Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-286/2020 28.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxx” MMCnin nümayəndəsi Nümayəndə iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “xxxxxxxxxx” X2 (VÖEN **********) barəsində Qərb ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan “xxxxxxxxxx” MMC (VÖEN **********) xx.xx.2020-ci il tarixində, saat 23:50 radələrində “Mazımçay” gömrük postunda “Mercedes-Benz” markalı, 61K11885/61K11886 qeydiyyat nişanlı nəqliyyat vasitəsindəki az miqdarda - 5667,60 manat dəyərində “tullantı dəri” yükü adı altında 350 ədəd olmaqla 4428 kq tüksüz, ikilənməmiş, yaş dəri yükünü, həmçinin 20072 kq “tullantı dəri” yükünü malları sənədlərdən aldatma yolu ilə istifadə etməklə, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X3 xx.xx.2019-cu il tarixli 22/2099 saylı məktubunu və Dövlət Gömrük Komitəsinin Mərkəzi gömrük Ekspertizası İdarəsinin 2200-012/0xx-xx/003499 saylı xx xxxx 2020-ci il tarixli rəyini təqdim etməklə gömrük sərhəddindən keçirtmişdir. «xxxxxxxxxx» MMC-in həmin inzibati xətanın törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxxxxxxxx» MMCnin nümayəndəsi Nümayəndə göstərdi ki, o, xx xxx 2018-ci il tarixdən etibarən «xxxxxxxxxx» MMC-də gömrük agenti peşəsində çalışır. «xxxxxxxxxx» MMC 2012-ci il tarixdə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti dərinin alışı, emalı, emal nəticəsində çeşidlənərək satışından ibarətdir. 2019-cu il tarixində bir maşın dəri tullantısı yükü ixrac olunarkən Gürcü gömrük postu “Bazel Konvensiyası” ilə müəyyən olunmuş eyniləşdirmə kodunun olmaması səbəbindən yükü saxlamışdır. Bununla əlaqədar xx.xx.2019-cu tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət X1 müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirmişdirlər ki, ixrac olunan təhlükəli tullantı hesab edilmədiyindən BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasma nəzarət haqqında Bazel Konvensiyası ilə müəyyən olunmuş eyniləşdirmə kodu verilmir. Bu məktubu eyni zamanda gürcü dilinə tərcümə etdirib, qarşı tərəfə təqdim etmişdir. Gürcü gömrük postu malı bu dəfə buraxdıqlarını, lakin gələcəkdə eynişəldirmə kodu göstərilməyəcəyi təqdirdə maşınların tranzit keçməsinə icazə verməyəcəklərini bildirmişlər. Daha sonra isə 2019-cu il ərzində Gürcü tərəfi “Bazel Konvensiyası” ilə müəyyən olunmuş eyniləşdirmə kodu olmadığından növbəti iki maşınlarını gömrük postunda saxlamışlar. Onlarla əlaqə saxladıqda tələb etmişlər ki, invoysa və digər müşayiət sənədlərinə “B 3090” kodu əlavə olunsun. O, Yevlax gömrük postuna gəlmiş və yenidən invoys tərtib olunmuş və bundan sonra maşınlar gömrükdən buraxılmışdır. Beləliklə də növbəti ixrac olunan yüklərin müşayiət sənədlərində eyniləşdirmə kodunu yazdırmağa başlamışlar. “B 3090” kodu yükün təhlükəsiz yük olduğunu müəyyən edir. Mercedes-Benz” markalı, 61K11885/61K11886 qeydiyyat nişanlı nəqliyyat vasitəsindəki yüklərin hamısı eyni tullantı mallar olmuşdur. Onların dəyəri eynidir. Həmin mallardan prob və nümunələr Həsən adlı Gömrük əməkdaşının iştirakı ilə götürülüb ekspertizaya göndərilmişdir. Mallar maşına yüklənərkən də Eldəniz adlı Gömrük əməkdaşı iştirak etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında materialda olan 23 iyul 2020-ci il tarixli sənədlərə baxış keçirmə haqqında protokoldan görünür ki, “xxxxxxxxxx” MMC tərəfindən Türkiyə Respublikasında qeydiyyatda olan “Eskatek deri bilişim Teknolojileri və İletişim San.Tic.LTD” şirkətinin ünvanına ixrac olunan **********7117 saylı gömrük bəyannaməsi ilə X4 Mal Namenklaturası üzrə 4115 20 0000 təsnifat kodu altında rəsmiləşdirilmiş “Lövhələr şəkilində, rulonlarda olmayan dəri məmulatlarının istehsalı üçün yararsız təbii və ya kompozisiyalı dərinin kəsikləri və digər tullantıları” yükünü aparan Türkiyə Respublikasının vətəndaşı Yılmaz Ömerin idarə etdiyi “Mercedes-Benz” markalı, 61K11885/61K11886 qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmışdır. Sənədlərə baxış keçirilmiş və yük müşayət sənədləri olan 40 saylı, xx.xx.2020-ci il tarixli invoysda və əmtəə-nəqliyyat qaiməsində (CMR), eyni zamanda digər sənədlərdə “Mercedes- Benz” markalı, 61K11885/61K11886 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənən malın “dəri məmulatlarının istehsalı üçün yararsız dəri tullantıları” yükü olduğu öz əksini tapmış, sənədlərə baxış zamanı müşayət sənədlərinin arasından faktiki ixrac olunan yükə aid olmayan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 22/2099 saylı, xx xxxx 2019-cu il tarixli məktubu aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən 19 avqust 2020-ci il tarixdə verilmiş 12-Ş nömrəli ekspertiza aktından görünür ki, ekspert tərəfindən təqdim edilmiş 350 ədəd olmaqla 4428 kq tüksüz dəri tullantısının dəyəri 2656,80 manat, ikilənməmiş, bəzi hissələrin üzərində kiçiçik həcimli kəsiklər olan dəri və 20072 kq ikilənmiş dəri tullantısının dəyəri 3010,80 manat, cəmi 5667,60 manat təşkil edir. İribyunzulu mal dərisinin ölçü vahidi təqdim edilən sənədə əsasən götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, «xxxxxxxxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxx” MMC -in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxx” MMC törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Dövlət Gömrük Komitəsinin Azerterminalkompleks Birliyinin Məhəmmədi qəsəbəsinin anbarında saxlanılan dəri məmulatları müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-286/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-286/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver