Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-3/2021 05.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil Rauf oğlunun iştirakları ilə xx.xx.1987-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Balakən rayonu Gərəkli kəndində yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək onlara sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki,Zərərçəkmiş şəxs1 ilə qonşuluqda yaşayır.xx xxxx 2020-ci il tarixdə Elzanın onların həyəti ilə sərhəddə od qaladığını görmüş, o, Elzaya yaxınlıqda altıaçıqda ot tayalarını olduğunu və onlara od düşə biləcəyni demişdir. Sonra onun əri Namiq Elzanın qaladığı odu görüb öz iradını bildirmişdir. Həmin vaxt Elza Namiqi küçə söyüşləri ilə təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Əri Elzanın hərəkətindən əsəbiləşmiş və 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində Elza və onun anası həyət darvazasına gəlmişlər, onu çağırıb ona hədə- qorxu gəlməyə başlamışlar. Həmin vaxt onların arasında mübahisə baş vermiş, Elza və Cəmilə ilə qarşılıqlı surətdə biri-birlərini əlləri ilə vurmuşlar. Əməlindən peşmandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində 5 və 11 yaşlı iki azyaşlı uşaqları vardır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, onların nümayəndəsi X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Zərərçəkmiş şəxs Əliyeva X5 rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olsa da, hazırda Balakən rayonunun Gərəkli kəndində uşaqları ilə birlikdə yaşayır. Əri X11 Federasiyasındadır.xx xxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində evlərinin arxasında ocaq qalayıb uşaqlara kabab bişirmək istəmişdir. Həmin vaxt qonşusu Namiqin arvadı Gülnar öz həyətlərindən ona «yaxınlıqda quru ot var, ota od düşə bilər» deyə bildirmişdir.O,yaxınlıqda ot tayalarının olduğunu bilməmiş və narahat olmamasını deyərək odu söndürmüşdür. Bundan sonra Gülnarın əri öz həyətlərində ona qarşı kobudluq etmiş, nalayiq söyüşlər söymüşdür. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində anası Cəmilə onlara gəlmiş, o baş verənləri anasına bildirmişdir. Bundan sonra o anası Cəmilə ilə birlikdə qonşuları Namiqin həyətinə getmiş və nə üçün onu söyüb təhqir etdiklərini soruşmuşlar. Həmin vaxt Gülnar anasına əcəb edib söyüb, “əri Namiq gəlsin paylarını verəcək” demişdir. Həmin vaxt Namiq gəlmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Namiq, Namiqin qardaşı Fariz və Gülnar onları nalayiq söyüşlərlə təhqir etmiş, yumruqla onları vurmuş və onun əlində olan «Samsunq” markalı telefonu əlindən alaraq, anasının və onun əyin paltarlarını cırmışlar. Onun barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 Balakən rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, Balakən rayonun Hənifə kəndində qeydiyyatda olsa da, Sumqayıt şəhərində yaşamaqla fərdi işlərlə məşğul olur.Qızı Zərərçəkmiş şəxs1 Balakən rayonunun Gərəkli kəndində ailəsinə məxsus evdə iki uşağı ilə birlikdə yaşayır. Qızının əri X11 Federasiyasındadır. 16 iyun 2020-ci il tarixdə qızı Elza evlərinin arxasında od yandırıb uşaqlarına kabab bişirmək istəyərkən qonşuları Namiqin arvadı Gulnar Elzaya “yaxınlıqda quru ot var, ota od düşə bilər” dediyinə görə Elza odu keçirtmişdir. Sonra Namiq öz həyətlərindən qızına qarşı kobudluq edərək qızı Elzanı küçə söyüşləri ilə söymüşdür. xx xxxx 2020-ci il tarixdə qızı bu barədə ona məlumat vermiş və evdə qalmağa qorxduğunu bildirmişdir. xx xxxx 2020-ci il tarixdə Balakən rayonuna qızının yaşadığı Gərəkli kəndində gəlmişdir. Baş verənlər haqda qızından öyrəndikdən sonra qızı ilə birlikdə onun qonşusu Namiqin həyətinə getmişlər ki, qızını nə üçün söyüb təhqir etdiyini öyrənsin. O, Gülnardan nə üçün qızını söyüb təhqir etdiyini soruşduqda Gülnar ona “əCəb edib söyüb, ərim Namiq gəlsin payınızı verəcək” demişdir. O,qızı Elza ilə birlikdə evə getmiş, saat təxminən 22 radələrində Gülnar onlara zəng edərək ərinin gəldiyini bildirmişdir. Bu zaman onlar yenidən Namiqgilin həyətinə getmiş, həmin vaxt onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Namiq onları nalayiq söyüşlərlə söymüş, Namiqin qardaşı Fariz yumruqla çənəsinə vurmuşdur. Sonra isə onlar onu və qızını yerə yıxıb əllə və ayaqla onlara zərbələr vurmuşlar, əlində olan «Samsunq» markalı telefonunu əlindən almışlar.Onun barəsində ciddi tədbir görülməsini xahiş etdi. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki,X2, Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayət ərizələri əsasında toplanılmış material üzrə cinayət tərkibli əməl müəyyən edilmədiyindən toplanılmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, və X2, Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə uyğun olaraq və X1 barəsində Azərbayan Respublikası İXM-ninin 232- 1-ci maddəsinə uyğun olaraq müvafiq inzibati tənbeh tədbiri görülüməsi üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-ninin İTB-nə i göndərilmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki,X2, Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayət ərizələri əsasında toplanılmış material üzrə cinayət tərkibli əməl müəyyən edilmədiyindən toplanılmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, və X2, Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə uyğun olaraq və X1 barəsində Azərbayan Respublikası İXM-ninin 232- 1-ci maddəsinə uyğun olaraq müvafiq inzibati tənbeh tədbiri görülüməsi üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-ninin İTB-nə i göndərilmişdir. Qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 159 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol yuxarı gicgahda ağırlıq, alt çənədə və sağ yuxarı kürəyində qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni, xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 160 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sol alında, burnunda üst səthdə, sol kürək üstündə, sol bazuda, sol dirsəyində,sol saidində, boynunda və qarnında, sağ budunda sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni, xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olması, himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hallardır, onun məsuliyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halları və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-3/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-3/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver