Məhkəmə qərarları › İş №3(019)-289/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-289/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-289/2022 18.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə, Zərərçəkmiş şəxs,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1958-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Balakən rayonu Talalar kənd qəbiristanlığında qardaşı X3 ilə mərhum valideynlərinin qəbirlərinin yanında dayandıqları zaman oraya gələn digər qardaşı Zərərçəkmiş şəxs mərhum atası Həsrət Süleymanovun baş daşının üzərinə əlini çəkdiyi zaman Şəxs Zərərçəkmiş şəxs itələmiş, həmin vaxt sonuncu əmisinin baş daşına dəymiş, Zərərçəkmiş şəxs sağ saidin orta 1/3-də arxa səthdə sıyrıq, sağ dizin ön səthində səthi zəif nəzərə çarpan və dərəcəsi təyin edilməyən xəsarət almışdır. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X4 20 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri alınmış və Balakən rayonu Talalar kəndində yaşayan xx.xx.1958-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonunu Talalar kəndində yaşayır. O, 15-20 ildir ki, gözündən İİİ qrup əlildir. O, qardaşı Nazim ilə 30 ildən artıqdır ki, münasibəti və get-gəlləri yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 05-00 radələrində bayram qəbirüstü ilə əlaqədar Balakən rayonu Talalar kəndində yerləşən qəbiristanlığa vəfat etmiş atası Həsrətin və anası Şümeysətin qəbirini ziyarət etmək üçün getmişdir. Qəbirlərin yanında o və qardaşı Zübahir, bacıları Mehriban və Mahizər dayanmışdırlar. Bu zaman qardaşı Nazim atasının qəbrinin yanına gələrək” “oyana dur” deyərək onu itələləmişdir.O, dizi üstə yerə düşəndə qardaşı Zübahir digər qardaşı Nazimi itələyərək onun qolundan tutaraq yanı üstə yıxılmağa qoymamışdır. Nazim onunla mübahisə etməyə başlamış, o, Nazim ilə danışmadığından onun sözlərinə əhəmiyyət verməmişdir. Bundan sonra Nazim oradan çıxıb getmişdir..Təxminən bir saatdan sonra onlar da evlərinə gəlmişlər.O, 3-cü qrup əlildir. Qeyd etdikləri nəzərə aınmaqla barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, o, 2011-ci ildən gözlərinə görə İ qrup əlildir. xx.xx.2022-ci il tarixdə təxminən 05 radələrində bayram qəbirüstü ilə əlaqədar Balakən rayonu Talalar kəndində yerləşən qəbiristanlığa vəfat etmiş qızı Zülfüyyənin qəbirini ziyarət etmək üçün getmişdir. Qızı Zülfüyyənin qəbirinə yol atası Həsrətin qəbrinin yanından keçirdi. O, oranı keçəndə atasının baş daşına əlini sürtmüşdür. Bu zaman atasının qəbrinin yanında olan qardaşlarından Bilal onun iki əlini də tutaraq onu təhqir etmiş və onu itələyərək arxada olan əmisinin baş daşına vurmuşdur. Bu zaman digər qardaşı Zübahir onun sağ ayağının diz nahiyyəsinə bir dəfə təpikdə vurmuşdur. O, Zübahirin onun sağ dizinə vurduğu təpiyin zərbəsindən özünü saxlaya bilməyərək qəbrin üstünə yıxılmışdır. Bu zaman o, sağ qolunun dirsəyindən xəsarət almışdır. Həmin zaman qardaşları Zübahiri və Bilalı ondan əmisi qızı Elmira Süleymanova və əmisinin gəlini Pakizə kənarlaşdırmışdır.Bundan sonra o, evə gəlmiş, qolunun və ayağının ağrıdığını görüb DİN-nin 102 xidmətinə zəng edərək qardaşları tərəfindən döyülməsi ilə bağlı şikayət etmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X7 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 172 nömrəli rəyində göstərilmişdir ki, Talalar kənd sakini Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər-sağ saidin orta 1/3-də arxa səthdə sıyrıq, sağ dizin ön səthində səthi zəif nəzərə çarpan qançır- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanılmış HK-1-449 saylı materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət. Şəxs və X1 əməlində Azərbayan Respublikası CM-ninin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət. Şəxs və X3 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, 3-cü qrup əlil olmasını, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar