Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-3/2023 26.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə X4 Balakən rayon X11 X12 (bundan sonra Balakən Rayon Polis Şöbəsinin DYPB) əməkdaşı polis mayoru X2 xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru X7 tərəfindən barəsində xx.xx.2022-ci ildə tərtib olunmuş İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın hüquqiliyinin yoxlanması və nəticədə qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, 15.02.22-ci il tarixdə Balakən Rayonu Bayraq Meydanı adlanan dairəvi yol kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə ona məxsus olan BMW 99GG535 dövlət nömrə nişanlı avtobobilinə yüksək surətlə gələn X13 avtomobil dairəvi yolda yol verməli halda, yol verməyərək avtomobilinin qabaq sağ qanadı və təkərinə qırpılaraq yol- nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Mersedes Benz markalı avtomobilin sürücüsünün sürücülük hüququnun və digər sənədlərinin olmamasının müəyyən edilməsinə, təqsirkar olmasına baxmayaraq Balakən rayon PŞ DYPB-nin polis mayoru X7 tərəfindən X9 barəsində xx.xx.2022- ci il tarixdə İXP-4456926 nömrəli protokol üzrə qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta törədən şəxs hesab edilmişdir. Həmin protokol üzrə qərarla razı olmayaraq protokolda ekspertiza təyin edilməsini xahiş etmiş, ancaq Ruslan Rzayev qərəzli olaraq protokol üzrə qərarı tərtib etmiş və o, həmin protokol üzrə qərardan Balakən Rayon Məhkəməsinə şikayət etmişdir. Balakən Rayon Məhkəməsi Beynəlxalq “Yol siqnalları və nişanları haqqında” Konvensiyanın 10.8-ci maddəsinə uyğun olaraq 3(019)-91/2022 nömrəli, xx.xx.2022-cı il tarixdə ona xx.xx.2002-ci ildə Balakən Rayon Polis Şöbəsının-nın DYPB-nın polis mayoru X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə qərəzli şəkildə tərtib olunan İXP ******* protokol üzrə qərarı ləğv etmiş və İnzibatı xəta haqqında iş yeniden baxılması üçün təkrar X5 göndərilmişdir. X17 yenidən onu təqsirkar hesab etmək üçün qərəzli şəkildə ekspertizaya müraciət etmiş, lakin məhkəmənin qərarı ekspertizaya təqdim edilməmiş, hadisə baş veren dairəvi yolun və yol nişanlarinin sxemi düzgün çəkilməyərək ekspertizaya yalnış sxem çəkilərək göndərilmiş, ekspertiza təyin edilməsi barədə qərarla tanış olmaq hüququ təmin edilməmişdir. Təhrif olunmuş məlumatlar ekspertizaya təqdim olunmaqla Ruslan Rzayevin mövqeyinə uyğun rəy alınmış və nəticədə X7 yenidən qərəzli olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini nəzərdə tutaraq İXP ******* nömrəli protokol üzrə qərar tərtib etmişdir. Ekspert rəyinin əsassızlığı və şübhə doğurması səbəbindən Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə təkrar ekspertiza təyin olunması üçün vəsatətlə müraciət etsə də, nətcəsi olmamışdır. Məhkəmə qərar qəbul etdikdən sonra X7 onu təqsirkar hesab etmək üçün Beynəlxalq Konvensiyanın 10-cu maddəsinin 8-ci bəndinə uyğun yol Nişanları və siqnallarının yerlərini dəyişdirməklə bərabər asvalt örtüyün üzərinə yol ver nişanı boyatdırmış, halbuki bu nişanlar qəzanın baş verdiyi gün yerdə mövcud olmamışdır. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini nəzərə alaraq ona qərəzli şəkildə tərtib etdiyi qərarla razı deyildir. Bu səbəbdən, Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru X7 tərəfindən xx.xx.2022-ci ildə tərtib olunmuş İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X9 şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin olunmasını, Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X7 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini və barəsində İXM-nin 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinə, Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı, polis mayoru X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə qərar qəbul edən Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X7 və polis şöbəsinin digər nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXMnin 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış həmin şəxlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməli, Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru X2 X9 barəsində xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2022ci il tarixli TP ******* saylı qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru X7 tərəfindən X9 barəsində xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP5088195 nömrəli qərarda göstərilir ki, X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan 28 aprel 2022-ci il tarixli 8/990 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Mercedes-Benz markalı 90NH358 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW markalı, 99GG535 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsini 1-ci hissəsinin(2.4 “Yol verin” yol nişanınnı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 9 dekabr 2022-ci il tarixli, 8/3355 saylı rəyindən görünür ki, 1. Nəqliyyat vasitələrinin hərəkətləri istiqamətində “Dairəvi hərəkət” yol nişanlarının olmaması şəraitində. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci hissəsinin tələblərinə əsasən yol nişanı ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Yəni mövcud vəziyyətdə hansı sürücü (sürücü Ukalayev və yaxud sürücü Hüseynov) idarə etdiyi avtomobil ilə dairəyə birinci daxil olmuşdursa digər avtomobilin sürücüsü ona yol verməli idi. 2.Nəqliyyat vasitələrinin hərəkətləri istiqamətində “Dairəvi hərəkət” yol nişanlarının olmaması şəraitində. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Yəni mövcud vəziyyətdə BMW markalı 99GG535 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 yolayrıcına sağ tərəfdən yaxınlaşan sürücü X3 idarə etdiyi Mercedes-Benz markalı 90NH358 dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli idi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 9 dekabr 2022-ci il tarixli, 8/3355saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 85,0 manat təşkil edir. İş materiallarından görünür ki, hazırki iş üzrə yol-nəqliyyat hadisəsi baş verilən 15.02.22-ci il tarixdə saat 21:40 radələrində X4 idarə etdiyi BMW 99GG535 dövlət qeydiyyat nişanlı avtomobil Balakən rayonu S.Gözəlov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən yolayrıcına daxil olarkən Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Yol nişanları və siqnalları haqqında» Konvensiyanın 10-cu maddəsinin tələblərinə uyğun olaraq yolayrıcının asfalt hissəsində və Balakən şəhəri H.Əliyev prospekti tərəfdə H.Əliyev prospektinin baş yol olması barədə B, 3 nişanı ilə işarələnmiş işarə olmamış, həmçinin həmin yol kəsişməsində B, 1 və ya B, 2 nişanları quraşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru X7 tərəfindən X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 60 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, İXP4456926 saylı inzibati xəta haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı Anar Hüseynovun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(019)- 91/2022 nömrəi qərarına əsasən X4 şikayəti təmin edilmiş, Balakən rayon X11 X12 əməkdaşı polis mayoru X2 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul etdiyi qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən rayon X11 X12 əməkdaşı polis mayoru X5 göndərilmişdir. Balakən rayon X11 X12 əməkdaşı polis mayoru X2 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP5088195 nömrəli qərarına əsasən X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X4 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP5088195 nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi işin hallarına uyğun olmamış, X4 təqsiri mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, işin halları ilə müəyyən olunduğu kimi, hazırki iş üzrə yol-nəqliyyat hadisəsi baş verən zaman, yəni 15.02.22-ci il tarixdə saat 21:40 radələrində Balakən rayonu S.Gözəlov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən yolayrıcında Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Yol nişanları və siqnalları haqqında» Konvensiyanın 10-cu maddəsinin tələblərinə uyğun olaraq yolayrıcının asfalt hissəsində və Balakən şəhəri H.Əliyev prospekti tərəfdə H.Əliyev prospektinin baş yol olması barədə B, 3 nişanı ilə işarələnmiş işarə olmamış, həmçinin həmin yol kəsişməsində B, 1 və ya B, 2 nişanları quraşdırılmamışdır. X9 həmin zaman dairədə hərəkət etdiyindən hərəkət üstünlüyünə malik olmuşdur ki, bu halda dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olmuş digər sürücü X8 dairədə olan- dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olmuş X4 idarə etdiyi nəqliyyat vasitəsinə yol verməli idi. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi X4 təqsiri səbəbli deyil, digər sürücünün dairədə hərəkət edən sürücüyə yol verməməsi səbəbli baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Yol nişanları və siqnalları haqqında» Konvensiyanın 10-cu maddəsinin 1, 2, 3, 4, 5, 6, 7 və 8-ci bəndlərinə əsasən yol istifadəçilərini yolayrıcında keçid üstünlüyünün xüsusi qaydaları barədə məlumatlandırmaq məqsədi ilə istifadə olunan nişanlar B,1, B,2, B,3 və B,4 nişanlarıdır. Yol istifadəçilərini dar yol sahələrində keçid üstünlüyünün xüsusi qaydaları barədə məlumatlandırmaq məqsədi ilə istifadə olunan nişanlar B,5 və B,6 nişanlarıdır. Qeyd olunan nişanlar bu Konvensiyanın İ Əlavəsinin B bölməsində təsvir olunmuşdur; B,1 “BAŞ YOLLA KƏSİŞMƏ” nişanı bu nişanın quraşdırıldığı yolayrıcında sürücülərin yaxınlaşdıqları yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduqlarını göstərmək üçün tətbiq edilir; B,2 “DAYANMADAN KEÇMƏK QADAĞANDİR” nişanı bu nişanın quraşdırıldığı yolayrıcına çıxmazdan əvvəl sürücülərin dayanaraq yaxınlaşdıqları yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduqlarını göstərmək üçün tətbiq edilir. Bu Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq hər bir dövlət seçdiyi B, 2a və ya B, 2b “DAYANMADAN KEÇMƏK QADAĞANDİR” nişan nümunəsi barədə Baş Katibi məlumatlandırmalıdır; səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda B,1 və ya B,2 nişanları yolayrıclarından kənarda quraşdırıla bilər; B, 1 və B, 2 nişanları yolayrıcının bilavasitə yaxınlığında, imkan daxilində nəqliyyat vasitələrinin dayanmalı olduğu yerdə və ya digər nəqliyyat vasitələrinə yol vermədən keçməməli olduqları yerdə quraşdırılır; B,1 nişanına yaxınlaşmanın işarə olunması məqsədilə, bu nişan bu Konvensiyaya əlavə 1-in H bölməsində təsvir olunmuş H,1 əlavə lövhəciyi ilə birlikdə istifadə olunur. B,2 nişanına yaxınlaşmanın işarə olunması məqsədilə üzərində “STOP” işarəsi və B,2 nişanına qədər olan məsafəni göstərən rəqəm olan düzbucaqlı lövhəcik əlavə olunmuş B,1 nişanından istifadə olunur; B, 3 “BAŞ YOL” nişanı yol istifadəçilərinə, bu baş yolun digər yollarla kəsişməsində digər yollarla hərəkət edən və ya onlardan çıxan nəqliyyat vasitələri sürücülərinin baş yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermələrini göstərmək üçün tətbiq olunur. Bu nişan yolun başlanğıcında quraşdırıla və daha sonra hər kəsişmədən sonra təkrarlana bilər; bundan əlavə, o kəsişməyə qədər və ya kəsişmədə də quraşdırıla bilər. Yolda B, 3 nişanı quraşdırıldığı halda, B, 4 “BAŞ YOLUN SONU” nişanı yolun digər yollara nisbətən üstünlüyünün başa çatdığı yerin yaxınlığında quraşdırılır. B, 4 nişanı üstünlüyün başa çatdığı yerə qədər bir və bir neçə dəfə təkrarlana bilər; bu halda təkrarlanan nişanlara əlavə 1-in H bölməsinin H, 1 lövhəciyi əlavə olunur; yolayrıcına yaxınlaşmanı göstərmək məqsədilə yolda A, 19 xəbərdaredici nişanının işarələrindən biri quraşdırılırsa və ya yolayrıcında yol bu maddənin 7-ci bəndinə müvafiq olaraq B, 3 nişanı ilə işarələnmiş baş yol olarsa, bütün digər yollarla kəsişmələrdə B, 1 və ya B, 2 nişanları quraşdırılmalıdır; lakin B, 1 və B, 2 nişanlarının sürücülərin nişan olmadan belə yol verməli olduqları (qrunt örtüklü və kəndarası yollar kimi) yollarda quraşdırılması məcburi hesab olunmur. B, 2 nişanı yalnız o halda quraşdırılır ki, səlahiyyətli orqanlar, xüsusən nəqliyyat vasitələrinin sürücülərinin yaxınlaşdıqları yolayrıclarının bu və ya digər tərəfindəki yol hissələrini pis gördükləri üçün sürücülərin nəqliyyat vasitəsini dayandırmasını məcburi hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə, həmin Məcəllənin 327.2-ci maddəsində Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normtiv-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İş materiallarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut; şahidlərin izahatları, xüsusi texniki vasitənin göstəricisi və sair sübut əldə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Hətta həmin vəzifəli şəxs tərəfindən ehtimal olunan bu xəta hadisəsinin baş verməsini təsdiq edən qanunun tələblərinə cavab verən xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntü belə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda hesab edirəm ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması müəyyən edilmir. Onun əməlində İXM-nin 327.1-ci maddəsinin tərkibi yoxdur. Lakin bütun bunlara baxmayaraq, heç bir mötəbər sübut olmadan Balakən rayon X11 X12 əməkdaşı polis mayoru X7 tərəfindən əsassız olaraq X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul etdiyi qərarla X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP5088195 nömrəli qərarına əsasən X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlar Balakən rayon X11 X12 əməkdaşı polis mayoru X2 X4 barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul etdiyi 17 iyun 2022-ci il tarixli TP ******* saylı qərarın tamamilə qanunsuz və əsassız olduğunu göstərir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, yekun olaraq bu nəticəyə gəlirəm ki, X4 şikayəti təmin edilməli, Balakən rayon X11 X12 əməkdaşı polis mayoru X2 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcələnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar oldluqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:…134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında… Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Həmçinin iş üzrə 85 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1.1.-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,105.1, 109.2, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X9 tərəfində verilmiş şikayət təmin edilsin. Balakən rayon X11 X12 əməkdaşı polis mayoru X2 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə 85 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-3/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-3/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver