zaman oğlu Nazim və bacısı oğlu Fərid Musayev onları ayrılmışdır. Hazırda Şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs2 Balakən rayon Polis şöbəsinə verdikləri qarşılıqlı müraciətləri əsasında toplanılmış HK-1-473 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın sürəti Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şəxs barəsində inzibati tədbir görülməsi məsələlərinə baxılması üçün rayon Polis şöbəsinin İTB-nə göndərilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixli 220 nömrəli məhkəmə tibbi ekspertizasının rəyinə əsasən- Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarət-sol kürəyin ortasından başlayıb sol belin yuxarısına qədər böyük ölçüdə sıyrıq---bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni-xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdisağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamalığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs2 ilə barışmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-283/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-283/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver