Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-285/2024 17.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, qərarından şikayət verilmiş Balakən Rayon Polis Şöbəsinin nümayəndələri -Nümayəndə1 və Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək Balakən rayon Polis Şöbəsinin DYPB-nin 01 iyul 2024-cü tarixli inzibati xəta tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şkayət onunla əsaslandırmışdır ki, o,Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 ( beş yüz) manat cərimə edilmişdir. Bildirir ki,**- XU-*** dövlət qeydiyyat nişanlı BMW F10 minik markalı avtonəqliyyat vasitəsi onun şəxsi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixində H.Əliyev prospektində şəxsi avtomobili ilə dayanacaqda dayandığı müddətdə YPX əməkdaşları yaxınlaşaraq heç bir baxış keçirmədən avtomobili duracağa sürməli olduğunu bildirmişlər. Səbəb olaraq onu göstərmişlər ki,cənab rəisin göstərişidir. Bundan sonra avtomobilini duracağa yerləşdirmişlər. Duracaqda avtomobilinin səs desibelinin və zərərli qazların miqdarını ölçmədən protokol tərtib olunmuşdur. Texniki şəhadətnamədə M5 yazıldığı halda və original M5 səs boğucu sistem quraşdırılmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə1 göstərdi ki, X5 özünə məxsus **-XU-*** dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomaşınında nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddələri ilə protokol tərtib olunmuş, o, həmin maddələr ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. Onun barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır. Qərarın ləğv edilməsinə heç bir əsas yoxdur.Şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə2 göstərdi ki, X5 özünə məxsus **-XU-*** dövlət qeydiyyat nişanlı BMW F10 markalı avtomaşınında nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri pozmuş, avtomaşına mühərrikinin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinə digər nəqliyyat vasitəsinə aid işlənmiş qazları xaric etmə sistemini qaynaq etdirmiş, eyni zamanda avtomaşının amortizatorunu dəyişdirərək nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin,təkər bazasının və ya təkər düsturunun pozulmasına səbəb olan dəyişikliklər etmişdir. Avtomaşına aid nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində “M5 yığılıb” sözlərinin yazılması avtomaşının cihazlarının dəyişdirilməsi üçün əsas ola bilməz, xarici görünüş hissəsinin dəyişdirilməsi,aksessuar dəyişikliyi üçün əsas ola bilər. Bu səbəblərdən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddəsi ilə protokol tərtib olunmuş, o, həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Onun barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır. Qərarın ləğv edilməsinə heç bir əsas yoxdur.Şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 342.3-cü maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-XU-*** dövlət qeydiyyat nişanlı BMW 535 minik markalı avtomaşın xx.xx.2022-ci il tarixdə X3 adına qeydə alınmışdır.Qeydiyyat şəhadətnaməsinin xüsusi qeydlər hissəsində “M5 yığılıb” sözləri qeyd edilmişdir. İşdə olan, **-XU-*** dövlət qeydiyyat nişanlı BMW 535 minik markalı avtomaşının texniki vəziyyətinin əks olunduğu DVD diskinə baxış keçirilərkən müəyyən edildi ki, həqiqətən də avtomaşının işlənmiş qazları xaric etmə sisteminə və amortizatoruna dəyişiklik edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Balakən Rayon Polis Şöbəsinin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, X5 mülkiyyətində olan **-XU-*** dövlət qeydiyyat nişanlı BMW 535 markalı nəqliyyat vasitəsinin mühərrikinin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sistemini normativ tələblər pozulmaqla dəyişdirmiş, həmçinin nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının,ağırlıq mərkəzinin,təkər bazasının və ya təkər düsturunun pozulmasına səbəb olan dəyişikliklər etmişdir. Bu əməllərinə görə o, Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 342.3-cü maddələri ilə təqsirli bilinmiş, İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə 500 manat cərimə edilmişdir. X5 qərarın əsassız olduğunu göstərərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsind təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində,mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayəti əsassızdır, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, X3 şikayəti təmin edilməməli, Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayəti təmin edilməsin. Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-285/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-285/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver