Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-291/2021 13.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs X6, onun vəkili Vəkil, qərarından şikayəti verilmiş Azərbaycan Respublikası X4 Şəki Regional Bölməsinin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə Azərbaycan Respublikası X4 Şəki Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokolu əsasında tətbiq edilmiş 16 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X10 Azərbaycan Respublikası X4 Şəki Regional Bölməsinin MN ******* nömrəli protokolu əsasında tətbiq edilmiş MN ******* nömrəli 16 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X15 oğlu şikayətini onunla əsaslandırmışdır ki, 06.08.2021-ci il tarixində gecə saat 21.45 radələrində Balakən rayon Tülü kənd ərazisində yerləşən “Sultan Palace” şadlıq sarayının böyük zalında toy mərasimi keçirilən zaman dörd nəfər icazə almadan mərasim keçirilən zala daxil olmuşlar. Toy mərasimi keçirilən zalda təlimata uyğun 144 nəfər nəzərdə tutulduğu halda həmin şəxslərin zala daxil olması avtomatik süni say artımına səbəb olmuşdur. Hansı ki zalda yalnız təlimata ğörə 144 nəfər nəzərdə tutulmuşdur.Həmin şəxslər zala daxil olduqdan sonra zalı nəzərdən keçirmişlər. Onların kənar adam olduğunu ğörüb onlara yaxınlaşıb nə istədiklərini soruşanda qida təhlükəsizliyindən olduqlarını bildirmişlər. Onlardan rəsmi sənəd tələb etdikdə “idarəyə gələndə bilərsən” deyə cavab vermişlər. Həmin şəxslər ondan “sən kimsən” deyərək soruşmuşlar. O, şadlıq evinin sahibi olduğunu bildirmişdir. Bundan sonra onlar soruşmuşlar ki, zalda neçə nəfər var? O, da əlindəki adam sayı olan 144 nəfərlik tablonu onlara göstərmişdir. Həmin şəxslər bildirmişlər ki, “səndə 150 nəfər” var. Onlara cavab vermişdir ki, 150 nəfər sizinlə birlikdədir. Belə söhbətləşdikləri zaman görmüşdür ki, onların ikisində qoruyucu tibbi maska yoxdur. Onlara bildirmişdir ki, “buyurun sizi daha nə maraqlandırır”. Həmin şəxslər soruşmuşlar ki,”bütün işçilər peyvənd olunublarmı?” O,da bütün işçilərin peyvənd olunmaları barədə pasportlarını şəxsiyyət vəsiqələri ilə birlikdə öz telefonunda saxlamışdır və cib telefonunu açaraq hər kəsin pasportlarını onlara göstərəndə gələnlərdən biri bildirmişdir ki, onlar portaldan istifadə etmirlər. O, əvəzində bildirmişdir ki,”əgər portaldan istifadə etmirsinizsə o zaman bunları necə yoxlayacaqsınız?”. Qanun pozuntularına yol verən, özlərini qida təhlükəsizliyi adından təqdim edən həmin şəxslərin ikisinin öz üzlərində tibbi maskanın olmamasını onlara xatırladanda həmin şəxslər zalı tələsik tərk etməyə başlamışlar və bunu şadlıq evində çalışanlar da şahidi oldular. Bunun da əsasında AKT tərtib edilmişdir. Protokolda qeyd etdikləri icazə verildiyi saydan artıq qonaq qəbul edildiyi, bəzi işçi personalının ikinci doza vaksin olunmadan və işçilərin tibbi maskadan istifadə etmədiyinə görə, ikinci doza arqumenti ilə bağlı bildirmək istəyir ki, işçilərin vaksinasiyaya görə pasportlarına baxılsaydı onların çoxdan həkimdən keçmələrini görəcəkdilər. Tərtib edilən protokol yerində şahidlərinin iştirakı ilə tərtib edilməli olduğu halda,həmin şəxslər həmin protokolu öz ofislərində tərtib etdikdən sonra, ona naməlum bir nömrədən zəng vuraraq onu Şəki rayonuna qida təhlükəsizlik bölməsinə dəvət etmişlər ki, orada protokol tətbiq ediləcək və o, həmin protokola imza atmalıdır. Əlbətdə qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilən protokola o, imza ata bilməzdi. Doğrudan da şadlıq evində hər hansı bir qanun pozuntusu aşkarlanmışdırsa bəs o,zaman qanunvericiliyin tələbinə uyğun yerində nə üçün protokol tərtib edilməmişdir. Həmin şəxslər beləliklə İXM-nin kobudcasına pozaraq əsassız olaraq sahibkara qarşı yüksək məbləğdə cərimə tətbiq etmişlər. Hesab edir ki, Qida Təhlükəsizliyi X1 pozuntusuna yol verdiyindən əsassız tərtib etdikləri protokol əsasında qəbul olunan Qərar ləğv edilməlidir. X15 oğlu məhkəmə iclasında şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, “Sultan Palace” şadlıq sarayının böyük zalı 700 kv/m-dir və pandemiya şəraitində orada 144 qonağın iştirakı mümkündür. Bu barədə tablonu da şadlıq sarayının girişindən asmışdır. Həmin gün də məclisdə 144 nəfər qonağın iştirakı nəzərdə tutulmuş, qonaqlar üçün hər stolda 6 nəfər olmaqla 24 ədəd stol qoyulmuş, bir stol isə musiqiçilər üçün nəzərdə tutulmuşdur. Onun 11 nəfər işçisi vardır. Bu şəxslərdən 5 nəfərin COVİD pasportu vardır. Həmin gün də həmin beş nəfər iştirak etmişdir. Onun barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. Şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş X4 Şəki Regional Bölməsinin nümayəndəsi Nümayəndə oğlu göstərdi ki, Balakən rayonu, Tülü kəndində fəaliyyət göstərən vəzifəli şəxs X8 məxsus “Sultan Palace” şadlıq sarayında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22.07.2021-ci il tarixli 177 nömrəli gərarının icra vəziyyətinin yoxlanılması ilə bağlı monitorinq aparılmışdır. Onlar şadlıq sarayının girişində mühafizəçiyə yaxınlaşaraq özlərini təqdim etmişlər və şadlıq sarayının müdiriyyətinə məlumat verilməsini xahiş etmişlər. Mühafizəçi şadlıq sarayının müdirinə gəlmələri barədə məlumat vermişdir. Lakin müdiriyyət gəlməmiş və bu səbəbdən onlar şadlıq sarayının böyük zalına tərəf getmişlər. Orada şadlıq sarayının müdiri X15 oğlu gəlmiş, onlar özlərini təqdim edərək monitorinq apardıqlarını bildirmişlər. Aparılmış monitorinq zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrində öz əksini tapmış pozuntular aşkar edilmişdir. Belə ki, müəssisənin 700 kv.m-lik zalı olduğu, zalda “COVİD-19” pandemiyası dövründə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına dair məlumat lövhəsində 144 nəfər müştəri qəbul edə bilməsi göstərilmiş, lakin “icazə.e-gov.az”portalına zalın sahəsinin 750 kv/m olması və müştərilərin sayının 150 nəfər olacağı barədə məlumat daxil edilmişdir. Faktiki də 150 nəfərlik toy məclisi təşkil edilmiş, zalda hər birində 6 stul olmaqla 25 stol yerləşdirilmişdir. Müəssisədə işçi heyəti tibbi maskadan istifadə etmədən fəaliyyət göstərmiş, işçilərin bir hissəsinin “Covid-19” pasportu olmamış və oturacaqlar arasındakı 1 metrlik məsafənin qorunması təmin edilməmişdir. Buna görə də aşkar edilmiş ganun pozuntuları ilə bağlı həmin vaxt şadlıq sarayında 06.08.2021-ci il tarixli MN №0890351 nömrəli İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra 16 avqust 2021ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar ilə Balakən rayonu, Tülü kəndində fəaliyyət göstərən “Sultan Palace" şadlıq sarayının sahibi vəzifəli şəxs X10 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 ( dörd min ) manat məbləğində cərimə edilmişdir. Rasim İsayevin şikayəti əsassızdır. Onların özlərini təqdim etməmələri, maskadan istifadə etməmələri, protokolun orada tərtib edilməməsi,”COVİD-19” pasportu ilə bağlı portaldan istifadə etməmələri və s. barədə şikayətdə göstərilənlərin heç biri həqiqətəuyğun deyildir. Şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Balakən rayonu, Tülü kəndində fəaliyyət göstərən vəzifəli şəxs X8 məxsus “Sultan Palace” şadlıq sarayında epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxsi İsayev Rasim Soltan oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan 16 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərarla Balakən rayonu, Tülü kəndində fəaliyyət göstərən “Sultan Palace” şadlıq sarayının vəzifəli şəxsi İsayev Rasim Soltan oğlu Azərbaycan Respublikası İXM-ninin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilmişdir. İşdə olan “icazə.e-gov.az” portalından çıxarışdan görünür ki, “Sultan Palace” şadlıq sarayında 06 avqust 2021-ci il tarixdə toy şənliyi keçiriləcəyi,150 nəfər qonaq iştirak edəcəyi, zalın sahəsinin 750 kv/m olması barədə məlumat daxil edilmişdir. Şikayət vermiş şəxsi, qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İsayev Rasim Soltan oğlunun sahibi olduğu “Sultan Palace” şadlıq sarayının sahəsi 700 kv/m olan böyük zalında 06 avqust 2021-ci il tarixdə toy mərasimi keçirilmişdir. Pandemiya ilə əlaqədar sözügedən zalda 144 nəfər qonağın qəbul edilməsi mümkündür. Lakin toy mərasiminin keçirildiyi zala 150 nəfər qonaq üçün, hər birində 6 nəfərin oturacağı 25 stol daxil edilmişdir. “icazə.e-gov.az” portalına da 06 avqust 2021-ci il tarixdə keçiriləcək toy şənliyində 150 nəfər qonağın iştirak edəcəyi barədə məlumat daxil edilmişdir. Eyni zamanda 150 nəfər qonağın iştirakının təmin edilməsi üçün sözügedən portala zalın sahəsinin 750 kv/m olması barədə səhv məlumat daxil edilmişdir. Həmçinin Sultan Palace” şadlıq sarayında işləyən 11 nəfər işçinin yalnız beşinin COVİD-19 pasportu olmuş, digərlərinin isə olmamışdır. Sultan Palace” şadlıq sarayının sahibi İsayev Rasim Soltan oğlu 06 avqust 2021-ci il tarixdə epidemiya əleyhinə rejimini, sanitariya-gigiyena və karantin rejimlərinin yuxarıda qeyd edilən tələblərini pozduğu üçün Azərbaycan Respublikası X4 Şəki Regional Bölməsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə MN0890351 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən Rasim İsayev 4000 manat cərimə edilmişdir.X10 həmin qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarının 1.2 -ci bəndində Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının 2.4-cü maddəsi “2021-ci ilin iyul ayının 1-dən etibarən COVİD-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması,2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması tələb olunur” redaksiyasında verilmişdir. İşin hallarını və hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, “Sultan Palace” şadlıq sarayının sahibi X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbeh vermə haqqında protokol qanuni və əsaslıdır.X4 Şəki Regional Bölməsinin 16 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. 06 avqust 2021-ci il tarixdə keçirilən toy şənliyində 144 nəfər qonaq qəbul etməsi, işçilərdən yalnız COVİD-19 pasportu olan beş nəfərin həmin gün xidmət etməsi barədə X15 oğlunun göstərdiyi xüsuatlar məhkəmə iclasında öz təsdiqini tapmadığından qəbul edilmir. Belə ki, zalda 150 nəfər üçün 25 stolun qoyulması, “icazə.e-gov.az” portalına qonaqların sayının 150 nəfər olacağı barədə məlumat daxil edilməsi ilə təsdiq olunur ki, həmin toyda 150 nəfərin iştirakı nəzərdə tutulmuşdur. X14 Soltan oğlu şikayətində bütün işçilərin COVİD-19 pasportunun olmasını qeyd etmiş, lakin bu barədə sənədləri təqdim edə bilmədikdə yalnız beş işçinin həmin gün xidmət göstərməsini bildirmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, vəzifəli şəxs X15 oğlunun şikayəti təmin edilməməli, Azərbaycan Respublikası X4 Şəki Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi 16 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qərara aldım: İnzibati məsuliyyətə cəlb olunmuş vəzifəli şəxs X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası X4 Şəki Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi 16 avqust 2021ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-291/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-291/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver