Məhkəmə qərarları › İş №3(019)-287/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-287/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-287/2021 30.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X24 qızının katibliyi, zərərçəkmiş şəxslər X8, X2 və X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, subay, işləməyən, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 17 avqust 2021-ci il tarixdə saat 18:00-radələrində Balakən rayonunun Hənifə kəndində yerləşən fındıq bağında aralarında baş vermiş mübahisə zamanı qohumları X12, Xutrayeva Arifə Abdurahman qızını və X9 döyərək onlara dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında özünün ifadəsi, zərərçəkmiş şəxslərin izahatı və iş materiallarında olan sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübut olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 17.08.2021-ci il tarixdə saat təxminən 18 radələrində o, anası Tamilə ilə birlikdə yaşadıqları evin dirrik sahəsində olduqları zaman qonşuluqda yaşayan əmisinin həyat yoldaşı Arifə və onun qızları Məleykə, Samirə və Jalə nə üçün sərhədləri müəyyənləşdirilməyən sərhəd hasarının Arifə tərəfindən bağlanmış hissəsi açmaq istəyirlər deyə onunla və anası ilə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı onları təhqir etmişlər, Arifə və qızı Məleykə əllərindəki daşları onlara tərəf atmışlar, həmin daşın biri anasının bel nahiyyəsinə dəymişdir. Bu zaman Arifə anası Tamilənin yaxasından tutmuş, özünə tərəfə çəkərək saçını yolmuş, dırnaqları ilə boynunu, sol qolunu cırmaqlamaqla ona xəsarət yetirmişdir. Bu zaman o, Arifənin anasını döyməsini görüb Arifənin saçından tutaraq yolmuş, onu yerə yıxmışdır. Bu zaman Arifənin qızları Samirə, Jalə və Məleykə onun üzərinə hücum çəkərək onun saçını yolaraq cırmaqlamışlar. Məleykə əlindəki dəyənəklə onun boynunun arxasından vurmuşlar. Onlar qarşılıqlı döyüşmüşlər. Sonradan sakitləşərək ayrılmış və və evə getmişlər. X1, X13 və X14 ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X13 izahatında göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. X26 2020-ci il tarixdə vəfat etmişdir. O, evdə 3 qızı ilə birlikdə yaşayır. Əri Eyvaz rəhmətə getdikdən sonra qaynı Şövkət və ailəsi onunla yola getmirlər, onunla yaşadığı evin bağ sahəsində torpaq sahəsi ilə bağlı mübahisə edirlər. Sonuncu dəfə 17.08.2021-ci il tarixdə saat 18 radələrində azyaşlı qızları Samirə və Jalə evin bağ sahəsinə baxmağa getdikləri zaman orada eltisi Tamilə və onun qızı Ülviyyə uşaqlara qarşı nəlayiq ifadələr işlətmişlər. Sonra o, səs- küyə gəlmiş, aralarında sərhəd hasarının çəkilməsi ilə bağlı yaranmış mübahisə zamanı Tamilə və qızı Ülviyyə onun üzərinə hücum çəkmiş, onu yerə yıxmışlar. Tamilə əlindəki dəyənəklə onun boynunun arxa hissəsindən vurmuş, sonra Ülviyyə onun saçımı yolmuşdur. Həmin vaxt o, özünü müdafiə etmək üçün onların hər ikisini dırnaqları ilə cırmaqlamış, saçlarını yolmuşdur. Daha sonra Ülviyyə və Tamilə qızı Məleykənin saçından tutaraq yolmuş, cırmaqlamışlar. Özü onları ayıranda Tamilə onun boynunun arxasına yenidən dəyənəklə vurmuşdur. Bu zaman halı pisləşmiş, bunu görən qızları Məleykə, Samirə, Jalə onu müdafiə etmək üçün Ülviyyə və Tamilənin saçını yolmuşlar. Mübahisə zamanı Tamilə və Ülviyyə qızları Samirə və Jalənin də saçını yolub cırmaqlamışlar. Sonra o, qızları ilə birlikdə evə getmişdir.Hazırda Şəxs ilə barışmışdır. Ona görə də inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Süleymanova Samirə Eyvaz qızı və X14 zərərçəkmiş şəxs Xutrayeva Arifə Abdurahman qızının izahatına uyğun eyni məzmunlu izahat verərək Şəxs ilə barışdıqlarını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişlər. İşdə olan 20 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Balakən rayonu Hənifə kənd sakinləri X17, X2 və X16, Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında toplanmış HK-1-653 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 -ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, vət. X2, X8, X4, X10 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə –Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli 261 nömrəli ekspert rəyindən görünür ki, X3 müəyyən edilmiş xəsarətlər-boynun aşağı arxa hissəsində sıyrıq, ətrafında az şişkinlik, sol budun yuxarı 1/3-də ön səthdə və sol dizin ön səthində sıyrıqlar- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə,yəni 17.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə –Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli 264 nömrəli ekspert rəyindən görünür ki, vət. X11 müəyyən edilmiş xəsarətlər- sağ budun aşağı 1/3-də iç səthdə sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə –Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli 262 nömrəli ekspert rəyindən görünür ki, vət. X6 müəyyən edilmiş xəsarətlər -sol saidin yuxarı 1/3-də bayır səthdə sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını,zərərçəkmiş şəxslər X7, X8 və X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmalarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar