Məhkəmə qərarları › İş №3(019)-288/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-288/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-288/2023 24.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1957-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Talalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Balakən rayonu Tülü kəndi istiqamətindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində idarə etdiyi VAZ-2107 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olduğu zaman Talalar kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək əsas yola çıxaraq Balakən şəhəri istiqamətindən Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş,nəticədə VAZ-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarəti, Şəxs idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Soltanməcid oğlu isə həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma xəsarəti almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən inzibati xətanı törətməsi işdə olan sübutlarla məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, ailəsi ilə birlikdə Balakən rayonu Talalar kəndində yaşayır. Onun istifadəsində VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. O, həmin avtomobillə ailəsinin tələbatı üçün istifadə edir. 07 aprel 2023-cü il tarixdə saat təxminən 16 radələrində özünə məxsus VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan əsgər yoldaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə Sədrəddini Tülü yolu ilə Qabaqçöl qəsəbəsinə aparmışdır. Gərəkli kəndinin Tülü kənd yolu ilə gələrkən Balakən şəhərindən Qabaqçöl qəsəbəsi istiqamətində gedən asvalt yola çatmağa 50-60 metr məsafə qalmış qəfildən təzyiqi düşmüş və huşunu itirmişdir. O, özünə gəldikdə özünün təcilli tibbi yardım avtomobilində görmüşdür. Sonradan ona məlum olmuşdur ki, o, idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir.Onun idarə etdiyi avtomobil Qabaqçöl istiqamətində hərəkətdə olan VAZ-2106 markalı avtomobillə toqquşmuşdur. Nəticədə onun avtomobilində əyləşmiş Zərərçəkmiş şəxs2 və VAZ-2106 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Ramazan oğlu xəsarət almışlar. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir .Nəzərə alıb ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Ramazan oğlu və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Ramazan oğlunun və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs Tuhumov X6 rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Onun istifadəsində etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. O, həmin avtomobildən ailəsinin tələbatı üçün istifadə edir. xx.xx.2023 -cü İİ tarixdə saat təxminən 16 radələrində etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə Balakən şəhəri istiqamətindən Qabaqçöl qəsəbəsi istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olduğu zaman Talalar kəndində uşaq baxçasının yanında Tülü kəndində VAZ 2107 markalı, ağ rəngli avtomobil əsas yola çıxmışdır. Həmin vaxtı o, avtomobili sola qarşı hərəkət istiqaməti boş olduğuna görə sürsə də məsafə az olduğundan idarə etdiyi VAZ 2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq hissəsi ilə Tülü kəndi istiqamətindən əsas yola çıxmış VAZ-2107 markalı avtomobilin sol qabaq qanadını vurmuşdur. Bundan sonra onun avtomobili yol kənarında yük yerində ot bağlamaları olan, “Mercedes-Ateco” markalı avtomobilin arxa təkərinə dəyərək dayanmışdır. Onun avtomobili ilə toqquşan VAZ 2107 markalı avtomobil isə onun avtomobilindən təxminən 5-6 metr aralıda dəmir hasara dəyərək dayanmışdır. Onu orada olan tanımadığı şəxslər avtomobildən kənara çıxarmışlar. Onun sifətində, sol ayağında və qollarında ağrılar olduğuna görə oraya gələn təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına həkimə aparmışlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onun etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə VAZ 2107 markalı avtomobilin toqquşması nəticəsində ona təxminən 1300-1500 manat ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş edilmiş zərərçəkmiş şəxs Bodurov X1 rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində əsgər yoldaşı Şəxs məxsus VAZ 21074 markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı evindən Qabaqçöl qəsəbəsinə getmək üçün Tülü kənd yolu ilə gedərək Talalar kəndindən Qabaqçöl qəsəbəsi istiqamətinə gedən avtomobil yoluna çıxdıqları zaman Ramazan pis olaraq avtomobili saxlamadan əsas yola çıxmış, nəticədə Balakən şəhəri istiqamətindən gələn VAZ 2106 markalı avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində onun olduğu avtomobil yol kənarında olan dəmir hasara dəyərək dayanmışdır. Daha sonra oraya toplaşan tanımadıqları şəxslərin köməkliyi ilə avtomobildən çıxarılmış, daha sonra da oraya çağırılmış təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına aparılmışdır. Xəstəxanada rentgen müayinəsi zamanı qabırğalarının sındığını bilmişdir. Bundan sonra isə müalicə olunması üçün Bakı şəhərinə getmişdir. Həmçinin o, tanışı Şəxs şikayəti və tələbi olmadığını bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Şəxs barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.8-ci (Bu Məcəllənin 327.1-327.6,328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirməsinə görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Balakən RMXdan Balakən RPŞ-yə daxil olunuş 154 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi aktında Şəxs ayıq olduğu, həmçinin alkoqolun qəbulu əlamətlərinin olmadığı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Balakən RMXdan Balakən RPŞ-yə daxil olmuş 155 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi aktında X3 ayıq olduğu, həmçinin alkoqolun qəbulu əlamətlərinin olmadığı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Məhkəmə-Tibbi ekspertiza və X10 Təcrübi və X13 hüquqi şəxsi Balakən rayon MTE və PA şöbəsinin publik hüquqi şəxsi tərəfindən verilmiş 89 nömrəli ekspert rəyinin nəticə hissəsində Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər— burun qanaxması, burnunda şişkinlik, sol bazuda , sol dizin ön səthində sağ əlində şişkinlik- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Məhkəmə-tibbi ekspertiza və X14-Təcrübi və X13 hüquqi şəxsi Balakən rayon MTE və PA şöbəsi publik hüquqi şəxsi tərəfindən verilmiş 116 nömrəli ekspert rəyinin nəticə hissəsində Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər-döş qəfəsini sol tərəfinin qapalı küt travması, sol tərəfli kəskin ağ ciyər tənəffüs çatmamazlığı ilə müşayət olunan hemopnevmotoraks, sol 2-9-cu qabırnaların qapalı yerdəyişmə sınıqları— bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 07.04 .2023cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Məhkəmə-tibbi ekspertiza və X12 Təcrübi və X13 hüquqi şəxsi Balakən rayon MTE və PA şöbəsin publik hüquqi şəxsi tərəfindən verilmiş 117 nömrəli ekspert rəyinin nəticə hissəsində Şəxs müəyyən edilmiş xəsarətlər— döş qəfəsin yumşaq toxumalarının əziyi— bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 07.04. 2023-cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Məhkəmə-tibbi ekspertiza və X11 Təcrübi və X13 hüquqi şəxsi Balakən rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 118 nömrəli ekspert rəyinin nəticə hissəsində X4 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1328 nömrəli ekspert rəyində göstərilmişdir: 1) İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası qanununun 63-cü maddəsinin 1-ci hissəsinin ( 2.4 “ Yol verin” ; nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2) İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2106 markalı 34- BG- 897 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığı onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini,törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasının tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin,nəqliyyat vasitəsini idarə etmək hüququ 7 ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar