Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-288/2022 18.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X11, zərərçəkmiş şəxs X5, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, mütəxəssis X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, orta təhsili, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Balakən rayonu Talalar kəndi ərazisində yerləşən qəbirstanlıqda qardaşı X1 ayağının diz nahiyəsinə bir dəfə təpiklə vurmaqla ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi X17 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə xx.xx.2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, 2000-ci ildən astma xəstəliyindən əziyyət çəkir və İİ qrup əlildir. X13 1997-ci ildən münasibəti və get-gəlləri yoxdur, onlar danışmırlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 05 radələrində bayram qəbirüstü ilə əlaqədar Balakən rayonu Talalar kəndində yerləşən qəbirstanlığa vəfat etmiş atası Həsrətin və anası Şümeysətin qəbirlərini ziyarət etmək üçün getmişdir. Qəbirlərin yanında o və qardaşı Bilal, bacıları Mehriban, Mahizər və arvadı Elmira olmuşlar. Bu zaman qardaşı Nazim atasının qəbrinin yanına gələrək, qəbrin yanında dayanmış qardaşı Bilala «oyana dur» deyərək itələmişdir. Qardaşı Bilalın dizi üstə yerə yıxıldığını görərək, onun qolundan tutub yanı üstə yıxılmağa qoymamış və bundan sonra o, Nazimə «atamın baş daşından kənara dur» deyərək, yaxasından itələmişjdir. Nazimin orada yıxılıbyıxılmamasını bilmir. O, təpiklə Nazimin sağ dizinə vurmamış və Nazimə xəsarət yetirməmişdir. Nazimi arxaya itələdiyi zaman Nazim büdrəmişdir. Həmin vaxt qardaşı Nazim ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 05 radələrində bayram qəbirüstü ilə əlaqədar Balakən rayonu Talalar kəndində yerləşən qəbirstanlığa vəfat etmiş qızı Zülfiyyənin qəbrini ziyarət etmək üçün gəlmişdir. Qızı Zülfiyyənin qəbrinə yol atası Həsrətin qəbrinin yanından keçdiyi üçün oranı keçib gedərkən mərhum atasının baş daşına əlini sürtmüş, bu zaman atasının qəbrinin yanında dayanmış qardaşı Bilal onun iki əlini tutaraq onu təhqir etmiş, onu itələyərək arxada olan əmisinin baş daşına vurmuşdur. Baş daşının yanında dayanmış digər qardaşı Şəxs onun sağ ayağının diz nahiyəsinə bir dəfə təpiklə vurmuşdur. Ayağına dəydiyi zərbədən özünü saxlaya bilməyərək, qəbrin üstünə yıxılmış, həmin vaxt sağ qolunun dirsəyindən xəsarət almışdır. Əmisi qızı Elmira Süleymanova və əmisinin gəlini Pakizə qardaşları Zübahir və Bilalı ondan kənarlaşdırmışlar. Həmin vaxt o, Bilal və Zübahiri vurmamışdır. Zübahirlə barışmır, Zübahir barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. İş materiallarında olan şahidlər X3, X12 və X4 Balakən RPŞ-nin TB-də verdiyi izahatlarında 10 iyul 2022-ci il tarixdə saat 05 radələrində Balakən rayonu Talalar kəndi qəbirstanlığında Şəxs bir dəfə təpiklə X1 ayağının diz nahiyəsinə vurması və xəsarət yetirməsi təsdiq edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 172 nömrəli rəyində göstərilmişdir ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ saidin orta 1/3-də arxa səthdə sıyrıq, sağ dizin ön səthində səthi zəif nəzərə çarpan qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Talalar kənd sakini X5 şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış HK-1-449 nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X10 və Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X10 və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti İTBnə göndərilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək, həmin izahatda 10 iyul 2022-ci il tarixdə saat 05 radələrində Balakən rayonu Talalar kəndi qəbirstanlığında X2 ayağının diz nahiyəsindən bir dəfə təpiklə vurmaması və ona qəsdən fiziki ağrı yetirməməsi barədə bildirdiklərini işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirir və işin faktoloji halı kimi qəbul etmir. Belə ki, iş materialları, o cümlədən zərərçəkmiş şəxs X5 və şahidlər X3, X12 və X4 izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 172 nömrəli rəyi və Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X7 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərarı ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Balakən rayonu Talalar kəndi ərazisində yerləşən qəbirstanlıqda qardaşı X1 ayağının diz nahiyəsinə bir dəfə təpiklə vurmaqla ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini və İİ qrup əlil olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsi və İİ qrup əlil olması kimi məsuliyyətini yüngülləşdirilən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-288/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-288/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver