Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-29/2021 26.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, protest vermiş Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı ilə Balakən rayon prokuroru,ədliyyə müşaviri X5 Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) rəisi, polis polkovnik- leytenantı X8 xx xxxxxx 2020-ci il tarixli, MN-0178899 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi protestə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon prokuroru, ədliyyə müşaviri X2 RPŞ-nin rəisi, polis polkovnikleytenantı X8 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Balakən rayon prokuroru, ədliyyə müşaviri X10 protestini onunla əsaslandırmışdır ki, Balakən şəhəri sakini X3 xx.xx.2020-ci il tarixdə Balakən rayon prokurorluğuna şikayəti daxil olmuşdur. Sevinc Ələsgərova şikayətində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə özünü Göylərov kimi təqdim edən Balakən RPŞ-nin əməkdaşı onun 2 ildən çox işlətmədiyi gözəllik salonuna gəlib, onu maska taxmadığına görə 100 manat cərimə edildiyini bildirmişdir. Həmin vaxt salonunun havasını dəyişmiş və qonşusu ilə söhbət elmişdir. Polis əməkdaşı ona heç bir sənəd vermədən çıxıb getmiş və hər hansı izahatını almamışdır. Son 3-4 gündür ki, polis şöbəsinin özünü Faiq kimi təqdim edən şəxs telefonla dəfələrlə zəng vurub cərimə edildiyini və cəriməni ödəməsini demişdir. O, heç bir sənədin olmadığını bildirəndə, neçə gündən sonra protokolun surətini göndərmişlər, lakin bu protokoldan heç nə başa düşməmişdir. Hüquqlarının bərpa olunmasına kömək olunmasını xahiş etmişdir. Müraciətlə əlaqədar izahatı alman X6 bildirmişdir ki, təxminən 2 ildir ki, Balakən şəhəri, Heydər Əliyev prospekində 16 ünvanında yerləşən gözəllik salonunu işlədir. Lakin koronavirus pandemiyası ilə əlaqədar gözəllik salonlarının fəaliyyəti dayandırdığından, işləməmişdir. Həmin yerdə həm gözəllik salonu, həm də dərzi fəaliyyət göstərmişdir. xx.xx.2020-ci il tarixdə dərzi işləyən Mirvari xalaya baş çəkməyə getmiş, həmin vaxtlar dərzi işləmişdir. Ara-sıra gedib, Mirvari xalaya baş çəkmişdir. Çünki həmin yerin icarəsinin bir hissəsini o, bir hissəsini də Mirvari xala ödəmiş, həmin yerin əlindən çıxmasını istəmədiyinə görə, ara-sıra iş olmasa da, gedib ora baş çəkmişdir. Təxminən günorta ora çatmış, oraya gedəndə ağzında maskası olmuşdur. Mirvari xala ilə görüşüb salona keçmiş, salona keçdikdən sonra maskanı çıxarıb güzgünün qarşısına qoyub, saçını düzəltməyə başlamış və içəridə heç kəs olmamışdır. Mirvari xala öz otağında işini görmüşdür və onun ağzında maska olmuşdur. Saçını düzəldərkən içəri polis formasında olan bir nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşı özünü təqdim etmədən demişdir ki, niyə maskasızdır. O da cavab vermişdir ki, içəridə heç kəs yoxdur, maskanı güzgünün qarşısına qoyub saçını düzəldir. Lakin həmin polis əməkdaşı onun dediklərinə məhəl qoymayıb, bildirmişdir ki, ona 100 manat cərimə yazacaqdır. O da demişdir ki, işləmir, hazırda maskasız olsa da, yazmasın. Çünki içəridə heç kəs olmamışdır. Polis əməkdaşı onun cərimə olunduğunu deyib, onun barəsində protokol tərtib etmiş və imzalamasını bildirmişdir. O, imzalamayacağını deyəndə, polis əməkdaşı əgər o, protokola qol çəkməsə, icarəyə götürdüyü gözəllik salonunun sahibini 3000 manat cərimələyəcəyini demişdir. O da məcbur qalıb, protokola qol çəkmişdir. Bundan sonra polis əməkdaşına protokolu yazsa da, özünü təqdim etmədiyini demişdir. O, bunu deyəndən sonra həmin polis əməkdaşı vəsiqəsini çıxarıb, ona göstərib, Göylərov olduğunu bildirmişdir. Lakin polis əməkdaşının adını bilməmişdir. Polis əməkdaşı ona protokolu təqdim etməmişdir. Bildirmişdir ki, Mirvari xala digər otaqda olduğundan, onun bundan xəbəri olmamış, təxminən 1 ay bundan sonra Faiq adlı polis əməkdaşı ərinə zəng edib, onun cərimə olunduğunu və cərimənin ödənilməli olduğunu demişdir. Əri də həmin şəxsə demişdir ki, cəriməni ödəmək üçün sənəd olmalıdır. Sənəd olmadığı halda, əri cəriməni necə ödəyəcəyini söyləmişdir. Bundan sonra polis əməkdaşı ərinə onun 100 manat cərimə olunmağı barədə protokolu vermişdir. O da həmin protokolu əldə etdikdən sonra rayon prokurorluğuna həmin protokolun əsassız olması barədə müraciət etmişdir. Protestdə daha sonra qeyd olunur ki, Sevinc Ələsgərova ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun barəsində İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən ona hüquq və vəzifələri izah olunmamış, polis əməkdaşı Göylərov ona maska taxmadığını və cərimə olunduğunu demişdir. Onun barəsində inzibati xəta haqqında işə baxılması üçün ona işin baxılması yeri və vaxtı barədə məlumat verilməmiş, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilməmiş, eləcə də indiyə qədər də ona cərimə olunması ilə bağlı qərar təqdim edilməmiş və ona hüquq və vəzifələri izah olunmamışdır. Müraciətlə bağlı izahatı alınan Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə2 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Balakən şəhəri ərazisində koronavirusla mübarizə əleyhinə reydlər aparmışlar. Reydlərlə əlaqədar mağazalara daxil olaraq qoruyucu maskadan istifadə etməyən şəxslərin, yaxud karantin rejimi pozan şəxslərin barələrində İXM-nin müvafiq maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Sevinc” gözəllik salonuna daxil olduqda görmüşdür ki, içəridə 4 nəfər var. Orada həm gözəllik salonu, həm də dərzi olmuşdur. Həmin obyektdə dərzi işini görmüşdür. Lakin oraya daxil olduqda həmin yer uzun bir koridora bənzəmişdir. Koridorun bir tərəfində dərzi, digər tərəfində isə gözəllik salonu olmuşdur. Onları bir-birindən arakəsmə ayırsa da, orada qapı olmamışdır. Adının sonradan Sevinc olduğunu öyrəndiyi şəxs qızı ilə birlikdə olmuşdur. Sevinc Ələsgərova kiməsə gözəllik salonunda xidmət göstərməmiş və qızına paltarını geyindirmişdir. Həmin vaxt Sevinc Ələsgərovanın ağzında maska olmamışdır. Sevinc Ələsgərova ona bildirmişdir ki, cərimə yazmasın. O, Sevinc Ələsgərovaya barəsində İXM-nin 211.2-ci maddəsinə əsasən protokol tərtib edilib, cərimə olunduğunu demiş, Sevinc Ələsgərova protokola qol çəkmişdir. Protokolun surətini Sevinc Ələsgərovaya təqdim edib, oradan çıxıb getmişdir. Daha sonra Sevinc Ələsgərovanın barəsində İXM-nin 211.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq, o, 100 manat inzibati cərimə olunmuşdur. Nümayəndə2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ora daxil olduqda orada 4 nəfər olmuşdur. Orada dərzi və onun yanında bir nəfər olmuşdur. Ora daxil olduqda dərzinin yanında olan şəxs çölə çıxmışdır. Sevinc Ələsgərova qızını geyindirmiş və maskası olmamışdır. Həmin vaxt Sevinc Ələsgərovanın maskası güzgünün qarşısında olmuşdur. Sevinc Ələsgərova ona saçını düzəltdiyini desə də, Sevinc Ələsgərovanı görəndə o, uşağını geyindirmişdir. Protokol tərtib etdikdən sonra Sevinc Ələsgərova ondan özünü təqdim edə bilib-bilməyəcəyini soruşmuş, o da vəsiqəni göstərməklə, Sevinc Ələsgərovaya özünü təqdim etmişdir. Çünki polis formasında olduğu üçün özünü təqdim etməyə zərurət görməmişdir. X3 göstərdikləri doğru olmamışdır. Çünki o, Sevinc Ələsgərovaya deməmişdir ki, əgər o, protokola qol çəkməsə, gözəllik salonunun sahibini 3000 manat cərimə edəcək. Sevinc Ələsgərova ondan protokolun surətini istəmədiyi üçün verməmişdir. Köməkçi X1 ərinə arvadının cərimə olunduğunu və cərimənin ödənilməli olduğunu demişdir. Daha sonra Faiq ona həmin protokolun surətini təqdim etmişdir. Protestdə daha sonra göstərilir ki, X3 barəsində toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialından görünür ki, Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə2 xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-nin rəisinə raportla müraciət edərək, həmin tarixdə Balakən şəhəri, H.Əliyev prospektində yerləşən gözəllik salonunda X3 xüsusi qoruyucu maskadan istifadə etməməsini müəyyən etdiyini bildirmiş və onun barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Həmin raport icra olunması üçün Nümayəndə2 həvalə edilmişdir. Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə2 həmin raport əsasında X3 xx.xx.2020-ci il tarixdə, saat 11:50-də H.Əliyev prospektində yerləşən “Sevinc” gözəllik salonunda xüsusi qoruyucu maskadan istifadə etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş, həmin tarixdə də Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X12 tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə icraat zamanı X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, eyni zamanda, sahə rəisi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, İnzibati Xətalar Məcəlləsinin və “Polis haqqında” Qanunun tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:50-də Balakən RPŞ-nin sahə rəisi Nümayəndə2 polis formasında gözəllik salonuna daxil olsa, o, “Polis haqqında» Qanunun 13.3-cü bəndinin tələblərini kobud surətdə pozaraq, Sevinc Ələsgərovaya müraciət edərkən adını, soyadını, rütbəsini bildirməklə və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməli olduğu halda, təqdim etməmişdir.Toplanmış materialdan da göründüyü kimi, sahə rəisi protokolu tərtib etdikdən sonra özünü Sevinc Ələsgərovanın tələbindən sonra vəsiqəsini göstərməklə, Göylərov olduğunu demişdir. Bundan başqa, toplanmış materialdan görünür ki, “Sevinc” gözəllik salonunda həm dərzi, həm də gözəllik salonu fəaliyyət göstərmiş, gözəllik salonunu dərzidən arakəsmə ayırmışdır. Dərzi işləyən Mirvari adlı xanım öz iş otağında işini görmüş, Sevinc Ələsgərova gözəllik salonunda maskasız olsa da, heç kəsə xidmət göstərməmişdir. Amma Balakən RPŞ-nin İTB-nin sahə rəisi tərəfindən X3 gözəllik salonunda maskasız olsa da, onun kiməsə xidmət göstərən zaman istifadə edib-etməməsini göstərən kifayət qədər hallar araşdırılmaqla, həqiqətən onun tibbi qoruyucu maskadan istifadə etməməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarının tələblərinin pozulması ilə nəticələnməsi arasında səbəbli əlaqənin olub-olmamasına düzgün hüquqi qiymət verilməmiş və sonuncunun həqiqətən İXM- nin 211.2-ci maddəsinin tələblərini pozub-pozmaması aydınlaşdınlmadan gözəllik salonunda tibbi maskadan istifadə etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla bərabər, Nümayəndə2 izahatında Sevinc Ələsgərova maska taxmadığını və cərimə olunduğunu bildirmişdir. Lakin İXM-nin 75-ci maddəsinin məzmunundan aydın olur ki, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsini təsdiq edən sübut növüdür. X11 maska taxmadığına görə cərimə olunduğunu bildirməsi polis əməkdaşının vətəndaşa hüquq və vəzifələrini izah etmədiyini, onun müdafiəçinin yardımın istifadə edib-etməməsinin aydınlaşdırmadığını göstərir və inzibati xəta törədən şəxsdə artıq onun barəsində tərtib edilən protokolla onun təqsirinin sübuta yetirildiyi təəsüratı yaradır, nəticədə inzibati xəta törədən şəxs inzibati məsuliyyətə cəlb olunduğu qənaətinə gəlmiş, bununla da vətəndaşın hüquq və vəzifələrinin izah olunmaması onun konstitusion hüquqlarının, yəni protokola baxılmasında onun iştirak hüququnun olması, onun barəsində tərtib edilmiş protokola münasibəti, şikayət etmək və s. hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki inzibati xəta törədən şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Qeyd edilən qərar olmadıqda şəxs təqsirsiz sayılır. O cümlədən İXM-nin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Bununla bərabər İXM-nin 100-ci maddəsinə görə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə təqdim edilməlidir. Lakin İTB-nin əməkdaşı Sevinc Ələsgərovaya protokolu tərtib etdikdən dərhal sonra təqdim etməli olduğu halda, təqdim etməmişdir (hətta qeyd olunan müddəalar inzibati xəta haqqında protokolda ayrıca bənd kimi nəzərdə tutulmuşdur). O cümlədən, inzibati xəta haqqında iş üzrə icraat zamanı Sevinc Ələsgərovanın, eləcə də şahidlərin olub-olmaması müəyyən edilərək, onların izahatları da alınmamışdır. Bununla yanaşı barəsində icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibatı xəta haqqında iş üzrə icraata baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda sonuncu iştirak etməsin. Ancaq barəsində icraat aparılan şəxsə işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Qeyd olunan xüsusat barəsində icraat aparılan şəxsin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasma səbəb olur ki, bununla da, barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərar ona 2 gün müddətində təqdim edilməmiş və şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da barəsində icraat aparılan şəxsin Konstitusiyanın 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ pozulmuşdur. Halbuki Konstitusiyanın 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. İXM-nin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Beləliklə, X3 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmədən və inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiyası, İXM-nin, “Polis haqqında» Qanun və Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında" 19.1 1.2020-ci il tarixli, 451 nömrəli qərarının tələblərinə əməl olunmadan aparılmaqla, sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X8 X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi Nümayəndə1 protesti müdafiə edərək, protestdə göstərilənlərə uyğun izahat verərək, protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 şikayətinə uyğun izahat vermiş, şikayətin və protestin təmin olunmasını xahiş etmişdir. Balakən RPŞ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən protestin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən RPŞnin nümayəndəsinin iştirakı olmadan hazırki protestə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Protest verən Balakən rayon prokurorunun nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, protestin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, protest əsaslı olduğundan təmin edilməli, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X8 X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Azərbaycan Respublikası İXMnin 53-cü maddəsinə əsasən X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hal-hazırda prokuror tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərarla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X3 xx.xx.2020-ci il tarixdə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı X8 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X12 tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, inzibati xəta haqqında iş üzrə icraat zamanı X3 Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin kifayət qədər sübuta yetirilməməsi nəzərə alınmamış, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:50-də Balakən RPŞ-nin sahə rəisi Nümayəndə2 polis formasında gözəllik salonuna daxil olsa, o, “Polis haqqında» Qanunun 13.3-cü bəndinin tələblərini kobud surətdə pozaraq, Sevinc Ələsgərovaya müraciət edərkən adını, soyadını, rütbəsini bildirməklə və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməli olduğu halda, sahə rəisi protokolu tərtib etdikdən sonra özünü Sevinc Ələsgərovanın tələbindən sonra vəsiqəsini göstərməklə Göylərov olduğunu demişdir. Bundan başqa, iş materiallarından görünür ki, “Sevinc” gözəllik salonunda həm dərzi, həm də gözəllik salonu fəaliyyət göstərmiş, gözəllik salonunu dərzidən arakəsmə ayırmış, həmin arakəsmə bağlı olmuş, dərzi işləyən Mirvari adlı şəxs öz iş otağında olmuş, Sevinc Ələsgərova gözəllik salonunda maskasız olsa da, heç kəsə xidmət göstərməmiş, yəni həmin vaxt gözəllik salonu fəaliyyət göstərməmişdir. Ona görə də dərzi otağından bağlı arakəsmə ilə ayrılan və həmin vaxt heç kimin olmadığı və fəaliyyət göstərmədiyi qapalı bir yer olan «Sevinc» gözəllik salonu otağı inzibati xəta haqqında protokol tərtib edilən xx.xx.2020-ci il tarixdə, saat 11:50-də qoruyucu vasitənin mütləq qaydada istifadə edilməli olduğu yer hesab edilə bilməz. Belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarının və İXM-nin 211.2-ci maddəsinin tələblərinin pozulmasından söhbət belə gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarında ictimai yerlərdə, yəni adamların toplaşdığı yerlərdə fərdi qoruyucu vasitələrin istifadəsinin məcburiliyi təsbit edilmişdir. Lakin Balakən RPŞ-nin İTB-nin sahə rəisi tərəfindən X3 gözəllik salonunda maskasız olsa da, onun kiməsə xidmət göstərən zaman istifadə edib-etməməsini göstərən kifayət qədər hallar araşdırılmaqla həqiqətən onun tibbi qoruyucu maskadan istifadə etməməsinin Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarım qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarının tələblərinin pozulması ilə nəticələnməsi arasında səbəblii əlaqənin olub-olmamasına düzgün hüquqi qiymət verilməmiş və Sevinc Ələsgərovanın həqiqətən İXM- nin 211.2-ci maddəsinin tələblərini pozub-pozmaması aydınlaşdınlmadan gözəllik salonunda tibbi maskadan istifadə etmədiyinə görə o, inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarından o da görünür ki, Nümayəndə2 izahatında Sevinc Ələsgərovanın maska taxmadığını və cərimə olunduğunu bildirmişdir. Bu xüsusda məhkəmə protestdə qeyd olunan dəlillərlə razılaşaraq, o nəticəni də qəbul edir ki, İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsini təsdiq edən sübut növüdür. Polis şöbəsinin sahə rəisinin Sevinc Ələsgərovaya maska taxmadığına görə cərimə olunduğunu bildirməsi polis əməkdaşının vətəndaşa hüquq və vəzifələrini izah etmədiyini, onun müdafiəçinin yardımın istifadə edib-etməməsinin aydınlaşdırmadığını göstərir və inzibati xəta törədən şəxsdə artıq onun barəsində tərtib edilən protokolla onun təqsirinin sübuta yetirildiyi təəsüratı yaradır ki, nəticədə Sevinc Ələsgərova inzibati məsuliyyətə cəlb olunduğu qənaətinə gəlmiş, bununla da vətəndaşın hüquq və vəzifələrinin izah olunmaması onun konstitusion hüquqlarının,yəni protokola baxılmasında onun iştirak etmək hüququnun, onun barəsində tərtib edilmiş protokola münasibəti, şikayət etmək və s. hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Qeyd edilən qərar olmadıqda şəxs təqsirsiz sayılır. İXM-nin 8.3-ci maddəsində də göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanlar o qənaətə gəlməyə əsas verir ki, Sevinc Ələsgərovanın əməlində İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən sübutlar Azərbaycan Respublikası Konstitusiyası və «Polis haqqında» Qanunun tələblərinə zidd olaraq toplanılmış və Sevinc Ələsgərovanın konstitusion hüquq və azadlıqları məhdudlaşdırılmaqla onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 əməlində İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi əlamətlərinin olub-olmaması istiqamətində heç bir araşdırma aparılmamışdır. X3 əməlində İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən heç bir mötəbər sübut olmadan onun müraciət etmək hüququ məhdudlaşdırılmaqla, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X3 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X3 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) X16 Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşdəki sübutlardan görünür ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsinin tərkibi olmadan, o, əsassız olaraq İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X8 xx xxxxxx 2020-ci il tarixli, MN-0178899 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Ona görə də məhkəmə iclasında iş üzrə müəyyən edilmiş bütün hüquqi və faktoloji hallar həmin qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibinin olmamasına görə X6 barəsində İXM-nin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün tam əsas verir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alıb, yekun olaraq bu nəticəyə gəlirəm ki, Balakən rayon prokuroru, ədliyyə müşaviri X5 protesti əsaslı olduğundan təmin edilməli, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X8 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105.1, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Balakən rayon prokuroru, ədliyyə müşaviri X5 protesti təmin edilsin. Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X8 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-29/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-29/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver