Məhkəmə qərarları › İş №3(019)-294/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-294/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-294/2022 07.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, ünvan 1 ünvanında yaşayan, Balakən rayon İcra Hakimiyyəti Başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103.2-ci maddəsinin tələblərini pozaraq Balakən şəhəri, H.Əliyev prospektində “ASAN XİDMƏT” Mərkəzinin istismarına icazə verilməsi barədə sənəd və məlumatları 5 (beş) iş günü müddətində Tikintilərin Dövlət reyestrinə təqdim etməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş həmin inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunan sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, Balakən şəhəri, H.Əliyev prospektində «ASAN XİDMƏT» Mərkəzinin istismarına icazə verilməsi üçün müvafiq sənədləri 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməli idi. İş qrafiki gərgin olduğuna görə sənədləri vaxtında Komitəyə göndərə bilməmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyətinin 21 yanvar 2021-ci il tarixli 01-104 nömrəli Tikinti Obyektinin istismarına İcazədən görünür ki, Balakən şəhəri, H.Əliyev prospekti 58 ünvanında yerləşən «ASAN XİDMƏT» Mərkəzinin istismarına icazə verilmişdir . İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 13 avqust 2022-ci il tarixli Aktda göstərilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin 1 saylı ərazi sektorunun böyük məsləhətçisi X8, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi X7 və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Şəxs tərtib etdik aktı ondan ötrü ki, Balakən Rayon İcra Hakimiyyətinin (RİH) xx.xx.2021-ci il tarixli 01-1199 nömrəli istismara icazə sənədi ilə X2 Balakən şəhəri, H.Əliyev prospektində mağaza binasının istismarına, xx.xx.2021-ci tarixli 01-1281 nömrəli istismara icazə sənədi ilə X5 Balakən şəhəri, M.Müşfiq küçəşi ünvanında qeyri-yaşayış obyektinin istismarına, xx.xx.2021-ci tarixli 02-1377 nömrəli istismara icazə sənədi ilə X3,ünvan 5 ünvanında qeyri-yaşayış obyektinin istismarına, xx.xx.2021-ci il tarixli 01 -1333 nömrəli istismara icazə sənədi ilə Balakən rayonu, Hənifə kəndində Azərbaycan Sənaye Korporasiyası ASC-yə qeyri-yaşayış obyektinin istismarına,xx.xx.2021-ci il tarixli 01-1532 nömrəli istismara icazə sənədi ilə X4 Balakən səhəri, S.Gözəlov küçəsində '“Qonaq Evi”nin istismarına, xx.xx.2021-cı il tarixli 01-1650 nömrəli istismara icazə sənədi ilə Balakən rayonu, Gərəkli kəndində 264 şagird yerlik tam orta məktəbin istismarına, xx.xx.2021-ci il tarixli 01-2172 nömrəli istismara icazə sənədi ilə "xxxx" MMC-yə Balakən rayonu, Katex kəndində qeyri-yaşayış sahəsinin istismarına, 21.01 2022-ci il tarixi 01-104 nömrəli istismara icazə sənədi ilə "xxxx" MMC-yə Balakən şəhən, H.Əliyev prospekti, 58 ünvanında “ASAN XİDMƏT’ mərkəzinin istismarına, xx.xx.2022-ci il tarixli 01-298 nömrəli istismara icazə sənədi ilə X6 Balakən rayonu, Talalar kəndində qeyri-yaşayış obyektinin istismarına icazələr verilmiş, lakin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın tələblərinə əsasən istismarına icazə verilən bu obyektlər barədə sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətova ünvanlanmış 04 avqust 2022-ci il tarixli 03-1210 nömrəli məktubdan görünür ki, Balakən rayonu üzrə sənədlərin Tikintilərin Dövlət reyestrinə daxil edilməsindən ötrü 01 aprel 2021-ci il tarixdən hazırkı dövrədək məsul şəxs Balakən RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Şəxs olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 4-cü maddəsinə əsasən: 4.1. Reyestr respublikanın inzibati ərazi vahidləri üzrə kağız üzərində və elektron daşıyıcılarda aparılır. 4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. 4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Reyestrin internet səhifəsində yerləşdirilir. 4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500(beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar