Məhkəmə qərarları › İş №3(019)-284/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-284/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-284/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində X1 yumruqla vuraraq, ona sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Tülü kəndində ailəsi ilə yaşayır. Şahın Dabaxova 375 manat pul borcu olmuş, maddi vəziyyəti yaxşı olmadığından həmin pulu qaytara bilməmiş, Şahın Dabaxovun bununla bağlı ona dəfələrlə zəng edərək, narahat etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində Şahin Dabaxov onun yaşadığı evin yol qapısının qarşısına gələrək, onu çağırmış, borclu olduğu pulu istəmiş, cavabında həmin pulu Şahinə 3 gün müddətində verəcəyini bildirsə də, Şanın Dabaxov onunla mübahisə etmiş, onu polisə şikayət edəcəyi ilə baglı hədələmişdir. Bu zaman yanında olan oğlu Nazim Bayramov və bacısı oğlu Fərid Musayev onları ayırmış, o, Şahin Dabaxovun sifətindən yumruqla vurmuşdur. Mübahisə zamanı səs-küy yaransa da, ətrafa başqa şəxslərin toplaşmamışdır. Hazırda zərərçəkmiş şəxs Şahin Dabaxovla barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. Şahin Dabaxovun ona qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında göstərdi ki, əvvəllər tanıdığı Şəxs 2 ay əvvəl ondan kəsib satmaq məqsədilə götürdüyü heyvanın pulundan 375 manat ona borcu olmuş, həmin 375 manat pulunu ondan dəfələrlə istəməyinə baxmayaraq, Şəxs ona pulunu qaytaracağını bildirsə də, sözünə əməl etməmişdir. 26.07 2020- ci il tarixdə, saat 16 radələrində Şəxs yaşadığı evin qarşısına gedərək, onu küçəyə çağırmış, ona borclu olduğu pulu verməsini bildirmişdir. Nəzir ona pulu olmadığını, 3 gündən sonra pulunu qaytaracağını bildirmişdir. Ona inanmadığından, pulunu təkrar tələb etdikdə Şəxs onun üzərinə gələrək, əl-qol atmış, onun sifətinə 3 dəfə yumruqla vurmuşdur. Bu zaman Şəxs oğlu Nazim gəlmiş, Nazim Bayramov onun bədəninə təpiklə və yumruqla vurmuş, həmin vaxt orada olan tanışı Fərid Musayev gələrək, onları ayırmışdır. Şəxsla onun yaşadığı evin yol qapısının qarşısında sözlə mübahisə etmiş, onu hədələməmiş, ona polisə şikayət edəcəyini demiş, sadəcə borclu olduğu pulunu ondan tələb etmişdir. Şəxs ona yumruqla vurduğu zaman Nəziri itələmiş, bu zaman Şəxs bel nahiyyəsi yolda dayanan avtomaşına dəymişdir. Onu daş hasara vurmamış, mübahisə zamanı yanında tanışı Fərid Musayev və onlardan təxminən 60 metr kənarda isə digər tanışı Elxan Nəbiyev olmuşdur. Ətrafa başqa şəxslər toplaşmamış, səsküy yaranmamışdır. Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Natiq Muradovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cinayət hadisəsi olmadığından Balakən rayonu Tülü kənd sakinləri Şəxs və X2 qarşılıqlı şikayəti əsasında toplanmış HK-1-473 saylı material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Şəxs, X3 və Şəxs, X5, X6 barəsində inzibati tədbir görülməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı tələb və şikayətinin olmadığını göstərərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxs X5 ilə barışdığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, zərərçəkmiş şəxs X5 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 110- 118 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar