Məhkəmə qərarları › İş №3(019)-302/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-302/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-302/2020 03.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Balakən rayonu Şərif kəndində anadan olmuş, Ali təhsilli, evli, Balakən rayon Mərkəzi Xəstəxanasında fizioterapevt işləyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Şərif kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2106 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən- Qabaqçöl şosse yolu ilə hərəkətdə olarkən idarə etməni itirmiş, nəticədə onun idarə etdiyi avtomobil 10 kv-luq dəmir beton diblikli ağac dayağa dəyərək dayağın beton hissəsini zədələmiş, nəticədə X1 200 manat məbləğində ziyan dəymişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında onun etirafedici ifadəsi ilə yanaşı iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasından işdən çıxaraq kafelərin birində iki bakal pivə içmişdir. Saat təxminən 18 radələrində özünə məxsus VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Balakən rayonu Qabaqçöl kəndinə getmək üçün Balakən-Qabaqçöl yolu istiqamətində hərəkətdə olarkən Sarıbulaq kəndi ərazisində telefonuna zəng gəlmiş, həmin vaxt idarəetməni itirmiş, nəticədə onun idarə etdiyi avtomobil yolun kənarındakı 10 kv-luq dəmir beton diblikli ağac dayağa dəymiş və dayağın beton hissəsini zədələmişdir. Nəticədə X2 200 manat məbləğində ziyan dəymişdir. Həmin 200 manat ziyan onun tərəfindən X2 tam olaraq ödənilmişdir. Əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Elektrik Şəbəkəsinin xx.xx.2020-ci il tarixli 23/238 nömrəli arayışından görünür ki, Şərif kənd sakini Şəxs xx.xx.2020-ci il tarixdə VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən –Qabaqçöl şossesi ilə hərəkət etdiyi zaman idarəetməni itirərək yolun kənarındakı mövcud 10 kv-luq dəmir beton diblikli ağac dayağa dəymiş və dayağın beton hissəsini zədələmişdir. Dəymiş 200 (iki yüz) manat sürücü Tinayev Tİsrafil Məhəmməd oğlu tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il -ci il tarixli 240 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat saat 20:00-radələrində sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya –epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə , inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı könüllü ödəməsi məsuliyyəti yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halı və məsuliyyəti ağırlaşdırılan halların olmamasını, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar