Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-307/2021 14.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTBin sahə rəisi Nümayəndə1 və Balakən Rayon Polis Şöbəsinin DYPB-in inspektoru, polis kiçik serjantı Nümayəndə2 oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rövşən oğlunun iştirakları ilə xx xxx 1995-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Mahamalar kəndində yaşayan Şəxs Rövşən oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs oğlu 13 sentyabr 2021-ci il tarixdə saat 19:39-da VAZ-21013 markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri ərazisində sərxoş halda idarə etmiş, Balakən Rayon Polis Şöbəsinin DYPB-in əməkdaşları onu saxlatdıqda uca səslə söyüş söyərək ictimai qaydanı pozmuş,Balakən Rayon polis Şöbəsinə gətirildikdən sonra Balakən rayon Polis Şöbəsinin inzibati binasında yenidən səs-küy salmış və onu intizama dəvət edən X2 əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün etirazedici ifadəsi, şahidin ifadəsi və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin DYPB-in YPX inspektoru, polis kiçik serjantı Nümayəndə2 oğlu məhkəmə iclasında göstərdi ki, 13.09.2021-ci il tarixdə saat 18 radələrində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahidlə birlikdə Balakən şəhəri, R. Səmədov küçəsində xidmətdə olduğu zaman 08-BA- 059 dövlət qeydiyyat nişanlı VAZ 21013 markalı avtomobilin işıq cihazı qaydasını pozduğu tərəflərindən aşkar olunmuşdur. Avtomobilə saxlama işarəsi verilsə də sözügedən avtomobilin sürücüsü “saxla” işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Bir müddət hərəkət etdikdən sonra avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt o, sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücü ona təhqiredici sözlər demişdir.Onunla söhbət zamanı ondan kəskin spirtli içki qoxusu gəlmişdir. Sonradan həmin əraziyə RPŞ-nin PPXB-nin əməkdaşları dəvət edilmiş və onların köməkliyi ilə sürücünü RPŞ-nə gətirib növbətçi hissəsinə təhvil vermişlər. Sonradan məlum olmuşdur ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü, Balakən rayon Mahamalar kənd sakini Şəxsdur. Həmin şəxs RPŞ-nin 1-ci mərtəbəsində də özünü yaxşı aparmamış, polisin qanuni tələbinə məhəl qoymamış, RPŞ-nin iş fəaliyyətini pozaraq, nəlayiq ifadələr işlətmişdir. Tinətiyev Sədrəddin Rövşən oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində həmin maddə ilə inzibati protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə1 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru, polis kiçik serjantı Nümayəndə2 və Balakən Rayon PŞ-nin məsul növbətçisi, polis mayoru Anar Mehdiyevin raportu əsasında onun tərəfindən şahidlərin ifadələri, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları alınmış və Balakən rayonu Mahamalar kəndində yaşayan xx xxx 1995-ci il təvəllüdlü Tinətiyev Sədrəddin Rövşən oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs Rövşən oğlu özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Balakən rayonunun Mahamalar kəndində yaşayır. O, etibarnamə ilə VAZ 21013 markalı 08-BA- 059 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 13.09.2021-ci il tarixdə o, Balakən rayon, Gərəkli kəndində olan kafelərin birində 1 şüşə pivə içmişdir. Bundan sonra idarə etdiyi avtomobilə əyləşib, işə salmış və Balakən şəhəri, R.Səmədov küçəsi ilə hərəkətdə olan zaman DYPBnin əməkdaşları onun idarə etdiyi avtomobilə saxlama işarəsi vermişlər. O, avtomobili bir qədər qabağa verib saxlamışdır. Bu zaman DYPB-nin polis serjantı xidməti avtomobildən düşərək, onun avtomobilinə yaxınlaşmış və əlini salona salıb, avtomobilin açarlarını çıxartmışdır. Bundan sonra aralarında yaranan anlaşılmamazlıq nəticəsində PPXB-nin əməkdaşları həmin yerə çağırılmış və onu Balakən RPŞ-nə gətirmişlər. Orada da xırda söz mübahisəsi olmuşdur. Əsəbi olduğundan nələr etdiyini tam xatırlamır. Əməlindən peşmandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 13.09.2021-ci il tarixdə saat 18 radələrində RPOŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis kiçik serjantı Nümayəndə2 birlikdə Balakən şəhəri, R. Səmədov küçəsində xidmətdə olduğu zaman 08-BA- 059 dövlət qeydiyyat nişanlı VAZ 21013 markalı avtomobilin işıq cihazı qaydasını pozduğu tərəflərindən aşkar olunmuşdur. Avtomobilə saxlama işarəsi verilsə də sözügedən avtomobilin sürücüsü “saxla” işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Bir müddət hərəkət etdikdən sonra avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt Nümayəndə2 sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücü ona təhqiredici sözlər demişdir. Onunla söhbət zamanı ondan kəskin spirtli içki qoxusu gəlmişdir. Sonradan həmin əraziyə RPŞ-nin PPXB-nin əməkdaşları dəvət edilmiş və onların köməkliyi ilə sürücünü RPŞ-nə gətirib növbətçi hissəsinə təhvil vermişlər. Sonradan məlum olmuşdur ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü, Balakən rayon Mahamalar kənd sakini Şəxsdur. Həmin şəxs RPŞ-nin 1-ci mərtəbəsində də özünü yaxşı aparmırdı. Polisin qanuni tələbinə məhəl qoymurdu, RPŞ-nin iş fəaliyyətini pozaraq, nəlayiq ifadələr işlətmişdir. İşdə olan inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs Rövşən oğlu 13 sentyabr 2021-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş,14 sentyabr 2021-ci il tarixdə saat 16:05-də azad edilmişdir. İşdə olan 13 sentyabr 2021-ci il tarixli 335 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs Rövşən oğlu 13.09.2021-ci il tarixdə saat 19:15-də sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində, xırda xuliqanlıq,yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Rövşən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rövşən oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat miqdarında cərimə və nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilə kimi məhdudlaşdırılması inzibati tənbehi , 510-cu maddəsinin sanksiyasında 50 manatdan 100 manatadək məbləğdə cərimə və 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs Rövşən oğluna həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rövşən oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə daha ciddi inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rövşən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz ) gün müddətə inzibati həbs edilsin. Onun bir gün tutulub saxlandığı müddət həmin inzibati tənbeh müddətinə hesablanmaqla həmin müddətdən çıxılsın və üzərində 07 (yeddi ) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 14.09.2021-ci il tarixdən saat 16:45–dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-307/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-307/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver