Məhkəmə qərarları › İş №3(019)-30/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-30/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-30/2025 21.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN nömrəsi xxxxxxx, Ali təhsilli, subay, işləməyən,Vətən müharibəsi iştirakçısı, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Balakən Rayon Məhkəməsinin e-2(019)-138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 10.000 (on min) manat borc pulu və 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu xərcini X1 xeyrinə ödəməlidir. Şəxs borc pulu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcu ödəməmiş, borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 göstərdi ki, Əliyev X7 Rayon Məhkəməsinin e-2(019)- 138/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədinə əsasən 10.000 (on min) manat pulu və 120 manat ödənilmiş dövlət rüsumunu tələbkar X2 ödəməlidir. Şəxs borcu ödəməmişdir.Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Borclunun yaşadığı yer məlum olmamış,buna görə də onun barəsində axtarış elan edilmişdir. O, polis əməkdaşları tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki,o,Balakən Rayon Məhkəməsinin e-2(019)-138/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədinə əsasən 10.000 manat pulu və 120 manat ödənilmiş dövlət rüsumunu tələbkar X2 ödəməlidir. O, Sevil Anqbazovadan cəmi 2000 manat borca pul almış, lakin məcbur olub 10000 manat borc alması barədə qəbz yazmışdır. O, işləmir, Vətən müharibəsi iştirakçısıdır və 80 manat Prezident təqaüdü alır. Bu gün 500 manat ödəniş etmişdir. Qalan borcu da hissə-hissə ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-138/2024 nömrəli, 05 fevral 2024cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 10.000 (on min) manat borc pul və 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu xərci alınıb X1 xeyrinə ödənməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)- 138/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İşdə olan 13 iyun 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu,xx.xx.1998-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 iyun 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki,12 iyun 2024-cü il tarixdə qeydiyyatda olduğu ünvan 4 ünvanına baxış keçirilən zaman borclu Şəxs həmin ünvanda yaşamadığı məlum olmuşdur. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən Balakən rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 14 iyun 2024-cü il tarixli 3-13-66/2-13413/2024 nömrəli məktubunda göstərilmişdir ki, Şəxs tutularaq sizə təqdim olunması məqsədilə barəsində 320792 nömrəli axtarış işi açılmışdır. İşdə olan 21 yanvar 2025-ci il tarixli borc tələbi üzrə pul vəsaitinin alınması haqqında qəbzdən görünür ki,borclu Şəxs 500 manat pul vəsaitini Balakən Rayon İcra və Probasiya şöbəsində tələbkara verilməsi üçün ödəmişdir. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə ona cərimə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Əliyev X7 Rayon Məhkəməsinin e-2(019)-138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 10.000 (on min) manat borc pulu və 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu xərcini X1 xeyrinə ödəməlidir. Şəxs borc pulu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcu ödəməmiş, borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. O,barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra ümumi borcdan 500 manat ödəniş etmiş,qalan 9620 manat məbləği tələbkara ödəməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, Vətən müharibəsi iştirakçısı olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,500 manat məbləğində inzibati qaydada cərimə edilsin Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində işə baxan hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar