Məhkəmə qərarları › İş №3(019)-295/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-295/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-295/2020 08.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN **********) barəsində Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Hüquqi şəxs Şəxs (VÖEN **********) Türkiyə Respublikasından Qərb Ərazi Baş Gömrük idarəsinin Mazımçay gömrük postundan keçməklə Şəxs-nin ünvanına daxil olmuş Türkiyə Respublikasının vətəndaşı Terbıyık Muratın idarə etdiyi 53FN557/53DV585 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində az miqdarda 4121 manat dəyərində-207 (iki yüz yeddi) ədəd üzərində “Şəxs" markalanma yazısı olan köynək, 40 (qırx) ədəd üzərində "Zeyonas” markalanma yazısı olan qolsuz gödəkcə, 40 (qırx) ədəd markalanma yazısı olmayan şalvar, 10 (on) ədəd üzərində “Adwa AD12 ph/Temperature Meter” markalanma yazısı olan və 1 (bir) ədəd üzərində “Adwa AD10 phTTemperature Meter” markalanma yazısı olan rütubət ölçən qidrometr, 10 (on) ədəd üzərində “X3 performance Hydraulic filter 84123428 motor yağ filtresi” markanlanma yazısı olan yağ filtiri, 20 (iyirmi) ədəd üzərində "X1 TürkTraktor ******* motor yağ filtresi” markanlanma yazısı olan yağ filtiri, 20 (iyirmi) ədəd “X1 TürkTraktor 1930010” markalı yanacaq filtiri, 2 (iki) ədəd üzərində “TürkTraktor 25174628 deb.diski -5 pad (valeo)” markalanma yazısı olan debriyaj diski, 2 (iki) ədəd üzərində “TürkTraktor su pompası” markalanma yazısı olan su pompası, 3 (üç) ədəd üzərində “TürkTraktor 25174781 deb.diski - organik (valeo)” markalanma yazısı olan debriyaj diski, 2 (iki) ədəd üzərində “TürkTraktor 25582642 komple debriyaj (Valeo) İC” yazısı olan debriyajı gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İnzibati materialda olan xx xxxxxx 2020-ci il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postundan keçməklə 53FN557/53DV585 qeydiyyat nişanlı yük avtomobilində Türkiyə Respublikasından hüquqi şəxs Şəxs-nin ünvanına daxil olmuş və Balakən Gömrük postunda yük vasitəsindəki yüklərə baxış zamanı gömrük orqanına bəyan olunmayan 207 (iki yüz yeddi) ədəd üzərində “Şəxs" markalanma yazısı olan köynək, 40 (qırx) ədəd üzərində "Zeyonas” markalanma yazısı olan qolsuz gödəkcə, 40 (qırx) ədəd markalanma yazısı olmayan şalvar, 10 (on) ədəd üzərində “Adwa AD12 ph/Temperature Meter” markalanma yazısı olan və 1 (bir) ədəd üzərində “Adwa AD10 phTTemperature Meter” markalanma yazısı olan rütubət ölçən qidrometr, 10 (on) ədəd üzərində “X3 performance Hydraulic filter 84123428 motor yağ filtresi” markanlanma yazısı olan yağ filtiri, 20 (iyirmi) ədəd üzərində "X1 TürkTraktor ******* motor yağ filtresi” markanlanma yazısı olan yağ filtiri, 20 (iyirmi) ədəd “X1 TürkTraktor 1930010” markalı yanacaq filtiri, 2 (iki) ədəd üzərində “TürkTraktor 25174628 deb.diski - 5 pad (valeo)” markalanma yazısı olan debriyaj diski, 2 (iki) ədəd üzərində “TürkTraktor su pompası” markalanma yazısı olan su pompası, 3 (üç) ədəd üzərində “TürkTraktor 25174781 deb.diski - organik (valeo)” markalanma yazısı olan debriyaj diski, 2 (iki) ədəd üzərində “TürkTraktor 25582642 komple debriyaj (Valeo) İC” yazısı olan debriyaj aşkar edilmişdir. İnzibati materialda olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 13-Ş nömrəli ekspertiza aktından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 207 ədəd üzərində “Şəxs" markalanma yazısı olan köynək-1449.00 manat, 40 ədəd üzərində "Zeyonas” markalanma yazısı olan qolsuz gödəkcə 400 manat, 40 ədəd markalanma yazısı olmayan şalvar 480 manat, 10 ədəd üzərində “Adwa AD12 ph/Temperature Meter” markalanma yazısı olan rütubət ölçən qidrometr 350 manat , 1 (bir) ədəd üzərində “Adwa AD10 phTTemperature Meter” markalanma yazısı olan rütubət ölçən qidrometr 32 manat, 10 (on) ədəd üzərində “X3 performance Hydraulic filter 84123428 motor yağ filtresi” markanlanma yazısı olan yağ filtiri 150 manat, 20 (iyirmi) ədəd üzərində "X1 TürkTraktor ******* motor yağ filtresi” markanlanma yazısı olan yağ filtiri 360 manat , 20 ədəd “X1 TürkTraktor 1930010” markalı yanacaq filtiri 400 manat,, 2 ədəd üzərində “TürkTraktor 25174628 deb.diski - 5 pad (valeo)” markalanma yazısı olan debriyaj diski 80 manat, 2 ədəd üzərində “TürkTraktor su pompası” markalanma yazısı olan su pompası 90 manat, 3 ədəd üzərində “TürkTraktor 25174781 deb.diski - organik (valeo)” markalanma yazısı olan debriyaj diski 150 manat, 2 ədəd üzərində “TürkTraktor 25582642 komple debriyaj (Valeo) İC”-180 manatdır. Cəmi məbləğ isə 4121 manat müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, 207 (iki yüz yeddi) ədəd üzərində “Şəxs" markalanma yazısı olan köynək, 40 (qırx) ədəd üzərində "Zeyonas” markalanma yazısı olan qolsuz gödəkcə, 40 (qırx) ədəd markalanma yazısı olmayan şalvar, 10 (on) ədəd üzərində “Adwa AD12 ph/Temperature Meter” markalanma yazısı olan və 1 (bir) ədəd üzərində “Adwa AD10 phTTemperature Meter” markalanma yazısı olan rütubət ölçən qidrometr, 10 (on) ədəd üzərində “X3 performance Hydraulic filter 84123428 motor yağ filtresi” markanlanma yazısı olan yağ filtiri, 20 (iyirmi) ədəd üzərində "X1 TürkTraktor ******* motor yağ filtresi” markanlanma yazısı olan yağ filtiri, 20 (iyirmi) ədəd “X1 TürkTraktor 1930010” markalı yanacaq filtiri, 2 (iki) ədəd üzərində “TürkTraktor 25174628 deb.diski - 5 pad (valeo)” markalanma yazısı olan debriyaj diski, 2 (iki) ədəd üzərində “TürkTraktor su pompası” markalanma yazısı olan su pompası, 3 (üç) ədəd üzərində “TürkTraktor 25174781 deb.diski - organik (valeo)” markalanma yazısı olan debriyaj diski, 2 (iki) ədəd üzərində “TürkTraktor 25582642 komple debriyaj (Valeo) İC” yazısı olan debriyaj Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizi məbləğdə cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən postunda saxlanılan-cəmi 4121 manat dəyərində malların 40 faizi miqdarında- 1648,40(bir min altı yüz qırx səkkiz manat qırx qəpik) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar