Məhkəmə qərarları › İş №3(019)-295/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-295/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-295/2023 21.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X2 (bundan sonra Balakən RPŞ-nin Qabaqçöl Bölməsinin) sahə rəisi X1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Balakən rayonu Meşəşambul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 208-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Balakən rayonu Meşəşambul kəndi ərazisində Şəxs fərdi yaşayış sahəsindən Şəxs əkdiyi 2 ədəd hündürlükləri 10 sm və 11 sm olan narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar olunmuşdur. Bu barədə Balakən RPŞ-nin Qabaqçöl Bölməsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində böyürtkən yığmaq üçün Balakən rayonu Meşəşambul kəndi ərazisindəki çayın kənarına tək getmiş, bu zaman orada yabanı halda bitən 1 ədəd çətənə bitkisinin olduğunu görmüşdür. Həmin bitkinin toxumlarından 2 ədədini yığaraq yaşadığı evə aparmış və saxlamış, qalanını isə məhv edib çaya atmışdır. Saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2023-cü ilin may ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində olan fındıq bağı olan ərazidə əkmiş, əkdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarının hər ikisi cücərmiş, cücərmiş şitillərə qulluuq edərək nisbətən böyütmüşdür. 2- 3 ildir ki, narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saat 06 radələrində polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkib becərilməsində şübhəli olduğuna görə qeyd edilən evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini demiş, etirazının olmadığını bildirərək, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyini polis əməkdaşlarına könüllü olaraq söyləmişdir. Polis əməkdaşlarına alim-aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi 2 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmiş, polis əməkdaşları onun təqdim etdiyi 2 ədəd şitili ağ kağız zərfə qablaşdıraraq və möhürləyərək götürmüş, sonra hündürlüklərini ölçmüş, əkdiyi narkotik tərkibli çətənə bitkilərinin sayı 2 ədəd, onların hündürlükləri 10 sm və 11 sm təşkil etmişlər. Baxışda iştirak edən aqronom onun əkmiş olduğu 2 ədəd narkotik tərkibli çətənə bitkisinə aqrotexniki qaydada qulluq edildiyini demiş, yaşadığı evin həyətyanı sahəsində qanunsuz başqa heç nə aşkar edilməmişdir. Polis əməkdaşları onu 13 iyun 2023-cü il tarixdə saat 06 radələrində şübhəli şəxs qismində tutmuş,13 iyun 2023-cü ilin 19 radələrində azad etmişlər. İnzibati xəta törətməsini etiraf edib bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. İlk dəfədir ki, inzibati xəta törədir. Himayəsində 3 yetkinlik yaşına çatmayan uşaq vardır. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X3, Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu, Şəxs 13 iyun 2023-cü il tarixdə saat 06 radələrində tutulduğunu və həmin gün saat 19 radələrində azad olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-biologi ekspertizasının 13 iyun 2023-cü il tarixli 17/461 nömrəli rəyindən görünür ki, tədqiqata təqdlim olunmuş, üzərində «vət. Şəxs evinin həyətyanı sahəsindən götürülmüş çətənə bitkisinə oxşar bitki» sözləri yazılmış zərfin içərisindəki, uzunluqları 10 sm və 11 sm, ümumi çəkiləri 0,14 qram olan 02 (iki) ədəd bitki şitilləri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiinin şitilləridir. Aqronom (mütəxəssis) Rasim Balagözovun 13 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 13 iyun 2023-cü il tarixli aktdan görünür ki, NK-1/371 №-li material üzrə 13 iyun 2023-cü il tarixli qərara əsasən tədqiqata 02 ədəd bitki şitilləri təqdim edilmiş, «CAS/CAS- MVV300/CAS-CUVV 420H» markalı tərəzidə çəkildi, 0,14 qram/ml maddə (kütlə) xx.xx.2023 saat 15.53-də qəbul olundu və xx.xx.2023-cü il tarixdə saat 16.55-də geri qaytarıldı. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısının 14 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, NK-1-371 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Balakən RPŞ-nin İTB-yə göndərilmiş, həmçinin 1 ədəd kağız zərfdə qablaşdırılmış maddi sübutun Balakən RPŞ-nin saxlancında saxlanılması qərara alınmışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X4, xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2020-ci il tarixdə doğulmuş X7 olmaqla Şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan uşaq vardır və Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Şəxs 13 iyun 2023-cü il tarixdə saat 06 radələrində tutulmuş və 13 iyun 2023-cü il tarixdə saat 19 radələrində azad olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına görə Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatanı dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunan mötəbər sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinin sanksiyasında iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 25 fevral 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilənədək, tərkibində narkotik maddələr olan bitkilərin toplanmasının cinayət məsuliyyətinə səbəb olan miqdarı (o cümlədən şəxsi istehlak miqdarı) müəyyən edilərkən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixiananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyətii yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, ilk dəfə inzibati xəta törətməsi və himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulan məbləğdə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyinəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs 13 iyun 2023-cü il saat 06-dan 13 iyun 2023-cü il saat 19-dək inzibati qaydada tutulması nəzərə alınmaqla ona təyin ediləcək cərimə tənbehinin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimənin yuxarı həddinin dörddə üç hissəsindən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə maddi sübut kimi tanınaraq Balakən RPŞnin saxlanc anbarında saxlanılan Şəxs həyətyanı sahəsindən aşkar edilmiş və uzunluqları 10 sm və 11 sm, ümumi təmiz çəkiləri 0,14 qram olan 02 ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 34,55 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-nin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Azərbaycan Respublikası İXM-nin 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır:115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; 115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir… İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, ***-**** və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 manat məbləğində inzibati qaydada cərimə edilsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun 13 iyun 2023-cü il saat 06-dan 13 iyun 2023-cü il saat 19-dək 1 (bir) gün tutulması nəzərə alınmaqla Şəxs üzərində qəti olaraq 200 (iki yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Şəxs həyətyanı sahəsindən aşkar edilmiş və uzunluqları 10 sm və 11 sm, ümumi təmiz çəkiləri 0,14 qram olan 02 ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar