Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-304/2022 29.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1984-cü ildə Balakən rayonu Katex kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Katex kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, borclu Hüşənov X13 Rayon Məhkəməsinin 2(019)- 220/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar X2 borclu olduğu 4215.11 manat pulu ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat pul, 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inək və 15,11 manat dövlət rüsumu alınaraq, iddiaçı X2 verilməlidir. Şəxs 4215.11 manat borcundan heç bir ödəniş etməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Şəxs həmin pulu ödəməkdən yayınmışdır. Hazırda da Şəxs maddi imkanı olmadığını bildirərək, pulu ödəmək istəmir. Şəxs qardaşı Qarabağ müharibəsində şəhid olmuşdur. Hüşənov X13 Rayon Məhkəməsinin 2 (019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsinə görə bir dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3 (019)-85/2021 saylı qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsi, bu icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş və məhkəmənin həmin xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Şəxs həmin 500 manat məbləğində inzibati cəriməni də ödəməmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan 3000 (üç min) manat pul, 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inək və 15,11 manat dövlət rüsumu alınaraq, iddiaçı X2 verilməlidir. Maddi imkanı olmadığına görə həmin pulu ödəyə bilmir. Özü 2-ci qrup əlildir. Həmçinin şəhid qardaşıdır. Belə ki, onun qardaşı Qarabağ müharibəsində şəhid olmuşdur. Arvadı da dializ xəstəsidir. Arvadının böyrəkləri ağır xəstədir. Hər həftə arvadını Bakı şəhərinə dializə və müalicəyə aparır. Özü xəstəliyi ilə əlaqədar işləyə bilmir. X1 guya aldığını qeyd etdiyi avtomaşın onun deyil, dövlət tərəfindən şəhid anası kimi anasına bağışlanmışdır. Həmçinin evi də anası şəhid qardaşına dövlət tərəfindən verilən pulla tikdirmişdir. Onun həmin avtomaşının alınmasına və evin tikilməsinə heç bir aidiyyəti yoxdur. Həmçinin Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsinə görə bir dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3 (019)-85/2021 saylı qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsi, bu icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin həmin xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir, lakin o, həmin 500 manat məbləğində inzibati cəriməni ödəməmişdir. Barəsində eyni fakt üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat pul, 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inək və 15,11 manat dövlət rüsumu alınaraq, ona verilməlidir. Şəxs 4215.11 manat borcundan heç bir ödəniş etməmiş, həmin pulu ödəməkdən yayınmışdır. Hazırda da Şəxs maddi imkanı olmadığını bildirərək, pulu ödəmək istəmir. Halbuki Şəxs icra sənədini icra etməyə maddi imkanı vardır. Belə ki, bu müddət ərzində Şəxs avtomaşın almış və ev tikdirmişdir. Şəxs qardaşı Qarabağ müharibəsində şəhid olduğundan, Nadir bu haldan öz xeyrinə istifadə edir, icra sənədini icra etməkdən imtina edir. Hüşənov X13 Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsinə görə bir dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3 (019)-85/2021 saylı qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsi, bu icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Şəxs Azərbaycan Resipublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş və məhkəmənin həmin xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Şəxs həmin qərarla cərimə olunduğundan, indi həbs olunmalıdır. O, onkoloji xəstədir və müalicəyə ehtiyacı vardır. İcra sənədi üzrə pulun Nadirdən alınıb ona verilməsi onun müalicəsi üçün lazımdır. Şəxs barəsində qanuni tədbir görülməsini, Nadirin həbs olunmasını xahiş edir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 3000 (üç min) manat pul və 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4 (dörd) illik inək alınaraq iddiaçı X2 verilməlidir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 15,11 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqələri icraya yönəldilmiş, həmin icra sənədinin icrasıyla bağlı «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Şəxs borcu 4200 manat borc və 15.11 manat dövlət rüsumu təşkil edir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8 (019)- 48/2022 saylı qərardadından görünür ki, tələbkar X1 şikayəti təmin edilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsinin 03 fevral 2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilmiş və Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli, 2 (019)- 220/2020 nömrəli icra sənədi yenidən icraya yönəldilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3 (019)-85/2021 saylı qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsi, bu icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Şəxs Azərbaycan Resipublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmin qərar qanuni qüvvəyə minmiş və bu qərarla təyin olunmuş 500 manat cərimə məbləği Şəxs tərəfindən ödənilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 220/202020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsası ilə Şəxs barəsində Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokolla inzibati xəta haqqında iş üzrə icraat başlanmış və həmin protokol əsasında işə baxan Balakən Rayon Məhkəməsinin 31.05. 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş və həmin xx.xx.2021-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinə və Avropa Məhkəməsinin presedentlərinə görə Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əslində cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Rspublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı belə beynəlxalq müqavilələrdən biri də Avropa Konvensiyasıdır ki, Azərbaycan Respublikası da 15 aprel 2002-ci il tarixdən onu ratifikasiya etmişdir və həmin tarixdən Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən Konvensiyanın tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentləri Avropa Konvensiyasını ratifikasiya etmiş dövlətlər üçün məcburi xarakter daşıyır. Beynəlxalq müqavilələr haqqında 1961-ci il Vyana Konvensiyasının 3-cü maddəsində də qeyd olunur ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə iştirakçı dövlətlər üçün məcburidir. Avropa Kovensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyası ilə milli qanunvericilikdə Avropa Konvensiyasının 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan cinayət ittihamı anlayışı bir-birindən fərqlənir. Belə ki, Avropa Məhkəməsinin presedentlərinə görə işin bir sıra parametrlərinə əsasən inzibati xəta da cinayət ittihamı sayıla bilər. Bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi 6-cı maddənin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan üç meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. Əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X14rşı işdə (32-34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd) Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X9rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X3rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı protokolunun 2-ci maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Şəxs barəsində icraatı başlanmış Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzədə tutulmuş inzibati xəta milli qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmasa da, 2-ci və 3-cü Engel meyarlarına görə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndinin mənası baxımından cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onun ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, həmin maddənin sanksiyasında fiziki şəxslər üçün 500 manatdan 1000 manatadək cərimə və ya bir ayadək müddətə həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 2-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya daha yuxarı məhkəmədə yenidən baxılması hüququ vardır. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-ci maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsində non bis in idem prinsipi formula edilmişdir. Onunla analoji olan formul BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 14-cü maddəsinin 7-ci bəndində yer almışdır, lakin orada işə yenidən baxılması imkanı qeyd edilməmişdir. Bundan başqa, Avropa Konvensiyasına əsasən, bu müddəa, Paktın 14-cü maddəsinin 7-ci bəndindən fərqli olaraq, məhdudlaşdırıla bilməz. «Təhvil vermə haqqında» Avropa Konvensiyası, «Başqa ölkələrin qəbul etdikləri məhkəmə qərarlarının hüquqi qüvvəsi haqqında» Avropa Konvensiyası və «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konvensiyası non bis in idem prinsipini beynəlxalq səviyyədə müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 2 (019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsası ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş və həmin 31 may 2021-ci il tarixli qərar da qanuni qüvvəyə minmişdir. Şəxs tərəfindən həmin 500 manat məbləğində inzibati cərimə ödənilməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş cərimə barədə inzibati tənbeh vermə haqqında qərarın icra müddəti də (5 il) keçməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Azərbaycan Respublikası İXM-nin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Hazırki xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən yenidən Şəxs barəsində Balakən Rayon Məhkəməsinin 2 (019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsasları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi, hər iki işdə inzibati məsuliyyətə cəlb edilmənin əsasını məhkəmənin eyni icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi faktı (eyni fakt) təşkil edir, hüquq pozuntusunu törədən şəxs və hüquqi maraq da eynidir. Şəxs inkriminə olunan inzibati xətalar eyni olmaqla, obyektinə, fakta və törədilmə yeri və şəratinə görə də eynilik təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının tələbinə görə şəxs eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Şəxs törətdiyi əmələ görə yalnız bir dəfə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmənin 2 (019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməməsinə görə Hüşənov X13 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsilə 500 manat cərimə edilməklə inzibati məsuliyyətə cəlb edildikdən sonra, onun barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolla inzibati xəta haqqında icraatın başlanaraq yenidən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64, Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulan non bis in idem prinsipinə, yəni eyni əmələ görə təkrar məsuliyyətə cəlb olunmamaq, cəzalandırılmamaq və məhkum olunmamaq prinsipinə ziddir. X5rşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarının 36-cı bəndində göstərilir ki, non bis in idem prinsipinin müəyyən olunması üçün bir-biri ilə bağlı üç şərt mövcud olmalıdır:1) faktlar eyni olmalı; 2) hüquq pozuntusunu törədən eyni şəxs olmalı və 3) müdafiə edilən hüquqi maraq bir olmalıdır. Avropa Məhkəməsinin həmin qərarda istinad etdiyi Şengen razılaşmasının tətbiqi haqqında Konvensiyanın 54-cü maddəsində qeyd olunur ki, şəxsə istinad olunan əməlin eyni əməl olub-olmamasına aydınlıq gətirmək üçün təkrar cinayət işinə baxan məhkəmə, şəxsə istinad olunan əməlin əvəlləki əməllə eynilik təşkil etməsi, yəni bir-biri ilə vaxta, törədildiyi yerə və obyektə görə bağlı olmasını aydınlaşdırmalıdır. Hazırki iş materiallarından görünür ki, Şəxs Balakən Rayon Məhkəməsinin 31 may 2021ci il tarixli qərarı ilə məhkəmənin 2 (019)-220/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməməsinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə İXM-nin 528.1-ci maddəsilə 500 manat inzibati cərimə olunduğu əməl, hazırki xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs inkriminə olunan əməllə (İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta) eyni şəxsə, fakta, vaxta, törədildiyi yerə və obyektinə görə bir-biri ilə bağlıdır və eynilik təşkil edir. Yəni Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)- 220/2020 saylı icra sənədinin həmin vaxtdan icra edilməməsi barədə eyni faktı özündə əks etdirir. İşdə həmin icra sənədinin icra edilməməsində ifadə olunan əməlin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərara qədərki dövrü əhatə etməsi, hazırki xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda isə icra sənədinin icra edilməməsi ilə bağlı əməlin sözügedən xx.xx.2021-ci il tarixli qərardan sonrakı dövrü əhatə etməsi qeyd olunmamışdır və bu hal iş materialları ilə də müəyyən olunmur. Əksinə iş materiallarından görünür ki, həm birinci, həm də ikinci inzibati xəta haqqında icraatlar məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(019)-220/2020 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı ilə əlaqədar olmuşdur. İş materiallaırndan birmənalı görünür ki, ümumiyyətlə hazırki vaxta qədər Şəxs tərəfindən həmin icra sənədinin icrası ilə bağlı tələbkara heç bir ödəniş edilməmiş və Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (019)-220/2020 saylı icra sənədi icra edilməmişdir. Bu da həmin işlər üzrə Şəxs istinad edilən əməllərin vahid daxili bağlılığını və faktiki eyni əməl olmasını göstərir. Bu əmələ görə də Şəxs bir dəfə inzibati məsuliyyətə cəlb edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə o, İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-220/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 manat inzibati cərimə edildikdən sonra, onun barəsində xx.xx.2022-ci il tarixli MN1062102 nömrəli inzibati xəta haqqında protokolla yenidən eyni fakt üzrə İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında icraatın başlanması və həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə birmənalı şəkildə ziddir və həmin qanun normalarının kobud pozuntusudur. Ona görə də Şəxs münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 64 və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddələri və Azərbaycan Respublikası İXMnin 53.0.7-ci maddəsi tətbiq edilməklə, eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və məhkum edilə bilməməsi (non bis in idem prinsipi), həmçinin barəsində eyni fakt üzrə inzibati tənbeh vermə haqqında Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının olması əsasları ilə onun haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcələnin 53 və 104.1ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 109.2, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Avropa Kovensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə əsasən eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və məhkum edilə bilməməsi (non bis in idem prinsipi) və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində eyni fakt üzrə inzibati tənbeh vermə haqqında Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının olması əsasları ilə xitam verilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-304/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-304/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver