Məhkəmə qərarları › İş №3(019)-303/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-303/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-303/2022 26.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun vəkili Vəkil iştirakları ilə xx xxxxx 1985-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən şəhəri, Rafiq Səmədov küçəsi ev 34-də yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 25 avqust 2022-ci il tarixdə saat 23:10 radələrində Balakən şəhəri H.Əliyev prospektində, sonra isə Balakən rayon Polis Şöbəsinin inzibati binasında- ictimai yerdə ucadan nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid3 Qəhrəman oğlunun, Şahid4 Rasim oğlunun və Elçin Əyyubovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin məsul növbətçisi,polis kapitanı Elçin Əyyubovun və Balakən RPŞ-nin YPXB-nin inspektoru, polis serjantı Şahid4 raportları əsasında, onun tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və ünvan 1 ünvanında yaşayan xx xxxxx 1985-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 25 avqust 2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomaşınla Balakən rayonu H.Əliyev prospektində yerləşən istirahət parkına getmişdir. Avtomaşından düşüb parka tərəfə 2-3 addım getmişdir ki, Balakən rayon PŞ-nin DYPB-nin əməkdaşı ona yaxınlaşaraq qoşa xətti tapdaladığını bildirmiş və barəsində protokol tərtib etmişlər. O, həmin protokolla razılaşmamış və protokola öz etirazını yazmışdır. Bundan sonra polis əməkdaşları alkotester vasitəsi ilə onun sərxoşluğunu yoxlamaq istəmişlər. O,alkotesterin lisenziyası olmadığından sərxoşluq vəziyyətinin yoxlanmasından imtina etmişdir. Bundan sonra o uzaqlaşmaq istəmiş, həmin vaxt post patrul xidmətinin əməkdaşları ona yaxınlaşmış və ona rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər.Onu rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra onun sərxoşluq vəziyyətinin yoxlanması üçün onu Balakən Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Orada o sərxoşluq vəziyyətinin narkoloji həkim tərəfindən yoxlanmasını tələb etmiş, digər həkimin onun sərxoşluq vəziyyətini yoxlamasına razı olmamışdır. Bu səbəbdən onun sərxoşluq vəziyyəti yoxlanmamışdır. Bundan sonra onu Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində 3 saat saxlanıldığından sonra o, buraxılmasını tələb etmişdir. Həmin gün o, içkili olmamış,heç bir qayda pozuntusuna yol verməmiş və heç bir nalayiq ifadələr işlətməmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Qəhrəman oğlu göstərdi ki, 2018ci ildən DİO-da, 2019-cu ildən Balakən Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 23-00 radələrində Balakən şəhəri, H.Əliyev prospektində Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4la birlikdə BMV markalı **-YP-*** dövləti qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparmışlar. H.Əliyev prospektində hərəkətdə olan "Toyota Kamry ” markalı TU-970 RL dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin düz xəttin tələbini pozmasını görmüş, barəsində qanunamüvafiq tədbir görülməsi üçün həmin avtomobilin saxlanılması üçün müvafiq işarə vermişdir. Sürücü maşını bir qədər irəli sürmüş, H.Əliyev adına istirahət parkının girişində saxlamış və maşından düşmüşdür. Avtomaşını idarə edən şəxsin Balakən şəhər sakini Şəxs olması müəyyən edilmişdir. Düz xətti pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Ancaq sürücü Tural Tanrıverdliyev bununla razılaşmayaraq protokola imza etməkdən imtina etmiş və buna görə müvafiq qeydlər aparılması üçün şərait yaradılmışdır. Həmin vaxt Şəxs spitli içki qoxusu da gəlmişdir. Onun kağız alkotestr vasitəsi ilə sərxoşluğunu müəyyən etmək istədikdə , o, bundan imtina etmiş və onlardan uzaqlaşaraq piyada irəliləməyə başlamışdır. O, orada olan vətəndaşlara məhəl qoymayaraq uca səslə ünvansız söyüşlər söyməyə başlamışdır. Tural Tanrıverdlyev bu davranışları ilə ictimai qaydanı pozduğuna görə efir vasitəsi ilə PPXB-nin əməkdaşlarını çağırmışdır. Şəxs dəfələrlə intizamlı olmağa və ictimai qaydanı pozmamağa dəvət etdikdə, o, bütün tələblərinə məhəl qoymayaraq öz intizamsız hərəkətlərini davam etdirmişdir. Sonra Şəxs gələn polis əməkdaşlarının köməkliyi ilə rayon polis şöbəsinə gətirmişlər və tədbir görülməsinə göstəriş verməsi üçün Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Rasim oğlu Şahid3 Qəhrəman oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Sabir oğlu göstərdi ki, Balakən rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 25 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Balakən şəhəri ərazisində xidmətdə olduğu zaman yol patrul xidməti əməkdaşları efirə çıxaraq bir nəfər şəxsin onların qanuni tələblərinə tabe olmadığını bildirmişlər və onları köməyə çağırmışlar. Onlar H.Əliyev prospektində həmin yerə yaxınlaşmışlar. Bu zaman bir nəfər şəxsin içkili vəziyyətdə küçədə YPX-nin əməkdaşları ilə mübahisə etdiyini, nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxsi sakitləşdirərək özləri ilə Balakən rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında olan zaman həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək qışqır-bağır salmış və polis əməkdaşlarına hədə-qorxu gəlməyə başlamışdır. Həmin şəxs onu sakitləşdirməyə çalışan polis əməkdaşlarına məhəl qoymamışdır. Sonradan həmin şəxsin Balakən şəhər sakini Şəxs olmasını bilmişlər və barəsində tədbir görülməsi üçün raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şitey oğlu ifadəsində göstərdi ki, 2019-cu ildən DİO-da işləyir. xx.xx.2022-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin növbətçi hissəsində xidmətdə olmuşdur. Saat təxminən 23 radələrində YPX-nin əməkdaşları Balakən şəhəri H.Əliyev adına istirahət parkının girişinə PPX naryadı göndərilməsi ilə bağlı radiostansiya vasitəsi ilə məlumat vermişlər. Öz növbəsində qeyd olunan əraziyə PPX əməkdaşlarını göndərilməsini efir vasitəsi ilə əlaqələndirmişdir. Həmin vaxtdan təxminən 30 dəqiqə keçdikdən sonra PPX və YPX əməkdaşları bir nəfər şəxsi rayon PŞ-nin növbətçi hissəsinə gətirmişlər. Yoxlama zamanı onun Balakən şəhər sakini Şəxs olması məlum olmuşdur. Şəxs polis şöbəsinin inzibati binasına daxil olduğu andan uca səslə qışqırmağa, polis əməkdaşları ilə əsassız mübahisə yaradaraq onların başına oyunlar açacağı ilə bağlı hədələməyə başlamışdır. Məsul növbətçi Elçin Əyyubov, o, və digər polis əməkdaşları ona intizamlı olmağa, PŞ-nin iş rejimini pozmamağa çağırsalarda , o, buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Baş verənlər barəsində məsul növbətçi Elçin Əyyubov rəhbərliyə raportla məruzə edərək Tural Tanrverdiyev barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:50də inzibati qaydada tutulmuş, 26 avqust 2022-ci il tarixdə saat 14:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə aparılan araşdırma zamanı sonuncu izahat verməkdən, eyni zamanda barəsində tərtib olunmuş protokolları imza etməkdən imtina etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş arayışdan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiqi edilmiş Balakən PPŞ-nin YPXB-nin inspektoru, polis serjantı Şahid4 tərəfindən Balakən rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış raportda göstərilmişdir ki, ”xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Balakən rayonu H.Əliyev prospektində DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Şahid3 ilə xidmətdə olan zaman TU-970- RL dövlət qeydiyyat nişanlı avtomobilin düz xəttin 1.1 üfüqün nişanlama xəttin tələbini pozduğuna görə “saxla” əmri verdik. Sürücüyə yaxınlaşaraq özümü təqdim etdikdən sonra, ona hansı qaydanı pozduğunu izah etdim. Amma sürücü qayda pozmadığını, oradan dönmək olduğunu dedi. Mən ona İXMnin 327.2- ci maddəsi ilə protokol tərtib etdim. Sürücünü protokola tanış olmaq üçün dəvət etdikdə, avtomaşının sürücüsü Şəxs sərxoş olmasından şüphələndiyim üçün alkotestrdan keçməyini tələb etdim. O, həmin zaman yüksək səslə nalayiq ifadələr işlətməyə başladı və hadisə yerindən uzaqlaşmağa cəhd göstərdi. Həmin zaman biz hadisə yerinə PPX-nin əməkdaşlarını çağırdıq. PPXB-nün əməkdaşlarının köməkliyi vasitəsi ilə biz həmin şəxs Balakən RPŞ-yə dəvət etdik, Balakən RPŞ-də Şəxs sərxoşluq müayinəsindən keçməyə etiraz etdi. Biz yenidən onu Balakən RMX-na apararaq sərxoşluq müayinəsindən keçirməyə çalışşaq da o, yenə də sərxoşluq müayinəsindən keçməyə etiraz etmişdir.Odur ki, raportla bağlı aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm”. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin məsul növbətçisi, polis kapitanı Elçin Əyyubov tərəfindən Balakən Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış raportda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Balakən RPŞ-nin ƏİQ-da xidmətdə olan zaman Balakən rayonu H.Əliyev prospektində xidmətdə olan zaman DYPB-nin əməkdaşları polis nəfəri, polis baş serjantı Şahid3 və polis serjantı Şahid4 radiostansiya vasitəsi ilə məlumat verərək Balakən şəhəri ərazisində düz xəttin 1.1 üfüqün nişanlama xəttin tələbini pozan avtomaşını saxlamaları, sürücünün sərxoş vəziyyətdə olması və tabesizlik göstərməsi barədə məlumat verdilər. Bu zaman dərhal hadisə yerinə PPXB-nin əməkdaşları köməyə göndərilib, həmin şəxs Balakən RPŞ-yə dəvət olunmuş və RPŞ-də həmin şəxsin Balakən şəhəri R.Səmədov küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan xx.xx.1985-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. Balakən RPŞ-də Şəxs uca səslə danışaraq növbətçi hissənin iş rejimini təxminən 40 dəqiqə pozmuşdur. Biz Şəxs nizam-intizama dəvət etsək də, o yenə də polisin qanuni tələbinə məhəl qoymayaraq öz əməllərini davam etdirdi.Odur ki, raportla bağlı aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, eyni inzibati xətanı bir il ərzində təkrar törətməsi və inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 avqust 2022-ci il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuş və 26 avqust 2022-ci il tarixdə saat 14:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı bir gün ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun 25 avqust 2022-ci il tarixdə saat 23:50-dən 26 avqust 2022-ci il tarixə saat 14:00-a kimi tutulub saxlandığı 1(bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 07 (yeddi ) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 26 avqust 2022-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar