Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-306/2023 30.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Zaqatala rayonu Əliabad qəsəbəsində fəaliyyət göstərən hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim Hüquqi şəxs Şəxs MMC(VÖEN:**********) Türkiyə Respublikasında qeydiyyatda olan “ALRAMADAN MEDİKAL” şirkətinə AZE/ALR01/2022 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********0565 saylı gömrük bəyannaməsi ilə 1912,5 ABŞ dolları dəyərində “fındıq qabığı” yükünü ixrac etmiş, ixrac olunan malın müqabilində 1912,5 ABŞ dolları məbləğində valyuta vəsaiti mallar bəyan olduğu tarixdən 180 gün ərzində şirkətin "xxxx" ASC-nin müvafiq hesabına köçürülməmişdir. Hüquqi şəxs Şəxs MMC(VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 24 iyul 2023-cü il tarixli, 00500-00101/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Balakən Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında materiallar yenidən baxılmaq üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək izahatında göstərdi ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Türkiyə Respublikasında qeydiyyatda olan “ALRAMADAN MEDİKAL” şirkətinə AZE/ALR01/2022 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********0565 saylı gömrük bəyannaməsi ilə 1912,5 ABŞ dolları dəyərində “fındıq qabığı”yükü rəsmiləşdirilərək ixrac olunmuş, ixrac olunan malın müqabilində 1912,5 ABŞ dolları məbləğində valyuta vəsaiti mallar bəyan olduğu tarixdən 180 gün ərzində şirkətin "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsi təmin edilməmişdir. Vəsaitin gecikməsinin səbəbi həmin vaxt Hatay bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar olmuşdur. Vəsaitin köçürülməməsində onların təqsiri olmamışdır. 18 avqust 2023-cü il tarixdə həmin 1912,5 ABŞ dolları vəsait xaricdən daxil olaraq Şəxs MMC-nin "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Türkiyə Respublikasında qeydiyyatda olan “ALRAMADAN MEDİKAL” şirkətinə AZE/ALR-01/2022 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********0565 saylı gömrük bəyannaməsi ilə 1912,5 ABŞ dolları dəyərində “fındıq qabığı” yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 1912,5 ABŞ dolları məbləğində valyuta vəsaiti mallar bəyan olduğu tarixdən 180 gün ərzində şirkətin "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsi təmin edilməmişdir. 18 avqust 2023-cü il tarixdə həmin 1912,5 ABŞ dolları vəsait xaricdən daxil olaraq Şəxs MMC-nin "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021- ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərara almışdır ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. İşin hallarını, ixrac olunan malın müqabilində 1912,5 ABŞ dolları məbləğində valyuta vəsaitinin mallar bəyan olduğu tarixdən 180 gün ərzində şirkətin “ müvafiq bank hesabına köçürülməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 1912,5 ABŞ dolları vəsaitin 18 avqust 2023- cü il tarixdə xaricdən daxil olması Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Hüquqi şəxs Şəxs MMC-in təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, hüquqi Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-1912,5 ABŞ dollarının 30 faizi məbləğində 573,75 ABŞ dolları ( 975,38 manat) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-306/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-306/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver