Məhkəmə qərarları › İş №3(019)-292/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-292/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-292/2025 14.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə xx.xx.1988-ci il tarixdə İran islam Respublikasında anadan olan, İran İslam Respublikası vətəndaşı, pasport: İRN L55107899, evli, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikası, Zəncan şəhəri, Yamçı kəndi ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə 30 iyul 2025-ci il tarixli, 00500- 00863/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 01:17 radələrində Gürcüstan Respublikası istiqamətindən İran İslam Respublikasına getmək üçün Azərbaycan ərazisindən tranzit qaydada keçməklə “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “DAF XF530FT” markalı 90AL631/90AL632 xarici dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü İran İslam Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğusual aparılmışdır. Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük orqanına mütləq bəyan edilməli hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra “Tiber” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə “DAF XF530FT” markalı 90AL631/90AL632 xaici dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sağ yan tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulan dolabın çəkməcəsinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 1 ədəd “DİVİNE" markalı 3 litr şəffaf plastik torbada qablaşdırılmış vodka, nəqliyyat vasitəsinin kabinasının üst tərəfində yerləşən yatağın sağ və sol tərəfində olan divar örtüklərinin (obsivka) arxasındaki boşluqdan gömrük nəzarətindən gizlədilmiş 1 ədəd “Talka” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “Zelyonaya Marka” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “AİR” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 2 ədəd “TİBLVİNO” markalı 750 ml şüşə qabda qablaşdırılmış şərab, 1 ədəd “KOSKENKORVA” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “AİR” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “ Royal Park” markalı 1 litr şüşə qabda qablaşdırılmış viski, 1 ədəd “Kinq Robert” markalı 1 litr şüşə qabda qablaşdırılmış viski, 1 ədəd " AİA" markalı 2.5 litr plastik qabda qablaşdırılmış pivə, kabinada cihazlar panelinin alt hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş 2 ədəd “Zelvonava Marka" markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka aşkar olunaraq protokol əsasında götürülmüşdür. İşə baxılmasının yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan 12 iyul 2025-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2025-cü il tarixdə, təxminən saat 01:17 radələrində Gürcüstan Respublikası istiqamətindən İran İslam Respublikasına getmək üçün Azərbaycan ərazisindən tranzit qaydada keçməklə “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “DAF XF530FT” markalı 90AL631/90AL632 xarici dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü İran islam Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğusual aparılmışdır Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük orqanına mütləq bəyan edilməli hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra “Tiber” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə “DAF XF530FT” markalı 90AL631/90AL632 xarici dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sağ yan tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulan dolabın çəkməcəsının altındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 1 ədəd “DİVİNE" markalı 3 litr şəffaf plastik torbada qablaşdırılmış vodka, nəqliyyat vasitəsinin kabinəsinin üst tərəfində yerləşən yatağın sağ və sol tərəfində olan divar örtüklərinin (obşivka) arxasındaki boşluqdan gömrük nəzarətindən gizlədilmiş 1 ədəd “Talka” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka,1 ədəd “Zelyonaya Marka” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “AİR” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 2 ədəd “TİBLVİNO” markalı 750 ml şüşə qabda qablaşdırılmış şərab, 1 ədəd “KOSKENKORVA" markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “AİR” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “ Royal Park” markalı 1 litr şüşə qabda qablaşdırılmış viski, 1 ədəd “King Robert” markalı 1 litr şüşə qabda qablaşdırılmış viski, 1 ədəd 1 AİA” markalı 2.5 litr plastik qabda qablaşdırılmış pivə, kabinada cihazlar panelinin alt hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş 2 ədəd “Zelyonaya Marka” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka aşkar olunmuşdur. Aşkar olunan hüquqpozma predmetləri bu protokol əsasında götürülmüşdür. Yoxlama zamanı videokameradan istifadə olunmuş, videoçəkilişin əks olunduğu 01 ədəd DVD disk protokola əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs izahatında törətdiyi əməli etiraf etmiş, bildirmişdir ki, milliyyətcə cənubi azərbaycanlıdır, Azərbaycan dilində sərbəst danışa bilir, əməlinin qanunsuz olduğunu əvvəlcədən bilirdi və məlumat verməməkdə məqsədi spirtli içkilərin onlar tərəfindən aşkar olunmasına mane olmaqdan ibarət idi. Həmin mallar ona məxsusdur, məhərrəmlik və səfər ayı bitdikdən sonra uşaqlıq dostu olan Mohammadın toy məclisi olacaq, İranda araq satışı qadağan olduğu üçün Mohammad ondan xahiş etdi ki, həmin toy məclisində qonaqların şəxsi istifadəsi üçün spirtli içkilər alsın. Həmin içkiləri alaraq gömrük nəzarətindən gizlətməklə İran ərazisinə aparmaqda məqsədi yalnız bu olub. Heç bir satış məqsədi güdməmişdir. Əməlindən səmimi peşmandır, bir daha belə səhvə yol verməyəciyini qeyd etmişdir. 28 iyul 2025-ci il tarixli, 09-Ş nömrəli ekspert aktından görünür ki, 1 ədəd “Talka” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “Zelyonaya Marka” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “AİR” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 2 ədəd “TİBLVİNO” markalı 750 ml şüşə qabda qablaşdırılmış şərab, 1 ədəd “KOSKENKORVA” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “AİR” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “Royal Park” markalı 1 litr şüşə qabda qablaşdırılmış viski, 1 ədəd “Kinq Robert” markalı 1 litr şüşə qabda qablaşdırılmış viski, 1 ədəd "AİA" markalı 2.5 litr plastik qabda qablaşdırılmış pivə, 2 ədəd “Zelvonava Marka" markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka olmaqla, ümumilikdə malların orta bazar qiyməti 310 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479-481, 482.1 və 482.2ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Yoxlama və götürməni əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan Balakən Gömrük İdarəsində saxlanılan 1 ədəd “Talka” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “Zelyonaya Marka” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “AİR” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 2 ədəd “TİBLVİNO” markalı 750 ml şüşə qabda qablaşdırılmış şərab, 1 ədəd “KOSKENKORVA” markalı 1 litr şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “AİR” markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka, 1 ədəd “Royal Park” markalı 1 litr şüşə qabda qablaşdırılmış viski, 1 ədəd “Kinq Robert” markalı 1 litr şüşə qabda qablaşdırılmış viski, 1 ədəd "AİA" markalı 2.5 litr plastik qabda qablaşdırılmış pivə, 2 ədəd “Zelvonava Marka" markalı 500 ml şüşə qabda qablaşdırılmış vodka müsadirə edilsin. İş üzrə 50 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Yoxlama və götürməni əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar