Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-285/2021 30.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X20 qızının katibliyi, zərərçəkmiş şəxslər X14 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 17 avqust 2021-ci il tarixdə saat 18:00-radələrində Balakən rayonunun Hənifə kəndində yerləşən fındıq bağında aralarında baş vermiş mübahisə zamanı qohumları X11 və X6 döyərək onlara dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında özünün , zərərçəkmiş şəxslərin izahatları və iş materiallarında olan sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübut olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 17.08.2021 -ci il tarixdə saat 18 radələrində bacıları Samirə və Jalə evin bağ sahəsinə baxmağa getdikləri zaman orada əmisinin yoldaşı Tamilə və onun qızı Ülviyyə onlara qarşı nəlayiq ifadələr işlətmişlər. Sonra o və anası Arifə səs -küyə oraya gəlmişlər. Aralarında sərhəd hasarının çəkilməsi ilə bağlı yaranmış mübahisə zaman Tamilə və qızı Ülviyyə anası Arifənin üzərinə hücum çəkmişlər, onu yerə yıxmışlar. Tamilə əlindəki dəyənəklə onun boynunun dalına vurmuş, sonra Ülviyyə anasının saçını yolmuşdur. Anası da özünü müdafiə etmək üçün onların hər ikisini dırnaqları ilə cırmaqlamış, saçlarını yolmuşdur. Daha sonra Ülviyyə və Tamilə onun saçından tutaraq yolub cırmaqlamışlar. Anası onları ayıranda Tamilə anasının boynunun arxasına yenidən dəyənəklə vurmuşdur. Bu zaman onun halı pisləşmişdir. Bunu gördükdə o və bacıları Samirə, Jalə anasını müdafiə etmək üçün Ülviyyə və Tamilənin saçını yolmuşlar. Mübahisə zamanı Tamilə və Ülviyyə Samirə və Jalənin də saçını yolmuşlar, cırmaqlamışlar. Sonra onlar ayrılaraq evə getmişlər. X16 Şaban qızı və X12 ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X14 izahatında göstərdi ki, onunla qonşuluqda mərhum qaynı Eyvaz Süleymanovun həyat yoldaşı Arifə və onun 3 qızı yaşayırlar. Təxminən 1 il əvvəl Arifə ilə onların arasında evinin arxa hissəsində yerləşən torpaq sahəsi ilə bağlı mübahisələri yaranmış, Arifə həmin torpaq sahəsində özbaşınalıq etmiş, fındıq ağaclarını budamış, bununla bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər.17.08.2021-ci il tarixdə saat təxminən 18 radələrində qızı Ülviyyə ilə birlikdə yaşadıqları evin dirrik sahəsində olduqları zaman qonşuluqda yaşayan eltisi Arifə və onun qızları Məleykə, Samirə və Jalə Süleymanovanın nə üçün sərhədləri müəyyənləşdirilməyən sərhəd hasarının onun tərəfindən bağlanmış hissəsini onun açmasını bəhanə edərək onunla və qızı Ülviyyə ilə mübahisə etməyə başlamışdırlar. Mübahisə zamanı onları Arifə təhqir etmiş, Arifə və qızı Məleykə əllərində olan daşları onlara tərəf atmışlar. Həmin daşın biri onun bel nahiyyəsinə dəymişdir. Bu zaman Arifə onun yaxasından tutmuş, onu özü tərəfə çəkərək saçını yolmuş, dırnaqları ilə boynunu və sol qolunu cırmaqlamaqla ona xəsarət yetirmişdir. Həmin vaxt Arifənin onu döyməsini gördükdə qızı Ülviyyə Arifəni itələmiş, saçını yolmuş, cırmaqlamış, həmçinin Məleykə əlindəki dəyənəklə onun başına vurmuşdur. Sonradan sakitləşərək ayrılmışlar. Mübahisə zamanı sadəcə Məleykəni kənara itələmiş, Arifə və onun qızları Samirə, Məleykə və Jaləni döyməmişdir., Arifənin boynuna dəyənəklə vurmamış, qızı Ülviyyə onu və özünü müdafiə etmək üçün Arifənin və Samirənin saçından tutaraq yolmuşdur. Lakin Jalə və Məleykəni döyməmiş, mübahisə zamanı yanında başqa heç kim olmamışdır.Hazırda Şəxs ilə barışmışdır. Ona görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Tamilə Şaban qızının izahatına uyğun izahat vermiş və hazırda Şəxs ilə barışdığını göstərərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan 20 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Balakən rayonu Hənifə kənd sakinləri X13, X4 və X7, X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında toplanmış HK-1-653 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, vət.X4, X8, Şəxs, X7 və X3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə –Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli 266 nömrəli ekspert rəyindən görünür ki, vət. X9 müəyyən edilmiş xəsarətlər — sağ bazunun yuxarı 1/3-də bayır səthdə, gövdənin sol aşağı hissəsində qançırlar, sağ budun aşağısında ön səthdə sıyrıqlar — bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə –Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli 265 nömrəli ekspert rəyindən görünür ki, vət. X5 müəyyən edilmiş xəsarətlər — boynunun arxa səthində əllədikdə ağrı, sağ bazunun aşağı 1/3-də bayır səthdə sıyrıq, ətrafında şişkinlik, sağ və sol baldırlarında sıyrıqlar— bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, zərərçəkmiş şəxslər X7 və X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmalarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına zərərçəkmiş şəxslərlə barışdığına görə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-285/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-285/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver