Məhkəmə qərarları › İş №3(019)-290/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-290/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-290/2025 13.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, protokol tərtib edən orqan Balakən Rayon Dövlət X3 YPX inspektoru X1 iştirakı ilə, "xxxx" MMC (Balakən şəhəri, Rafiq Səmədov, ev 6, VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Balakən Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon Dövlət X3 YPX inspektoru X2 tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 iyul 2025-ci il tarixli İXP ******* nömrəli və 25 iyul 2025-ci il tarixli İXP ******* nömrəli protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(019)-289/2025 nömrəli qərardadından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 347-ci maddəsi ilə Balakən Rayon Polis Şöbəsindən daxil olmuş 3(019)-289/2025 saylı və 3(019)-290/2025 saylı materiallar bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC Balakən Rayon Polis Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan KAMAZ 43253-91011-02 YÜK markalı 08AC243 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə saat 06:36-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində verməmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC Balakən Rayon Polis Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan KAMAZ 43253-91011-02 YÜK markalı 08AC242 dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə saat 12:39-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında Balakən Rayon Dövlət X3 YPX inspektoru X2 bildirmişdir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Nəqliyyat vasitələrini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxslər haqqında məlumatı sorğunu rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində verməmişlər. Buna görə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" MMC-nin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdir. İXM-in 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin izahatını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan 13 iyul 2025-ci il tarixli 313-66/2-15046/2025 nömrəli "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanan sorğudan görünür ki, xx.xx.2025-ci il tarixdə qeydə alınmış "xxxx" MMC-nin balansında olan KAMAZ 43253-91011-02 markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşının fotogörüntüsü ilə bağlı inzibati xətanın törədilməsi zamanı avtomaşını idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriyası, nömrəsi, əlaqə nömrəsi və yol vərəqəsi) Balakən RPŞ-nin DYPB-nə verilməsi xahiş olunmuşdur. Sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Eyni zamanda hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, "xxxx" MMC 18 iyul 2025-ci il tarixində Balakən Rayon Polis Şöbəsinin sorğusunu qəbul etmişdir. 13 iyul 2025-ci il tarixli 313-66/2-15044/2025 "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanan sorğudan görünür ki, xx.xx.2025-ci il tarixdə qeydə alınmış "xxxx" MMC-nin balansında olan KAMAZ 43253-91011-02 markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşının fotogörüntüsü ilə bağlı inzibati xətanın törədilməsi zamanı avtomaşını idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriyası, nömrəsi, əlaqə nömrəsi və yol vərəqəsi) Balakən RPŞ-nin DYPB-nə verilməsi xahiş olunmuşdur. Sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Eyni zamanda hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, "xxxx" MMC 18 iyul 2025-ci il tarixində Balakən Rayon Polis Şöbəsinin sorğusunu qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 123.1-ci maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə – vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş materiallarından aydın olur ki, "xxxx" MMC müvafiq səlahiyyətli orqanın sorğularına əsasən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatı onun daxil olduğu vaxtdan, yəni 18 iyul 2025-ci il tarixindən 5 gün müddətində verməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə hüquqi şəxs "xxxx" MMC tərəfindən İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətalar eyni vaxtda törədildiyindən hüquqi şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar