Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-283/2025 05.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, X12 X1 nümayəndəsi X3 iştirakı ilə, Şəxs (Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli, ev 276, VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X2 tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X1 Monitorinq və Nəzarət Şöbəsinin aparıcı mütəxəssisi X5 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 21 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Balakən rayonu “Katexçay” qum-çınqıl yatağında qanunsuz qum-çınqıl hasilatı aparılması göstərilmişdir. İnzibati xəta 31 may 2025-ci il tarixdə törədilmişdir. X12 X1 nümayəndəsi məhkəmə iclasında göstərmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, özləri də bu inzibati xətanı etiraf etmişlər. İnzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Şəxs MMC-nin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan baxılmasını, protokolda inzibati xətanın törədilmə vaxtının göstərilməməsi, sənədləri imzalayan şəxsin şəxsin səlahiyyətli olub-olmaması bəlli olmaması səbəbindən protokolun geri qaytaılmasını xahiş etmişdir. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan X12 X2 tərəfindən xx.xx.2025-ci il tarixdə 000276 nömrə ilə tərtib olunan aktdan görünür ki, Şəxs MMC-yə 2022-ci il 18 mart tarixli, 0084 nömrəli “Dağ-mədən Ayırması” Aktı ilə 1.0 ha sahə Balakən rayonu “Katex çay” qum-çınqıl yatağından 2024-cü il 31 iyul tarixinədək qum-çınqıl hasilatı məqsədilə verilmişdir və “Dağmədən Ayırması” Aktının qüvvədə olma müddəti bitmişdir. Baxış keçirilən zaman ərazidə istismar işləri aparılmırdı və hər hansı bir texnika avadanlıq çay yatağında müşahidə edilmədi. Lakin 2025-ci il 31 may tarixində Balakən RPŞ-nin əməkdaşları qeyd olunan sahəyə baxış keçirmiş, baxış zamanı istismar işlərinin aparılması müşahidə edilmişdir. İstismar işləri aparılmış sahədə ölçmə işləri aparıldı və müəyyən olundu ki, 500 m2 sahədə orta istismar dərinliyi 1 metr olmaqla 500 m3 həcmində qum-çınqıl hasilatı aparılmışdır. Şəxs MMC-yə 2022-ci il 18 mart tarixli, 0084 nömrəli “Dağ-mədən Ayırması” Aktı ilə ayrılmış sahənin daxilindən aparılmışdır. xx.xx.2025-ci il tarixli Şəxs MMC-nin Balakən sahəsinin rəisi X4 tərəfindən verilən izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə agentliyin, 7 saylı RETSİ və Balakən RPŞ-nin əməkdaşlarının iştirakı ilə Şəxs MMC-nin karxana sahəsinə baxış keçirmişlər. Hal-hazırda fəaliyyət göstərmir, lakin xx.xx.2025-ci il tarixində Balakən RPŞ-nin əməkdaşları Şəxs MMC-yə məxsus karxana sahəsinə baxış keçirilərkən fəaliyyət göstərilirdi. Barəsində qanuna müvafiq qaydada tədbir görülməsinə etiraz etməmişdir. xx.xx.2025-ci il tarixli, 000276 nömrəli akta əsasən ziyan cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarına əsasən 500 m3 həcmində olan qum-çınqılın qanunsuz daşınması nəticəsində təbiətə dəymiş ziyan 1750 manat təşkil edir. 31 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Balakən rayonu Katex kəndi ərazisində Katex çayının hövzəsində yerləşən Şəxs MMC tərəfindən həmin ərazidə müvafiq koordinatlar işarələnmişdir. Həmin ərazidə şirkət tərəfindən qum-çınqıl istehsalı ilə bağlı qazıntı işlərinin aparılması və suyun həmin əraziyə buraxılması müəyyən edilmişdir. Baxış zamanı Şəxs MMC-nin Balakən sahəsi üzrə rəisi Şahin Allahverdiyev ərazidən istifadə ilə bağlı müqavilə müddətinin uzadılmasına görə aidiyyəti üzrə müraciət edildiyini bildirmişdir. X4 xx.xx.2025-ci il tarixli izahatında göstərmişdir ki, 2012-ci ildən etibarən o Şəxs MMCdə işləyir. 2022-ci ildən isə həmin şirkətin Balakən sahəsi üzrə rəisi vəzifəsində çalışır. Həmin şirkət müvafiq icazə əsasında Balakən rayonu Katex çayı hövzəsində qum-çınqıl istehsalı ilə məşğul olur. Şirkətin oradakı fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq icazəsi əsasında həyata keçirilmişdir. Qeyd olunan fəaliyyət ilə məşğul olunması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü ii tarixədək “X14 Zavodu” MMC-yə 5 il müddətinə icazə verilmişdir. Lakin 2022-ci ilin oktyabr ayında həmin şirkət fəaliyyətini dayandırmış və onun hüquqi varisi kimi Şəxs MMC fəaliyyət göstərməyə başlamışdır. Şirkət tərəfindən faəliyyətin göstərilməsi üçün verilmiş icazənin müddəti xx.xx.2024-cü il tarixdə bitsə də, orada iş davam etdirilmişdir. Lakin 2024-cü ilin aprel ayında müqavilənin müddətinin uzadılması üçün aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmişdir. Lakin müraciət edilməsinə baxmayaraq hazıradək müraciət cavablandırılmamışdır. Müvafiq müraciət edildiyi üçün şirkətin Katex çay hövzəsində qumçınqıl istehsalı ilə məşğul olması dayandırılmamışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmiş, nazirliyə müvafiq rüsum ödənilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları baxış keçirib müvafiq akt tərtib etmişlər və orada müqavilə müddətinin bitdiyini qeyd etmişlər, lakin işlərin dayandırılması ilə bağlı heç bir qeyd etməmiş və şifahi xəbərdarlıq etməmişlər. Bu səbəbdən də şirkət öz fəaliyyətini müqavilə müddəti bitsə də davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə qeyd olunan ərazidə polis əməkdaşları tərəfindən müəyyən edilən və orada çalışan X6 və X8 şirkətin rəsmi işçiləridir və onun göstərişi əsasında iş görmüşlər. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materialları əsasında müəyyən edilmişdir ki, Şəxs MMC Balakən rayonu “Katexçay” qum-çınqıl yatağında icazənin qüvvədə olma müddəti bitdikdən sonra qanunsuz qum-çınqıl hasilatı aparmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-nin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-283/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-283/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver