Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-289/2025 13.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Protokol tərtib edən orqan Balakən Rayon Dövlət X3 YPX inspektoru X1 iştirakı ilə, "xxxx" MMC (Balakən şəhəri, Rafiq Səmədov, ev 6, VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Balakən Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon Polis Şöbəsi YPX inspektoru X2 tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 iyul 2025-ci il tarixli İXP ******* nömrəli və İXP ******* nömrəli protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs bildirmişdir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Nəqliyyat vasitələrini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxslər haqqında məlumatı sorğunu rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində verməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" MMC-nin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdir. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində tərtib olunmuş protokollar üzrə olan materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində məhkəmənin icraatında olan eyni vaxtda törətdiyi inzibati xəta haqqında iş üzrə olan 3(019)-289/2025 saylı və 3(019)-290/2025 saylı materiallar bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutub QƏRARAALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 347-ci maddəsi ilə Balakən Rayon Polis Şöbəsindən daxil olmuş 3(019)-289/2025 saylı və 3(019)-290/2025 saylı materiallar bir icraatda birləşdirilsin. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-289/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-289/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver