Məhkəmə qərarları › İş №3(019)-306/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-306/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-306/2021 23.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi ilə Bakı şəhəri Xətai Rayonu,36-cı Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən qəbul edilmiş EPQ ******* saylı inzibati xəta haqqında qərarından inzibati məsuliyyətə cəlb olunmuş X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X3 Bakı şəhəri Xətai Rayonu,36-cı Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən barəsində tərtib edilmiş 23 avqust 2021-ci il tarixli, EPQ1102892 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs X3 məhkəməyə ərizə göndərərək şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Hesab edirəm ki, X1 şikayət vermək hüququ olduğu kimi, onun həmin şikayəti geri götürmək hüququ da vardır. İşin qeyd edilən hallarını nəzərə alaraq hesab edirəm ki, Mustafayeva Sevda Bahaddin qızının şikayəti və ona əlavə edilmiş sənədlər X2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq Qərara aldım: X1 Bakı şəhəri Xətai Rayonu,36-cı Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli, EPQ1102892 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər X4 qızına qaytarılsın. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar