Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-283/2024 04.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Balakən rayonu Kortala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaş, orta təsilli, subay, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, işləməyən, İİ qrup əlil, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Balakən rayonu Kortala kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs bel nahiyəsinə yumruqla vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında 28 may 2024-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs onun torpaq sahəsinə dəyənəklər basdıran zaman Zərərçəkmiş şəxs belindən yumruqla vurmadığını, Zərərçəkmiş şəxs açıq əllə bel nahiyəsindən yavaşca vurmaqla özündən itələdiyini, həmçinin Zərərçəkmiş şəxs papağını başından götürmədiyini, köynəyini cırmadığını və basdırdığı dəyənəkləri çıxarmadığını, ürək xəstəliyindən İİ qrup əlil olduğunu bildirmiş və barəsində qanuni və ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərimşdir ki, 28 may 2024-cü il tarixdə günorta saatlarında öz torpaq sahəsinə setka çəkmək üçün dəyənəklər basdıran zaman Şəxs yumruqla iki dəfə onun bel nahiyəsindən vurmuş, papağını başından götürmüş, köynəyini cırmış və basdırdığı dəyənəkləri çıxarmışdır. Şəxs Mustfa qızından şikayətçidir və onun barəsində qanuni və ədalətli qərarın çıxarılmasını xahiş edir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, araşdırma zamaın və Zərərçəkmiş şəxs təqdim etdiyi videogörüntü və fotoşəkillərin əks olunduğu 01 ədəd kompakt diskə baxış zamanı Şəxs ilə Zərərçəkmiş şəxs setka hasar çəkilməsi ilə bağlı sözlü mübahisə etdikləri, həmçinin Şəxs Zərərçəkmiş şəxs bel nahiyəsinə yumruqla vurması və papağını götürməsi, əynindəki köynəyi əli ilə dartaraq cırması, Zərərçəkmiş şəxs torpağa basdırdığı dəyənəkləri söküb atdığının müəyyən olunması qeyd edilməklə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Balakən rayonu Kortala kənd sakini Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış NK-1-382 saylı material üzrə cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın inzibati qaydada tədbir görülməsi üçün Balakən RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 145 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət olmamışdır. İş materiallaırndan həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır və ümumi xəstəlikdən İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək, həmin izahatda 28 may 2024-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yumruqla bel nahiyətindən vurnmaması, onun papağını başından götürməməsi və köynəyini cırmaması və yalnız açıq əllə bir dəfə yavaşca bel nahiyəsindən vurmaqla özündən itələməsi barədə bildirdiklərini işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirir və işin faktoloji halı kimi qəbul etmir. Belə ki, iş materialları, o cümlədən Zərərçəkmiş şəxs izahatı, Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərarı və işdəki digər mötəbər sübutlarla müəyyən olunur ki, həmin vaxt Şəxs ilə Zərərçəkmiş şəxs arasında Zərərçəkmiş şəxs setka hasar çəkməsi ilə bağlı sözlü mübahisə olmuş, bu zaman Şəxs Zərərçəkmiş şəxs bel nahiyəsinə yumruqla vurmuş, papağını götürmüş və əynindəki köynəyi əli ilə dartaraq cırmış, Zərərçəkmiş şəxs torpağa basdırdığı dəyənəkləri söküb atmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da Balakən RPŞ-də verdiyi izahatında həmin vaxt Zərərçəkmiş şəxs bel nahiyəsindən sillə ilə vurmasını göstərmişdir. Bununla da işdəki mötəbər sübutlarla Şəxs qeyd olunan vaxt Zərərçəkmiş şəxs yumruqla bel nahiyəsindən vurması və ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini və İİ qrup əlil olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsi və İİ qrup əlil olması kimi məsuliyyətini yüngülləşdirilən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-283/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-283/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver