Məhkəmə qərarları › İş №3(019)-304/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-304/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-304/2021 24.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, inzibati xətalar haqqında iş üzrə icraat başlamış Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi Nümayəndə iştirakı ilə Balakən rayonu H.Əliyev prospekti 54 nömrəli evdə qeydiyyatda olan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 555.1-ci maddələri ilə Balakən rayon prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon prokurorunun 08 sentyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1, 555.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin iş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilir ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs- direktor X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq həmin müəssisədə operator pasterizasiyası vəzifəsində işləyən X6 ilə 07.07.2021-ci il tarixdə əmək müqaviləsi bağlamasına baxmayaraq həmin müqavilənin bildirişini sonuncunun həmin vəzifənin icrasına cəlb edilməsi üçün qeyd olunan tarixdə elektron informasiya sisteminə daxil etməli olduğu halda daxil etməyərək 07.07.2021-ci il tarixdən 03.08.2021-ci il tarixədək, habelə əmək müqaviləsi bağlanmamışdan öncə də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Azad İbrahimovu meyvə şirələrinin hazırlanması prosesində şəkər əritməyə nəzarət etməsi işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Bundan başqa, Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs- direktor X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərini pozaraq nəznində fəaliyyət göstərən meyvə şirələrinin hazırlanması sexinin şəkər əritmə bölməsində 02.08.2021-ci il tarixdə iş prosesi zamanı X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən ehtiyatsızlıqdan sağ əlinin 1-ci barmağının dırnaq falanqası nahiyəsindən travmatik amputasiya xəsarəti alması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə) bu barədə məlumatı verməyə borclu olduğu halda verməmişdir İnzibati xəta haqqında iş 09 sentyabr 2021-ci il tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi Nümayəndə inzibati xəta haqqında iş üzrə qərarı müdafiə edərək izahatında göstərdi ki, 02.08.2021-ci il tarixdə saat 18 radələrində X6 operator vəzifəsində işlədiyi “Balacans MMC’’-nin meyvə şirələrinin hazırlanması sexində şəkər əritmə bölməsində iş prosesi zamanı işlək avadanlıqda yaranmış nasazlığın aradan qaldırılması məqsədi ilə orada olan şəkər tozunun boşaldığı bünkerin alt hissəsindəki “Şnekle" adlanan qurğunun qapağını xüsusi açarla açaraq içərisindəki şəkər tozunun təmizlənməsi üçün ehtiyyatsızlıqdan sağ əlinin baş barmağını həmin qurğunun içərisinə daxil etməsi nəticəsində sağlamlığının uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid edilən, sağ əlin 1-ci barmağının dırnaq falanqası nahiyyəsindən travmatik amputasiyası xəsarəti almışdır. Bundan başqa ilkin yoxlama nəticəsində müəyyən edilmişdir ki, X4 uzun müddət “Balacans MMC"xxxx"Balacans MMC” arasında bağlanmış əmək müqaviləsinin bildirişi 03.08.2021 -ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Belə ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş X6 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, Azad İbrahimovla “Balacans MMC” arasında 03.04.2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq həmin tarixdə əmək müqaviləsini bildirişi sistemə daxil edilmiş, 01.02.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilərək bununla bağlı həmin tarixdə əmək müqaviləsinin bildirişi sistemə daxil edilmiş və 07.07.2021- ci il tarixdə yenidən Azad İbrahimovla “Balacans MMC’’ arasında bağlanmış əmək müqabiləsinin bildirişi 03.08.2021-ci il tarixdə sistemə daxil edilmişdir.Eyni zamanda həmin hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş iş qabağı və təkrar təlimat vərəqələrindən görünür ki, Azad İbrahimov 01.07.2021-ci il tarixdə “Balacans MMC"-nin nəznində olan sözügedən müəssisədə işdə olmuş və həmin təlimat vərəqəsinə adının qarşısına imza etmiş, bundan başqa 10.03.2021 və 10.06.2021-ci il tarixdə həmin müəssisədə işdə olmuş və təkrar təlimat vərəqəsinə də adının qarşısına imza etmişdir. Bütün bunlar isə Azad İbrahimovun əmək müqavilənin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində göstərildiyi kimi 07.07.2021-ci il tarixdən deyil, daha əvvəldən qeyd olunan müəssisədə əmək müqaviləsi bağlanmadan işləməsinə dəlalət edir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibatı xəta hadisəsidir. Bununla yanaşı ilkin yoxlama zamanı müəyyən edilmişdir ki, Azad İbrahimovun 02.08.2021-ci il tarixdə müəssisədə xəsarət alması ilə bağlı ‘‘Balacans MMC" tərəfindən X7 Xidmətinə bununla bağlı məlumat verilməmişdir. Bununla da, toplanmış material üzrə cinayət hadisəsi olmadığından və cinayət işinin başlanmasına əsas olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə Azərbaycan Respublikası İXM-nin 192.1 -ci və 555.1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin əlamətlərinə işarə edən dəlillərin olması səbəbi ilə bu hissədə Balakən rayon prokuroruna məlumat verilmişdir. Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkrarən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən rayon prokurorluğunun müstəntiqi, 1 dərəcəli hüquqşünas Binnətov Kənan Firdusi oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 avqust 2021-ci il tarixli qərarından görünür ki, 02.08.2021-ci il tarixdə saat 18 radələrində X6 operator vəzifəsində işlədiyi “Balacans MMC’’-nin meyvə şirələrinin hazırlanması sexində şəkər əritmə bölməsində iş prosesi zamanı işlək avadanlıqda yaranmış nasazlığın aradan qaldırılması məqsədi ilə orada olan şəkər tozunun boşaldığı bünkerin alt hissəsindəki “Şnekle" adlanan qurğunun qapağını xüsusi açarla açaraq içərisindəki şəkər tozunun təmizlənməsi üçün ehtiyyatsızlıqdan sağ əlinin baş barmağını həmin qurğunun içərisinə daxil etməsi nəticəsində sağlamlığının uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid edilən, sağ əlin 1-ci barmağının dırnaq falanqası nahiyyəsindən travmatik amputasiyası xəsarəti alması barədə Balakən rayon prokurorluğunda aparılmış 83S-21 saylı material üzrə 31.08. 2021ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hüququ şəxs Şəxs MMC-nin hüquqi və faktiki ünvanı) ünvan 192.1 və 555.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanılmış material baxılması üçün Balakən rayon məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Balakən şəhər sakini X4 02.08.2021-ci il tarixdə saat 20:49-da sağ əlinin 1 -ci barmağının dırnaq falanqasının travmatik amputasiyası xəsarəti ilə Balakən RMX-ya müraciət etməsi barədə həmin xəstəxanadan Balakən RPŞ-yə verilmiş məlumat 06.08.2021-ci il tarixdə aidiyyəti üzrə rayon prokurorluğuna daxil olmuşdur. İş materiallarından olan сinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edidlmiş, toplanılmış material üzrə Azərbaycan Respublikası İXM-nin 192.1 və 555.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin əlamətlərinə işarə edən dəlillərin olması səbəbi ilə bu hissədə rayon prokuroruna məlumat verilmişdir. . İş materiallarında olan, sistemə daxil edilmə tarixi 03.08.2021-ci il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs ilə X6 arasında 07.07.2021-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmış, X5 məşğulluq təsnifatı üzrə maşın operatoru, meyvə şirəsi istehsalı əmək müqaviləsi üzrə usta funksiyası müəyyən edilmişdir. İş materiallarında olan, sistemə daxil edilmə tarixi 01.02.2021-ci il göstərilən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs Məhdud Мəsuliyyətli Cəmiyyəti ilə X6 arasında əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan qərardan görünür ki, material üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 20.08.2021-ci il tarixli 244 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azad İbrahimovda müəyyən edilmiş xəsarət - sağ əlin 1-ci barmağının dırnaq falanqası nahiyyəsindən travmatik amputasiyası-bərk əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni,02.08.2021-ci ildə əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Balakən rayon prokurorunun nümayəndəsinin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC-nin sözügedən inzibati xətaları törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs- direktor X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq həmin müəssisədə operator pasterizasiyası vəzifəsində işləyən X6 ilə 07.07.2021-ci il tarixdə əmək müqaviləsi bağlamasına baxmayaraq həmin müqavilənin bildirişini sonuncunun həmin vəzifənin icrasına cəlb edilməsi üçün qeyd olunan tarixdə elektron informasiya sisteminə daxil etməli olduğu halda daxil etməyərək 07.07.2021-ci il tarixdən 03.08.2021-ci il tarixədək, habelə əmək müqaviləsi bağlanmamışdan öncə də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin hüquqi şəxsin xeyrinə Azad İbrahimovu meyvə şirələrinin hazırlanması prosesində şəkər əritməyə nəzarət etməsi işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Bundan başqa, Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs-direktor X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərini pozaraq nəznində fəaliyyət göstərən meyvə şirələrinin hazırlanması sexinin şəkər əritmə bölməsində 02.08.2021-ci il tarixdə iş prosesi zamanı X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən ehtiyatsızlıqdan sağ əlinin 1-ci barmağının dırnaq falanqası nahiyəsindən travmatik amputasiya xəsarəti alması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə) bu barədə məlumatı verməyə borclu olduğu halda verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki,Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və555.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə,İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə inzibati tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxsnə həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs törətdiyi xətanın xarakterini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 555.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 555.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar