Məhkəmə qərarları › İş №3(019)-295/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-295/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-295/2024 12.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon null polis kapitanı Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, xx.xx.1993-cü ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azəriqaz” İB X11 İstismarı idarəsinin Balakən Şöbəsində çilingər işləyən, inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Qullar kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 334.3-cü maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19.30-da BMVV 525 minik markalı 55BT548 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə Balakən şəhəri H.Əliyev prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulması əsası ilə bağlı Şəxs barəsində Balakən Rayon null polis kapitanı Nümayəndə1 Vəliyar oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP6205641 №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, həmçinin məhkəməyə yazılı vəsatətə təqdim edərək izahatında göstərmişdir ki, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarix 3(019)-173/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 -ci maddələrində tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Həmin qərara əsasən 21 aprel 2024-cü il tarixdə saat 20:00-dan 22 aprel 2024-cü il tarixə saat 15:00 a kimi inzibati qaydada tutulduğu 01 (bir) gün müddət həmin müddətdən çıxılaraq üzərimdə 07 (yeddi) gün müddətə inzibati həbs tənbehi saxlanmışdır. Daha sonra cəzan çəkdikdən sonar, yəni 29 aprel 2024-cü il tarixdə Balakən RPŞ-dən buraxılmışdır. Daha sonra Balakən Rayon Polis Şöbəsinin DYPB-si tərəfindən ona bildirildi ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tədbir görüləcək. O, buna etirazını bildirdi və artıq məhkəmə qərarına əsasən cəzasını çəkib qurtardığını qeyd etdi. Həmin hadisənin üzərindən 3 aya yaxın bir vaxt keçməyinə baxmayaraq, ona nə üçün protokol tərtib edildiyini soruşduqda, polis əməkdaşları cavabında ona məhkəmədə görüşərik dedilər. Bildirmək istəyir ki, DYPB-nin əməkdaşları ona qarşı qərəzli mövqe tuturlar. Belə ki, əgər o, qeyd olunan xətanı törətmişdirsə, Balakən Rayon Polis Şöbəsinin DYPB-si həmin işlərə qanunvericiliyin tələbinə əsasən eyni vaxta baxmalı idilər. Onun barəsində 22 aprel 2024-cü il tarixdə saat 19:30-da protokol tərtib olunmuşdur. Halbuki Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-173/2024 saylı qərarından görünür ki, o, 21 aprel 2024-cü il tarixdə saat 20:10 radələrində sərxoş olmuşdur. Eyni zamanda həmin məhkəmə qərarında şahid ifadələri ilə müyyən olunmuşdur ki, hadisə 21 aprel 2024-cü i tarixdə saat 19:15 radələrində baş verib. Buradan görünür ki, onun 19:15 radələrində tutulması, həkim narkoloqun onu tibbi müayinədən keçirməsi və daha sonra 19:30-da protokolun tərtib edilməsi absuddur. Çünki belə qısa müddətdə yuxarıda sadaladığı hərəkətlərin edilməsi mümkün deyil. Belə qənaətə gəlinir ki, onun barəsində sərxoşluqla bağlı protokol tərtib olunduqdan 40 dəqiqə sonra sərxoş olub olmadığı müəyyən olunmuş və bununla bağlı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib edilmişdir. Onu da qeyd edir ki, onu heç bir həkim-narkoloq müayinə etməyib. Tərtib olunan protokol isə tam qanunsuz və əsassızdır. Xüsusilə qeyd etmək istəyir ki, Balakən Rayon Poli Şöbəsinin DYPB-si qanunvericiliyin tələbinə görə 48 saat ərzində məhkəməyə göndəriləcək protokolu 3 (üç) aya yaxın bir müddət keçdikdən sonra göndərmişdir. Qeyd etdiyi nüans kobud prosessual pozuntudur. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən həmin pozuntunu edən vəzifəli şəxslər barəsində məsuliyyət nəzərdə tutulmuşdur. Lakin ona hüquqları izah edilməmiş, barəsində icraat aparılarkən onun etirazı, vəsatəti, hər hansı sübutları olub-olmaması araşdırılmadan protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında protokola və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon null polis kapitanı Nümayəndə1 Vəliyar oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu, 21 aprel 2024-cü il tarixdə göstərilən vaxtda avtomaşını sərxoş vəziyyətdə idarə etdiyini, yol hərəkəti qaydalarını pozduğunu və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan vurduğunu, lakin vurulan ziyanı zərərçəkmiş şəxə ödədiyini və zərərçəkmiş şəxsin Şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, o, Balakən Rayon Mərkəzi X7 Yardım Şöbəsində həkim işləyir. 21 aprel 2024-cü il tarixdə Şəxs sərxoşluğunun tibbi müuyinəsini həyata keçirmişdir. Alkotestr məlumatı əsasında Şəxs 1.823 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. O, bu barədə məlumatı qeyd etmişdir. İş materiallarında olan 926 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixli tibbi müayiən zamanı Şəxs 1.823 promili alkoqol sərxoşluğu aşkar edildi. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)- 173/2024 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilmiş, onun 21 aprel 2024-cü il tarixdə saat 20:00-dan 22 aprel 2024-cü il tarixə saat 15:00-a kimi inzibati qaydada tutulduğu 01 (bir) gün müddət həmin müddətdən çıxılmış və üzərində 07 (yeddi) gün müddətə inzibati həbs tənbehi saxlanmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-173/2024 nömrəli qərarında Şəxs həmin inzibati xətaları sərxoş vəziyyətdə törətməsi, yəni xx.xx.2024-cü il tarixdə saat 19.15 radələrində sərxoş vəziyyətdə olması müəyyən edilmiş və 22 aprel 2024-cü il tarixli 832 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına istinad edilməklə onun həmin vaxt sərxoş olması göstərilmiş və inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, MERCEDES BENZ C230 MİNİK markalı 90CG430 dövlət qeydiyyat nişanlı avtomobili X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X2 Qabil Akif oğluna mülkiyyətində olan MERCEDES BENZ C230 MİNİK markalı 90CG430 dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə edilməsinə dair etibarnamə vermiş və etibarnamədə onun 1 il müddətinə verilməsi və xx.xx.2025-ci il tarixədək qüvvədə olması göstərilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən və müayinə materiallarından görünür ki, hadisə vaxtı Şəxs idarə etdiyi BMVV 525 markaıl ** BT *** dövlət nömrə nişanlı avtomaşın tərəfindən Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes-Benz markalı ** CG *** dövlət nömrə nişanlı avtomobilin arxa hissədən vurması və Mersedes-Benz markalı ** CG *** dövlət nömrə nişanlı avtomaşının arxa hissədən əzilməsi müəyyən edilmişdir. İş materialllarında olan Avtoservis «777» tərəfinldən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Mersedes-Benz markalı ** CG *** dövlət nömrə nişanlı avtomobilə vurulan ziyanın məbləği 150 manat təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs Balakən RPŞ-yə verdiyi izahatdan görünür ki, Şəxs ona dəymiş zərəri tam ödəmişdir, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə saat 19.30-da Balakən şəhəri H.Əliyev prospektində özünə məxsus BMVV minik markalı 55BT548 dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etməməsi və həmin vaxt Zərərçəkmiş şəxs məxsus Mersedes Benz markalı CG 430 dövlət qeydiyyat nişanlı avtomaşını arxadan toqquşmaqla əzməməsi və onun əməlində istinad olunan inzibati xəta tərkibinin olmaması barədə bildirdiklərinə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, Şəxs həmin məlumatları əsassızdır və özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, işdə olan Balakən Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarından, sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan, şahidin izahatından, yol-nəqliyyat hadisəsinin sxemindən və müayinə materiallarından, maddi ziyanla bağlı xx.xx.2024-cü il tarixli aktdan, Zərərçəkmiş şəxs Balakən RPŞ-də verdiyi izahatından və sair sübutlardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19.30 radələrində Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etmiş, hadisə vaxtı Şəxs idarə etdiyi BMVV 525 markaıl ** BT *** dövlət nömrə nişanlı avtomaşın Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes-Benz markalı ** CG *** dövlət nömrə nişanlı avtomobili arxa hissədən vurmuş və Mersedes-Benz markalı ** CG *** dövlət nömrə nişanlı avtomaşın arxa hissədən əzilmiş, nəticədə Avtoservis «777» tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən Mersedes-Benz markalı ** CG *** dövlət nömrə nişanlı avtomobilə 150 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu xüsusda Şəxs inzibati xəta haqqında protokolda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə saat 19.30-da hələ tibbi müayinədən keçməməsi və həmin vaxt onun sərxoşluq vəziyyətinin müəyyən olunmaması barədə bildirdikləri də əsassızdır və qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarında müəyyən olunmuş işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qərarında Şəxs xx.xx.2024-cü il tarixdə saat 19.15 radələrində, yəni İXM-nin 334.3-cü maddəsilə tərtib olunmuş 22 aprel 2024-cü il tarixli protokolda xətanın törədildiyi vaxt göstərilən xx.xx.2024-cü il tarixdə saat 19.30-da artıq sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarında müəyyən olunmuş hallar preyudisial əhəmiyyət daşıyan hallar olaraq hazırki işdə də nəzərə alınmalıdır. Sərxoşluq vəziyyəti ilə bağıl tibbi müayinə aktında da xx.xx.2024-cü il tarixdə saat 20.10-da həkim müayinəsi zamanı Şəxs həmin vaxt 1,823 promili olmaqla alkoqol səxoşluğunda olması müəyyən və təsdiq edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə saat 19.15 radələrində sərxoş vəziyyətdə olması onun xx.xx.2024cü il tarixdə Balakən RPŞ-də verdiyi izahatı ilə də təsdiq olunur. Belə ki, o həmin izahatında xx.xx.2024-cü il tarixdə saat 19.15 radələrində sərxoş vəziyyətdə olduğunu etiraf etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 19.30-da X1 vəziyyətdə idarə etdiyi avtomaşınla yol hərəkəti qaydalarını pozaraq Zərərçəkmiş şəxs maddi zərər yetirməsi zərərçəkmiş şəxsin polis şöbəsində verdiyi izahat, hadisə yerinin sxemi və müayinə materialları, xx.xx.2024-cü il tarixli ziyan aktı və işdəki digər mötəbər sübutlarla tam sübuta yetirlir. Ona görə məhkəmə Şəxs məhkəmədə verdiyi izahatı mötəbər sübut kimi qəbul etmir və özünümüdafiə kimi qiymətləndirir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 334.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsinin sanksiyasında səkkiz yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Şəxs tərəfindən vurulmuş zərərin əvəzinin könüllü surətdə zərərçəkmiş şəxsə ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, vurulmuş zərərin əvəzinin könüllü surətdə zərərçəkmiş şəxsə ödənilməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli təqsirli bilinib, 800 manat miqdarında inzibati qaydada cərimə edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 4 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 24 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 105.1, 114-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 24 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar