Məhkəmə qərarları › İş №3(019)-283/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-283/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-283/2023 27.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə , ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs ŞəxsMMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsini elektron formada tərtib edib göndərmədən xx.xx.2023-cü il tarixdə AO0121EX/AO0121XF qeydiyyat nişanlı, AO7929EP/AO8730XP qeydiyyat nişanlı,xx.xx.2023-cü il tarixdə 27AF985/27AİF640 qeydiyyat nişanlı, 27AF903/27VM698 qeydiyyat nişanlı, 27AF327/27AHE439 qeydiyyat nişanlı və 27AF447/27AHE421 qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə idxal olunmuş “İçkilərin qablaşdırılması üçün boş aliminium bankalar” yükünü Qərb Ərazi Bas Gömrük idarəsinin “Mazımqara” gömrük postundan keçirtmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC (VÖEN **********) nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi də məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə onların da iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . İşdə olan Rəsmiləşdirmə mərkəzinin inspektoru X2 Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC (VÖEN **********) ünvanına AO0121EX/AO0121XF qeydiyyat nişanlı, AO7929EP/AO8730XP qeydiyyat nişanlı, 27AF985/27AİF640 qeydiyyat nişanlı, 27AF903/27VM698 qeydiyyat nişanlı, 27AF327/27AHE439 qeydiyyat nişanlı və 27AF447/27AHE421 qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə idxal olunmuş “İçkilərin qablaşdırılması üçün boş aliminium bankalar” yükünü Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsini elektron formada tərtib edib göndərməmişdir. İşdə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min manat məbləğində, hüquqi şəxslər üçün min beş yüz manat məbləğində cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin(VÖEN **********) hüquqi şəxs olmasını, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin,1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar