Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-292/2023 17.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri Əli Ansuxski küçəsi bina-8, mənzil 8-də yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 15 iyul 2023-cü il tarixdə saat 17 radələrində Balakən şəhəri, Ə.Ansuxski küçəsində - ictimai yerdə arvadı Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşı Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən şahidin ifadəsi alınmış və Balakən şəhəri Ə.Ansuxski küçəsi bina 8, mənzil 8-də yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs göstərdi ki, ailə üzvləri ilə birlikdə Balakən şəhəri Ə.Ansuxski küçəsi bina 8, mənzil 8-də yaşayır. 15 iyul 2023-cü il tarixdə saat təxminən 17 radələrində sərxoş vəziyyətdlə evə gəlmişdir. O, sərxoş olduğu üçünü küçədə arvadı Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyərək təhqir etmişdir. Həmin vaxt ora gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onu rayon Polis Şöbəsinə gətrmişlər. Əməlindən peşimandır. Ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 17 iyul 2023-cü il tarixdə saat təxminən 16:30 radələrində əri Şəxs sərxoş vəziyyətdə evə gəlmiş və həyətdə işləyən ustalarla mübahisə etmişdir. Həmin vaxt o, İlkini küçəyə çıxarmışdır. Bu zaman İlkin küçədə onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir, Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ona görə də polis əməkdaşları gəlib İlkini Rayon Polis Şöbəsinə aparmışlar.O, İlkindən şikayətçidir. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 2023-cü ildən etibarən Balakən Rayon Polis Şöbəsində xidmət edir. 15 iyul 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində növbətçi hissənin göstərişi əsasında Ə.Ansuxski küçəsindlə yerləşən ünvana getmişdir.Həmin vaxt orada bir kişinin qadınla küçədə mübahisə etdiyini və nalayiq söyüşlər söydüyünü görmüşdür, O, həmin şəxslərə yaxınlaşmış və özünü təqdim edərək sonradan adını bildiyi İlkin adlı şəxsi nizam-intizama dəvət etmişdir. Həmin şəxs onun tələblərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş və nalayiq söyüşlər söyməkdə davam etmirdir. O, İlkini rayon polis şöbəsinə dəvət etmiş, bu zaman İlkin qəsdən onun tələblərinə tabe olmamışdır. Bundan sonra o, İlkini rayon polis şöbəsinə gətirmiş və bu barədə qanuni tədbir görülməsi üçün RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 iyul 2023-cü il tarixdə saat 19:30-də inzibati qaydada tutulmuş,17 iyul 2023-cü il tarixdə saat 16:00-da azad edilmişdir. İşdə olan 17 iyul 2023-cü il tarixli 330 nömmrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluündan görünür ki, Şəxs xx.xx.20123-cü il tarixdə sərxoş olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 3 saylı Şəki-Zaqatala regional filialı tərəfindən Balakən rayon Polis Şöbəsinə ünvanlanmış 17 iyul 2023-cü il tarixli 3-17-1/2-159724/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Şəxs filial tərəfindən xx.xx.2023-cü il tarixə heç bir növ pensiya, sosial müavinət almır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də X2 həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və məsuliyyəti ağırlaşdıran halların olmamasını, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 iyul 2023-cü il tarixdə saat 19:30-də inzibati qaydada tutulmuş və 17 iyul 2023-cü il tarixə saat 16:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 2(iki) gün müddət ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz ) gün müddətə inzibati həbs edilsin. Onun 15 iyul 2023-cü il tarixdə saat 19:30-dan 17 iyul 2023-cü il tarixə saat 16:00- a kimi inzibati qaydada tutulduğu 2(iki) gün müddət həmin müddətdən çıxılsın və üzərində 06( altı) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 17 iyul 2023-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-292/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-292/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver